Half-Life: Opposing Force
Half-Life: Opposing Force və ya OpFor (azərb. Qarşı duran qüvvə) — birinci-şəxs atıcı janrında olan və Half-Life üçün əlavə (add-on) yaradılan oyundur. Half-Life: Opposing Force Valve-nin sifarişi ilə Gearbox Software studiyası tərəfindən yaradılmışdır.[2] Əlavədə oyunçu baş qəhrəman Adrian Şepard adlı HECU xüsusi təyinatlını idarə edir.
Half-Life: Opposing Force | |
---|---|
| |
Hazırlayan | Gearbox Software |
Yayımlayan |
Sierra Entertainment Valve Corporation |
Distribüterlər | Steam |
Seriya | Half-Life |
Buraxılış tarixi |
|
Versiya | 1.1.2.1/2.0.912.37 |
Janrlar | Birinci-şəxs atıcı |
Yaş reytinqləri |
ELSPA: 15+ ESRB: M PEGI: 16 USK: 16 |
Dizaynerlər | Rendi Riçford |
Ssenaristlər |
Stiven Bahl Rob Heironimus Kristi Cunio Rendi Riçford |
Texniki məlumat | |
Platformalar | Microsoft Windows |
Mühərriklər | GdSrc |
Oyun rejimləri | Birnəfərli oyun, Multipleyer |
İnterfeysin dili | ingilis dili[1], fransız dili[1], alman dili[1], koreyaca[1] |
Daşıyıcılar | CD, Steam |
Sistem tələbləri |
133 MHz processor 24 MB RAM SVGA video kard |
İdarəetmə | Klaviatura və maus |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Orijinal Half-Life-da olduğu kimi Opposing Force-da da şəbəkə oyunu var. 2000-ci ilin mayında Valve və Gearbox şəbəkə oyunu üçün əlavə — Opposing Force: Capture the Flag buraxır ki, bu da oyuna müxtəlif xəritələr və rejimlər əlavə edir.[3]
2005-ci ildə Opposing Force Steam-də Half-Life 1: Anthology paketi daxilində yayımlanır.[4]
Oyun prosesi
Half-Life: Opposing Force əlavəsində oyunçu HECU əsgərinin rolunu üzərinə götürür və buna görə də PCV tipli zirehli geyimlə təchiz edilir. Bu zirehli geyim Half-Life-da olan HEV kostyumunun analoqudur. Can göstəricilərin yanına həm də onu ağır zədələrdən qoruyan zirehin faizləri də əlavə olunur. İtirilən zireh faizləri Qara Mezanın çox yerində rast gəlinən həm xüsusi HECU cihazları, həm də batareyalar vasitəsilə bərpa etmək olar. Fənər əvəzinə oyunçuya qaranlıqda xeyli məsafəni aydın göstərən gecə görüntüsünü təmin edən cihaz verilir. Yanan cihazın batareyası get-gedə boşalır və bir də yaxşı çalışması üçün cihazı bir müddət söndürmək lazım gəlir.
Təbii ki, Opposing Force əlavəsində HECU əsgərləri oyunçunun müttəfiqləri olurlar. Bütün oyun boyu qəhrəman bir neçə dəfə öz silahdaşları ilə birlikdə vuruşur. Bu oyun prosesinin inkişafı üçün Opposing Force əlavəsinə iki yeni əsgər növü — həkim və mühəndis yeridilib. Həkim yaralı oyunçu və əsgərləri sağaldala bilir, mühəndis isə qaynaq apparatı vasitəsilə ağır dəmir qapıları sındıra bilir. Oyunda elə anlar var ki, qəhrəman bu iki əsgəri qarşılıqlı əməkdaşlığa sövq etməlidir: məsələn, həkimi yaralı mühəndisin yanına gətirməlidir ki, o da öz növbəsində yolu kəsən dəmir qapını sındırsın. Qara Mezanın heyətinə qaldıqda isə onlar oyunçuya düşmən mövqedə deyillər və qəhrəmana müəyyən anlarda yardım da edə bilərlər. Heyət üzvlərində də dəyişiklik olub. Mühafizəçilər arasına yenisi — kök Otis adlı mühafizəçi əlavə olunub.
Half-Life: Opposing Force əlavəsində özünün "Boot Camp" adlı təlim missiyası var. Burada oyunçu hərbi təlim lagerində Half-Life oyun prosesinin əsaslarını öyrənir, kanatla dırmaşma və digər əsgərlərlə radio-əlaqə qurmaq kimi yeni geympley elementlərini sınaqdan keçirir.
Süjet
Opposing Force-da cərəyan edən hadisələr orijinal Half-Life-da gedən hadisələrlə çox sıx bağlıdır. Belə ki, oyunçu Qordon Frimanı görə, əvvəldə onun HECU ali komandanın verdiyi əmri eşidə və birinci oyunda olduğu yerləri yenə gəzə bilər.
