Halmahera (ada)

Halmahera adası (ind. Pulau Halmahera) — Malay arxipelaqına aid (Molukk adalarının ən iri adalarından biri) İndoneziyaya məxsus ada.

Halmahera adası
ind. Pulau Halmahera
Ümumi məlumatlar
Sahəsi 17780 km²
Uzunluğu
  • 366 km
Eni 159 km
Hündür nöqtəsi 1560 m
Əhalisi 162.728 nəfər (1995-ci il)
Yerləşməsi
0°39′33″ şm. e. 127°56′13″ ş. u.
Ölkə  İndoneziya
Akvatoriya
Halmahera adası xəritədə
Halmahera adası
Halmahera adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Sahəsi 17 780 km². Ərazi dağlıqdır (ən hündür yeri Hamkоnоrа vulkanıdır (1560). Adada fəaliyyət göstərən Dukono və İbu vulkanları vardır.

Ekvatorial iqlimi hakimdir. Bütün il boyu temperatur 25–28°S, illik yağıntı isə 2000–3000 mm təşkil edir. Ərazi bütünlüklə həmişə yaşıl meşələrlə örtülüdür.

Tarixi

Halmahera adası əvvəllər Ternate və Tidore adalarında asılı olmuşdur. Sonradan isə ada güçlü kralıqın ərazisini təşkil edirdi. Sonradan Hollandiyanın Ost-Hind şirkəti bütün arxipelaqı ələ keçirir.

İkinci Dünya müharibəsi zamanı adada yaponların hərbi bazası yerləşirdi.

1999 və 2000 ci illərdə Halmahera adasında müsəlmanlar və xristianlar arasında toquşmalar baş vermişdir. Bu toqquşmalarda minlərlə insan həlak olmuşdur.

Əhalisi

Halmahera əhalisi.

Əhalisi 162 728 nəfər (1995) təşkil edir. Əhalisinin təxminən 80 % müsəlman və 20 % xristiandır.

Ekonomika

Tropik əkinçiliyi, Kakos plantasiyaları geniş yayılmışdır. Adada qızıl, nikel və kobalt ehtiyatları vardır.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.