Hamarmeşə

Hamarmeşə (əvvəlki adı: 30-cu Kilometr) — Azərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Vizəzəmin kənd Sovetinin 30-cu Kilometr kəndi Hamarmeşə kəndi adlandırılmışdır.[1]

Hamarmeşə
38°43′ şm. e. 48°37′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 673 nəf.
Hamarmeşə xəritədə
Hamarmeşə
Hamarmeşə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponimikası

Kəndin keçmış adı Otuzuncu kilometr olmuşdur. Yaşayış məntəqəsi Lənkəran-Lerik avtomobil yolunun 30 km.-liyində yerləşdiyinə görə belə adlandırılmışdır. Oykonim "düzənlikdə olan meşə" mənasındadır.[2]

Coğrafiyası və iqlimi

Kənd Lənkərançayın sahilində yerləşir.

İqtisadiyyatı

Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir.[3]

Din

Kəndin tamamı şiə müsəlmanlardır. Kənddə Hamarmeşə kənd məscidi dini icması fəaliyyət göstərir.[4]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.