Orijinal Half-Life-da "Qara Meza" elmi-tədqiqat kompleksində eksperementin iflası və sonrakı "kaskad rezonansı" fəzaarası portalı açır və paralel dünyü Zen-dən kompleksə çoxlu sayda gəlmələr keçir. Sağ qalmış alim və mühafizəçilər Qara Mezanı bütün mümkün vasitələrlə tərk etməyə çalışırlar. Hökumət tərəfindən göndərilən HECU xüsusi təyinatlılar gəlmələri Qara Mezada məhv etmək və bütün şahidləri — yəni kompleksin işçi heyətini "təmizləmək" əmri alırlar. Adrian Şepard, oyunçunun personajı bu əməliyyatın iştirakçısı olur. Onun helikopteri gəlmələrin uçan aparatı vasitəsilə vurulduqdan sonra Şepard əsas qrupdan ayrı düşür və başqa tək qalmış əsgərlərə qoşularaq, ağır döyüşlər gedən kompleksdən təxliyə nöqtəsinə yarıb keçmək istəyir.
Amansız və şiddətli döyüşlərdən sonra Şepard mərkəzdən geri çəkilmək haqda əmr gəlib. Xüsusi təyinatlıdan müstəqil hərəkət edən qara əməliyyatçıların gizli dəstəsi Qara Mezanı bir neçə termonüvə döyüş başlıqları ilə məhv etmək niyyətindədirlər. Buna baxmayaraq Şepard bombanı deaktivasiya edə bilir. Ancaq sonradan sirli G-man-nin bombanı necə aktiv etdiyi görür. Gəlmə Geno soxulcanı öldürdükdən sonra Şepard gözlənilmədən G-man-lə birlikdə helikopterdə yaranır. G-Man Şeparda deyir ki, o, özünə və başqalarına zərər verə bilməyən, təhlükəsiz yerdə saxlanılacaq. Daha sonra Adriana bildirir ki, O, G-man-a özünü xatırladır. Ancaq yenə də təhlükəli şahiddir. Burada oyun bitir.
Hissələr
- 1. Opposing Force (azərb. Qarşı duran qüvvə) — kapral Adrian Şepard və onun komandası Qara Mezada EZ-ə (Eniş zonası 112) çatırlar. Onların nəqliyyat helikopterini (kod adı "Qaz 7") "Manta" adlı Zen siviliasiyasının uçan obyekti vurur. Qəza zamanı huşunu itirir, ayılanda isə HECU əsgərləri ilə Zen gəlmələri arasında döyüşün şahidi olur.
- 2. Welcome to Black Mesa (azərb. Qara Mezaya xoş gəlmisiniz) — Şepard lazeret – səyyar xəstəxanada yenidən özünə gəlir. Onu bura qəzadan və gəlmələrlə hərbi toqquşmada sağ qalan əsgərlər və Qara Meza əməkdaşları gətiriblər. İrəlləyiş boyunca o, kompleksdə gəlmələr tərəfindən öldürülən çoxlu sayda əsgər və mülki şəxslərin meyitlərini görür. Adrian öz qrupu ilə görüş nöqtəsi istiqamətində hərəkət edir və radio cihaz vasitəsilə əsgərlərin Qara Mezadan təxliyəyə başladıqlarını eşidir.
- 3. "We are Pulling Out" (azərb. "Biz geri çəkilirik") — Şepard Qara Mezadan təxliyə zonasına irəlləyir və ilk dəfə İrq X təmsilçisini görür. Gəlmə də öz növbəsində belə görünür ki, öz dünyasına tədqiqat üçün insanlar yığır. Şepard təxliyə nöqtəsinə gəlib çatır ancaq G-man anqarı bağlayaraq Adriana digərləri ilə uçmağa imkan vermir. Xüsusi təyinatlıların axırıncı helikopteri uzaqlaşaraq gözdən itir.
- 4. Missing in Action (azərb. İtkin düşmüşlər) — Şepard məcbur qalıb kompleksdən başqa yolla çıxmaq üçün Qara Mezada öz səyahətinə davam edir. Hedkrab və onların yoluxdurduqları zombilərlə dolu istifadədə olan sobanı keçən Şepard kompleksi tərk edə bilməmiş başqa xüsusi təyinatlılarla rastlaşır. Əsgərlər Adriana qoşulurlar və birlikdə kompleksi tərk etməyə çalışırlar.
