Hamiləlik

Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır.

Hamiləliyin üçüncü ayında olan bir qadın

Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir.

Necə hamilə qalmalı

Mütəxəssislər spermanın vagina içərisində ən uzun müddət qala bildiyi pozanı hamilə qalmaq üçün ən uyğun poza olduğunu bildirirlər. Ayrıca cinsi əlaqədən sonra qadının görəcəyi tədbirlər hamilə qalmaq şansını artırır. Misyoner pozada (kişinin üstdə olduğu) münasibət zamanı və münasibət sonrasında 1saat belin altına yastıq qoyaraq uzanmaq spermlərın daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Ancaq yastıq çox qalın olmamalıdır. Diz dirsək pozasında olan bərabərlik hamilə qalmaq üçün ən uyğun şəkildir. Belə pozada bərabərlikdən sonra arxası üstə uzanmaq və belin altına yastıq qoymaq lazımdır. Ayaq üstə, oturan formada və ya qadının üstdə olduğu pozalarda spermanın vaginadan kənara axdığı üçün hamilə qalmağa uyğun poza deyil. Geniş yayılmış poza: kişinin üstdə, qadınla üz-üzə olduğu pozadır. Birlikdə olduğu zaman digər pozalara keçmək ola bilər, lakin orqazm zamanı yenidən misyoner pozaya keçərək son vermək lazımdır. Cinsi münasibət sonrası diqqət edilməlidir: Münasibətdən sonra qadın ayağa qalxarsa, sperma bayıra axacaq. Hamilə qalmaq istəyən qadın münasibətdən sonra yuyunmamalıdır. İdeal olan ayaqların altına bir yastıq qoyaraq 20-30 dəqiqəyə qədər uzanmaqdır. Kişi də spermanın tam formada içəri daxil olması üçün bir neçə dəqiqə çəkilməməli, gözləməlidir. Münasibət sonrasında pis qoxu gələrsə bu infeksiya göstəricisi ola bilər və həkim müdaxiləsi vacibdir.Vaginal duş heç bir qadına məsləhət görülmür. Münasibətdən qabaq qəbul edilən duş vaginada PH-ın miqdarını dəyişdirdiyi üçün hamilə qalma şansını sıfıra endirir. Münasibətdən sonra qəbul edilən duş isə spermaları uşaqlıqdan kənarlaşdırır və yararsız hala salır.

Hamiləliyin əlamətləri

Adam xəstələnəndə nə baş verdiyini daha tez anlayır, çünki harasısa ağrıyır, qızarır, ya temperaturu qalxır. Hamiləliyi müəyyən etmək bir az çətindir. Qadının heç bir yeri ağrımır, şişmir, temperaturu qaydasında olur. Amma xəstəlik kimi, hamiləlikdən də vaxtında xəbər tutmaq yaxşıdır.

Hamiləliyin əlamətlərini 3 qrupa bölürlər; şübhəli, etibarlı və dəqiq əlamətlər.

Hamiləliyin diaqnostikasi

Hamiləliyin diaqnostikası demək olar ki, insan cəmiyyəti ilə yanaşı inkişaf etmişdir. Bugünkü gündə hamiləlik diaqnozu, qadının sorğu-sualı, həkimin müayinəsi və USM əsasında qoyulur.

Aşağıdakı əlamətlər hamiləliyə şübhə yaradan, hər hamiləlikdə yaranmamasına baxmayaraq, diaqnostik əhəmiyyət kəsb edən əlamətlər sırasına daxildir[1]:

  • Dispepsiya əlamətləri, xəncərvari çıxıntı altında ağırlıq hissinin yaranması, tüpürcək ifrazının artması, ürəkbulanma, səhər acqarnına qusma, iştahanın dəyişməsi və ya bəzi növ qida məhsullarına (məs: ət məhsullarına) ikrah hissinin yaranması, kəskin və turş qidalara hərislik, qəbzlik, yeməli olmayan madələrə – əhəng, təbaşir, gil və s.- hərislik.
  • Sinir sisteminin və psixi sferanın funksional pozulmaları: yüngül sinir qıcıqlanması, eşitmə və qoxubilmə qabiliyyətinin güclənməsi, kövrəklik, özünə qapanma;
  • Maddələr mübadiləsində dəyişikliklər, dərialtı piy təbəqəsinin artması, döş giləsinin və gilətrafı nahiyyənin, ağ xəttin və bəzən üz nahiyyəsinin piqmentasiyası;
  • Hamilə qadın
    Hamiləlik zolaqlarının (çapıqların) yaranması.

Bütün bu əlamətlər hamilə qadınlarda rast gəlinir, lakin hər zaman hamiləliklə əlaqədar deyil, ona görə də onlar təqribi əlamətlər adlanır. Hamiləliyin dəqiq əlamətlərinə aiddir:

  • sağlam, müntəzəm cinsi əlaqədə olan, döllənmə mümkün olduğu yaş dövründə olan qadında aybaşının kəsilməsi;
  • durğunluq əlamətləri: uşaqlıq yolu girişinin, divarlarının və uşaqlıq boynunun uşaqlıq yolu hissəsinin göyərmsi. Uşaqlığın ölçülərinin gecikmə müddətinə uyğun olaraq böyüməsi, konsistensiyasının və formasının dəyişməsi;
  • süd vəzilərinin sərtləşməsi və molozivonun yaranması.

