Hamamlı (Başkeçid)
Hamamlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinin mərkəzidir.[3]
Hamamlı kəndi gürc. სოფელი ამამლო (sopeli amamlo) | |
---|---|
ამამლო | |
41°16′34″ şm. e. 44°13′24″ ş. u. | |
Ölkə | Gürcüstan |
Region | Aşağı Kartli |
Rayon | Başkeçid |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.160 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 360 |
Poçt indeksi | 1701[2] |
|
Coğrafiyası
Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 9 km cənubda, Qarabulaq çayının sol sahilində yerləşir.[4]
Tarixi
Kəndin cənubunda 1 km aralıda XII əsrdən qalma, girişi cənubdan olan kilsə və kiçik məzarlıq aşkarlanmışdır.[4]
Əhalisi
Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 47 ailədə 409 nəfər, 1926-cı ildə 127 ailədə 858 nəfər azərbaycanlı yaşayırdı.[4]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.596 nəfər (769 nəfəri kişilər, 827 nəfəri qadınlar) əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir.[5][6]
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 1.579 nəfər əhali yaşayır.[3]
Tanınmış şəxsiyyətləri
- Aşıq Sona Hamamlı (Sona Qara qızı Əliyeva) (1918-1988) — aşıq
- Kamandar Məcidov — Yunan-Roma güləşi üzrə 1988 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı
- Knyaz Aslan — publisist, şair.
Təhsil
Kənddə ilk dünyəvi məktəb 1922-ci ildə yaradılmışdır.[4] Hazırda kənddə bir orta məktəb fəaliyyət göstərir.[4] Və burada 249 şagird təhsil alır.[4]
İstinadlar
- https://web.archive.org/web/20140826010819/http://census.ge/en/home.
- http://www.gpost.ge.
- დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
- Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 32 Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
- National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2016-03-28 at the Wayback Machine
- The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005