- 5. Friendly Fire (azərb. Dost atəşi) — Ofis kompleksində güclü döyüşlərdən sonra Şepard anqara çatır. Burada o, qara formada olan iki əsgərin yük maşınına nüvə başlığını yüklədiklərini görür. Onlar Şepardı görən kimi ona hücum edirlər və Adrian müdafiə olunmağa çalışır. O, başa düşür ki, qara əməliyyatçılar Qara Mezada qalan insanları öldürmək (həmçinin təxliyə edilə bilməyən xüsusi təyinatlıları da) və yadplanetli hücumuna son qoymaq üçün göndəriliblər. Şepard yenə dost əsgərlərə rast gəlir və onlar birlikdə əməliyyatçılarla döyüşə girişərək, nəhayət "Lyambda" kompleksinə gedən yer altı dəmir yoluna çıxırlar.
- 6. We Are Not Alone (azərb. Biz tək deyilik) — Şepard "Lyambda" kompleksinin birbaşa teleportasiya zalına düşür və Qordon Frimanı Zen portalına tullanan an görür. Gəlmələrlə döyüşərək o başqa portala tullanır və bir müddət Zen dünyasında səyahət etdikdən sonra kompleksə geri aparan portal tapır.
- 7. Crush Depth (azərb. Qəzanın dərinliyi) — Qara Mezaya qayıtdıqdan sonra Şepard yad planetli amfibiya — ixtiozavrın olduğu hidrofauna laboratoriyasına düşür. Laboratoriyada dolaşandan sonra Şepard yenidən Zen-ə aparan teleporta tullanır və yenidən, artıq kompleksin başqa hissəsinə qayıdır.
- 8. Vicarious Reality (azərb. Dəyişdirilmiş reallıq) — Şepard Zen dünyasından olan flora və faunanı tədqiq edən nəhəng terrarium olan "Bioev" laborator kompleksindən özünə yol açaraq keçmiş sənayə sahəsinə gəlib çatır. O, burada bir qrup xüsusi təyinatlının hansısa naməlum məxluqları ilə vuruşduqları haqda radio-yayım eşidir.
- 9. Pit Worm’s Nest (azərb. Mağara soxulcanının yuvası) — Şepard tullantıları emal edən sahəyə düşür. Burada onun qarşını X İrqindən olan nəhəng soxulcan kəsir. Adrian soxulcanın olduğu suya toksik tullantıları süzüb, onu öldürür. Bundan sonra o Qara Mezanın o biri hissəsinə, kanalizasiyaya girir.
- 10. Foxtrot Uniform (azərb. Fokstrot forması) — sağ qalmış bir neçə əsgər ilə birlikdə, Şepard qara əməliyyatçıların snayperləri tərəfindən nəzarət edilən sahədən keçir. Yeraltı kanallar və kanalizasiya ilə qaçaraq SES-i keçir və bir neçə əsgərin nəhəng qarqantyua ilə döyüşdüyünü görür. Qəhrəman partlayıcılar vasitəsilə nəhəng yadplanetlini məhv edir və borular ilə hərəkət etməyə başlayır.
- 11. "The Package"" (azərb. "Bağlama") — Şepard Qara Mezanın səthində ilə çoxlu qara əməliyyatçı, onların artilleriya və helikopterlərindən, həmçinin gəlmələrlə toqquşur. Mərhələnin sonunda o yeraltı avtodayancağa gəlir və burada iki nəfər qara əməliyyatçının kompleksi partlatmaq üçün termonüvə başlığının aktivləşdirməsini görür. Şepard onları öldürür və bombanı deaktivə edir. Ancaq sonra nüvənin G-Man tərəfindən yenidən aktivləşdirməsinin şahidi olur.
- 12. Worlds Collide (azərb. Dünyaların toqquşması) — Əməliyyatçılar və İrq X məxluqları ilə dolu anbardan keçikdən sonra Şepard Qara Mezanın sənayə zonasına gəlib çıxır. Burada o, portaldan Yerə keçmək istəyən X İrqin biloji həyat forması nəhəng yadplanetli — genosoxulcanla rastlaşır. Şepard stasionar lazer turellərindən istifadə edərək onu kor edir və öldürür. Yırtıcı öldükdən sonra müxtəlif portallar yaranmağa başlayır. Bunlardan birinə Adrian düşür.
- 13. Nəticə (azərb. Nəticə) — Şepard G-man-ın qarşısında helikopterdə özünə gəlir. Onunla qısa söhbətdən sonra Qara Mezadakı nüvə silahı partlayır və G-Man Adrian Şeparda "özünə və başqalarına zərər verə bilməyən yerdə" saxlanılacağı haqda deyir.
Düşmənlər
Orijinal Half-Life-dakı düşmənlərdən əlavə burada bir çox yeniləri də var. Belə ki, oyunçuya Zen dünyasından əlavə öz hədəflərini güdən və yalnız Opposing Force-da olan İrq X-lə də rastlaşır.