Prenatal və ya bətndaxili inkişaf

37 həftəlik dölün üçölçülü həcmli təsvirin işlənməsi texnikasından istifadə edərək kompüter tomoqrafiyası ilə yaradılan filmi. 37 həftəlik hamilə 30 yaşlı qadın yüksək sürətlə avtomobil qəzasına düşüb və travma riskinin tomoqrafiyanın yaratdığı riskdən daha yüksək olduğuna qərar verilib və kompüter tomoqrafiyası çəkilib. Skan zamanı heç bir travma aşkarlanmayıb.

Mayalanmış yumurtanın yenidoğulmuş körpəyə çevrilməsinin ciddi müəyyən olunmuş və genetik möhkəmlənmiş ardıcıllıqla baş verən yetişmə prosesinin klassik nümunəsidir.

Orta hesabla 38 həftə sürən prenatal inkişaf dövrü ənənəvi olaraq 3 mərhələyə bölünür: 1) ziqot mərhələsi (2 həftəyə yaxın), 2) embrion mərhələsi (2-8 həftə), 3) döl mərhələsi (9-cu həftədən doğuşa qədər). Prenatal dövr klassik qradasiyaya ğörə 3 əsas mərhələyə bölünür:

1.Rüşeymönü – yumurta hüceyrəsinin spermatozoidlə birləşərək rüşeymi yaratdığı ilkin mərhələ

2.Rüşeym və ya embrional – yumurta hüceyrəsi və spermatozoidin yaratdığı 2 ay çəkən embrion mərhələi

3.Döl mərhələsi. Bu mərhələnin müxtəlif qradasiyası var və burada 2-ci, 3-cü punktlar mahiyyətinə görə böyük bir dövrün iki hissəsidir. Bu mərhələni həm də fetal dövr adlandırırlar. Bu mərhələ dölün bətndə tam şəkildə yetişərək dünyaya göz açana qədər davam edir.

Məlumdur ki, yenidoğulmuş körpə bu dünyaya böyük təəssüratlarla gəlir. O, bütün hissiyyat orqanlarının köməyilə hər şeyi hiss edir. Hal-hazırda prenatal dövr və ya körpənin bətndaxili inkişafı hər həftəsinə görə kifayət qədər öyrənilmişdir. 3-cü həftənin axırından embrionun ürəyi döyünməyə başlayır.

9-cu həftəsində dilin üzərində dad məməcikləri əmələ gəlir və o, dölətrafı mayenin dadını fərqləndirə bilir, hətta ona reaksiya verir.

10-cu həftəsində bütün dəri səthi hiss edir.

10-11-ci həftədə döl dəqiqliyilə toxunuşu, istini, soyuğu və ağrını hiss edir. Ən vacibi odur ki, o, qıcıqlara reaksiya verməyə qadirdir. Əgər ona hiss etdikləri xoş deyilsə, onun üz mimikası dəyişir.

16-cı həftədə döl eşitməyə başlayır. İlk olaraq o, ana bədəninin səslərini: ürək döyüntülərini, qanın səsini, peristaltikanın səslərini eşidir. Bu səsləri o, su mühitindən boğuq olaraq qəbul edir. Sonra döl ətrafdan gələn səsləri eşitməyə başlayır. Müəyyən olunub ki, döl bəzi sözləri “yadda saxlamağı” və səsləri ayırmağı bacarır. 16-cı həftəsində dölün bütün hissiyyat formaları inkişaf etmiş olur.

Təxminən 20-cı həftəsində ana dölün hərəkətlərini hiss edir.

22-ci həftəsində döl dad bilməyi, eşitməyi, görməyi və toxunmanı hiss etməyi bacarır. Qarına toxunmadan o hər şeyə reaksiya verir.

36-cı həftəsində dölün iybilmə qabiliyyəti inkişaf edir.

Xarici keçidlər

İstinadlar

  1. "Hamiləlik dövrləri (1-10 həftələr)". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-11.
  2. 3D Pregnancy Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine (Image from gestational age of 6 weeks). Retrieved 2007-08-28. A rotatable 3D version of this photo is available here Arxivləşdirilib 2007-09-14 at the Wayback Machine, and a sketch is available here Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine.
  3. 3D Pregnancy Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine (Image from gestational age of 10 weeks). Retrieved 2007-08-28. A rotatable 3D version of this photo is available here Arxivləşdirilib 2007-09-16 at the Wayback Machine, and a sketch is available here Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine.
  4. 3D Pregnancy Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine (Image from gestational age of 20 weeks). Retrieved 2007-08-28. A rotatable 3D version of this photo is available here Arxivləşdirilib 2007-09-16 at the Wayback Machine, and a sketch is available here Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine.
  5. 3D Pregnancy Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine (Image from gestational age of 40 weeks). Retrieved 2007-08-28. A rotatable 3D version of this photo is available here Arxivləşdirilib 2007-09-16 at the Wayback Machine, and a sketch is available here Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.