Hafsilər

Hafsilər (ərəb. الحفصيون al-Ḥafṣiyūn) — 1228–1574-cü illərdə Tunisdə hökmranlıq edən bərbər əsilli sülalə.[1]

Tarixi dövlət
Hafsilər
Bayraq
Bayraq
1229  1574

Paytaxt Tunis
Dilləri Bərbər dili
Rəsmi dilləri
Dövlət dini Sünni İslam, xristianlıq, katolisizm, İudaizm
Valyuta Dinar
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Xanədan adını Şeyx Əbu Həfs Ömər ibn Yəhyal Hintatidən almışdır. Onun oğlu, İfriqiyyə valisi olan I Əbu Zəkəriyyə Yəhya dövründə Hafsilər sülaləsi Əlmüvəhhidilərin tabeliyindən çıxaraq müstəqil hakimiyyət sürməyə başladı.

Qüdrətli dövrlərində ƏlcəzairLiviyada hökmranlıq edən Hafsilər, sonra sürətlə gücdən düşdülər. 1311–1317-ci illərdə Məmlük dövlətinin vassalına çevrildilər. Həmçinin 1530-cu illərdən başlayaraq Tunisin cənubu və mərkəzi Osmanlılar tərəfindən tutuldu. Hafsilərin əlində isə ölkənin yalnız şimal hissəsi qaldı.

1534-cü il avqustun 16-da Xeyrəddin Barbarossanın komandanlığı ilə Osmanlı qüvvələri Tunis şəhərini və ölkənin cənub hissəsini də Osmanlı imperatorluğuna birləşdirərək Hafsilərin hakimiyyətinə son qoydular. Lakin sonradan İspaniya və Almaniya imperatoru V Karl tərəfindən Tunisin geri alınması ilə Hafsilərin hakimiyyəti bərpa edildi.[2] Bu dövrdən etibarən Hafsilər sülaləsi hakimiyyətinə İspaniyanın vassalı kimi davam etdi və beləliklə, 1535–1574-cü illər arasında Tunis şəhərində ispan qarnizonu yerləşdirildi.

Tunis 13 sentyabr 1574-cü ildə Qılınc Əli Paşanın komandanlığı altında Osmanlı donanması tərəfindən yenidən fəth edildikdən sonra Hafsilərin bölgədəki hakimiyyətinə tamamilə son qoyuldu. Son Hafsi hökmdarı VI Məhəmməd İstanbula aparıldı və müsəlmanlara qarşı ispanlarla əməkdaşlıq etdiyi üçün edam edildi.[3]

İstinadlar

  1. Fromherz, Allen J. Abū Ḥafṣ ʿUmar al-Hintātī // Fleet, Kate; Krämer, Gudrun; Matringe, Denis; Nawas, John; Rowson, Everett (redaktorlar ). Encyclopaedia of Islam, Three (ingilis). Brill. 2009. ISBN 9789004161658.
  2. Roger Crowley, Empires of the Sea, faber and faber 2008 p. 61
  3. Öztuna, Yılmaz, "Devletler ve Hanedanlar-İslam Devletleri, Cilt 1, Kültür Bakanlığı, Ankara 1996, s. 234–238

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.