Əgər orijinal Half-Life-da oyunçunun ən-ənəvi insan düşməni HECU əsgərləri idisə burada əksinə əsgərlər dost, qara əməliyyatçılar isə düşməndirlər. Bu xüsusi təyinatlılar Qara Mezanı və nəinki tədqiqat mərkəzinin personalınə məhv etmək həmçinin təxliyəyə çatdırmamış HECU əsgərlərini də aradan qaldırmaq üçün göndəriliblər. Orijinal Half-Life-da haqqında danışılan əməliyyatçılarla — qadın-qatillərlə döyüşüb; Opposing Force-da qadın əməliyyatçılarla yanaşı həm də kişi əməliyyatçılar və müxtəlif növ yeni texnika da var.
Zen dünyasından olan düşmən-gəlmələr arasına isə yeni düşmən – Gonom və yoluxmuş HECU əsgəri ilə Qara Meza mühafizəçilərindən olan zombilər əlavə olunub.
Saundtrek
Digər Half-Life seriyalarından fərqli olaraq Oppsing Force-dakı musiqini Kris Censen yazıb. Buradakı saundtrek Half-Life: Blue Shift-də də istifadə olunub.
|
|
Maraqlı faktlar
- "Biz geri çəkilirik!" hissəsində X İrqinin nümayəndəsinin ilk yaranmasından əvvəl mühafizəçi alimdən soruşur "Siz yeni IG-88-i görmüsünüz?". IG-88 — Ulduz döyüşləri dünyasından olan qatil-droiddir.
- "Biz tək deyilik" hissəsində əgər oyunçu Qordon Frimanın arxasınca Zen portalına girsə, qəhrəmanı tarixi yenidən yazmaq cəhdində gunahlandıracaqlar və oyun sona bitəcək — "Müşahidə dayandırıldı: Obyekt zaman paradoksu yaratmağa cəhd etdi". Portala girdikdən dərhal sonra oyunçu Frimanın kiçik adada dayandığını görəcək amma özü yan keçərək dərin uçuruma düşəcək.
- "Biz tək deyilik" hissəsində Half-Life-dan kəsilmiş məxluqu — çamtoud-u tapmaq olar. Bunun üçün teleportların yerləşdiyi zalın qarşısında olan ventilasiya toruna bir neçə dəfə atəş açmaq lazımdır. Onda çamtoud tavandakı başqa tordan yerə düşəcək.
- Mağara soxulcanını öldürmək üçün oyunçu VALVE (azərb. qapaq) və GEARBOX-u (azərb. ötürmə qutusu) aktivləşdirməlidir. Şübhəsiz ki, bu yaradıcı şirkətlərin adına Valve və Gearbox Software istinaddır. Həmçinin buxar buraxmaq üçün açarın adı STEAM (azərb. buxar) adlanır — çox maraqlıdır ki, bu Valve-nin 2003-cü ildə özü və partnyorlarının məhssullarının satışı üçün yaratdığı onlayn-endirmə sisteminin adıdır. Bu sistem oyun çıxdıqdan dörd il sonra yaradılıb.
- "Foxtrot Uniform" hissəsinin adı NATO fonetik əlifbasından yaranıb. F və U hərbi evfemizm olaraq nitqdə qeyri-normatik sözlərin sintaktik əlaqəsini əmələ gətirir.
- Zen dünyasının bir hissəsində, su basmış mağarada Half-Life: Decay əlavəsinin qəhrəmanlarından biri Cin Krosun meyitini tapmaq olar.
- Opposing Force-dakı bəzi hissələr zahiri görünüş və geympley əlamətlərinə görə orijinal Half-Life-ı xatırladır. Belə ki, "Qara Mezaya xoş gəlmisiniz" özü-özlüyündə Half-Life-dakı "Gözlənilməz nəticə", "Mağara soxulcanının yuvası" "Reaktiv şaxta", "Foxtrot Uniform" isə "Səthi daralmanı" yada salır.
- Half-Life-da gəlmələrin istifadə edilməmiş və son an kəsilmiş modellərini oyuna salan (Hidrofauna və Bioev hissələrində) Opposing Force Aliens Addon[5] adlı modifikasiya mövcuddur.
İstinadlar
- Steam. 2003.
- "Half-Life: Opposing Force". Gearbox Software. 2012-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-23.
- "OpFor CTF Announced". IGN. 4 may 2000. 15 February 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 August 2010.
- "Counter-Strike: Source and Half-Life 1: Anthology available now at North America retail outlets". Steam. 26 sentyabr 2005. 2011-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-23.
- "Opposing Force Aliens Addon". FilePlanet. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-23.
Həmçinin bax
Xarici keçidlər
Rəsmi saytlar:
- Half-Life: Opposing Force rəsmi saytı (ing.).
- Steam rəsmi vebsəhifəsində Half-Life: Opposing Force (ing.).
- Gearbox Software rəsmi vebsəhifəsində Half-Life: Opposing Force Arxivləşdirilib 2012-02-15 at the Wayback Machine (ing.).