Hamı belə edir
Hamı belə edir və ya aşiqlər məktəbi (KV 527, it. Così fan tutte, ossia La scuola degli amanti)) — Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu iki pərdəli opera. Operanın ilk premyerası 26 yanvar 1790-cı ildə Vyanada Burqteatrda oynanılmışdır.
Hamı belə edir | |
---|---|
it. Così fan tutte, ossia La scuola degli amanti | |
Bəstəkar | Volfqanq Amadey Motsart |
Librettoçu | Lorenso de Ponte |
Dili | italyanca |
Süjet | Metamorfoza |
Janr | Komik |
Pərdə | 2 |
Səhnə | 8 |
Yaradılma tarixi | 1791 |
İlk səhnələşdirmə |
26 yanvar 1790[1] Burqteater[d] |
Müddəti | 165 dəq. |
Hadisələrin baş verdiyi yer | Neapol |
Personajlar |
Personajlar
|
Premyera |
26 yanvar, 1790 Burqteatr Vyana |
Vikianbarda əlaqəli mediafayllar |
Personajlar
Personajlar | Səslər |
---|---|
Fiordilici, ferraralı qadın, Dorabellanın bacısı | soprano |
Dorabella, ferraralı qadın, Fiordilicinin bacısı | mezzo-soprano |
Quqlielmo, Fiordilicinin sevgilisi | bariton |
Ferrando, Dorabellanın sevgilisi | tenor |
Despina, Dorabella və Fiordilicininin qulluqçusu | soprano |
Don Alfonso, qoca filosof | bas |
I Pərdə
Gənc zabitlər Quqlielmo və Ferrando öz sevgililərinin: bacılar Dorabella (Ferrandonun sevgilisi) və Fiordilicinin (Quqlielmonun sevgilisi) sədaqətliliyindən danışaraq fəxr edirlər. Qoca filosof don Alfonso buna inanmır və onlara mərc gəlməyi təklif edir. Qalib gələcəklərinə əmin olan zabitlər buna tez razı olurlar.
Don Alfons bacılara sevgililərinin müharibəyə çağrıldıqlarını xəbər verir. Onlar göz yaşları içində vidalaşırlar. Don Alfons qulluqçu Despinanın köməyi ilə evə iki alban gəncini gətizdirir. Bunlar libaslarını dəyişmiş zabitlərdir. Onlar bacılara qayğı göstərməyə başlayırlar. lakin tərsinə Qulyelmo Dorabellaya, Ferrando isə Fiordiliciyə diqqət yetirir. Təngə gələn bacılar onları qovurlar. Alban gəncləri onları rahat buraxmırlar. Özlərini öllülüyə vuraraq yardım üçün öpüşə yiyələnməyə çalışsalar da heç nə çıxmır. Don Alfons məğlub olur.
II Pərdə
Bu arada təklikdə qalan bacılar qulluqcu Despinaya etiraf edirlər ki, gənc albanlar ürəklərinə yatmışdırlar. Belə ki Dorabellanın gözü Quqlielmoya, Fiordilicinin gözü isə Ferrandoya düşmüş olur. Despina onları görüşə getməyə təhrik edir. Parkda gəzərkən Quqlielmo Dorabellaya eşq elan edir və Dorabella ona razılıq verir. Fiordilici isə əvvəlcə digər albanın — Ferrandonun təklifini rədd edərək nişanlısını gözləməkdə davam edir. Lakin çox keçmir ki o, da razılıq verir. Bacılar elə indi albanlara ərə getməyə və onların vətəninə getməyə hazırdırlar. Notar qiyafətində Despina onlara kəbin kəsir. Bu an hərbi marş sədaları altında "müharibədən nişanlılar" dönür alban gənclər isə gözdən itirlər. Nikah kağızını görən zabitlər nişanlılarını sədaqətsizlikdə günahlandırırlar. Don Alfons onları sakitləşdirərək deyir ki, "Bütün qadınlar belə edirlər".
Həmçinin bax
- Archivio Storico Ricordi. 1808.