Hafiz Haqqı Paşa

Hafiz Haqqı Paşa (24 aprel 1878, Ədirnə - 15 fevral 1915, Ərzurum) - Osmanlı ordusunda xidmət etmiş hərbçi.

Hafiz Haqqı Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ədirnə, Osmanlı İmperiyası
Vəfat tarixi (36 yaşında)
Vəfat yeri Ərzurum, Osmanlı İmperiyası
Vəfat səbəbi səpmə yatalaq
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Hərbi hissə 3-cü Ordu
Xidmət illəri 1901-1915
Rütbəsi General-mayor
Döyüşlər Balkan müharibələri
Birinci dünya müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hərb məktəbində Ənvər Paşa, Mahmud Kamil PaşaFəxrəddin Paşa ilə eyni sinifdə təhsil almışdır. Bu məktəbdə ilk sinifini ikinciliklə, 5 dekabr 1902-ci ildə son sinifini isə birinciliklə bitirmişdir. Sultan V Muradın nəvələrindən biri olan Behiyə Sultanla (Mehmed Səlahəddin Əfəndinin qızı) ailə həyatı qurmuşdur. 1912-ci ildə Balkan müharibələrində iştirak etmişdir. "Vicdani" təxəllüsü ilə qəzetlərdə müxtəlif məqalələrin müəllifi olmuşdur. "Şanlı Əsgər" adlı kitabın müəllifidir.

3-cü Ordunun tərkibində rus və erməni birləşmələrinə qarşı Sarıqamış döyüşündə iştirak etmişdir. Döyüş ərzində Ənvər Paşanın rəhbərliyi altında olan birliklərin qeyd olunan hədəflərə qısa müddət ərzində çatmasına baxmayaraq, Haqqı Paşanın rəhbərliyi altında olan birliklər əsas hədəflərinə çata bilmədi və nəticədə döyüş əməliyyatı türklər üçün uğursuz oldu. Bu məğlubiyyətdən sonra Ənvər Paşa 3-cü Ordunun idarəçiliyini Hafiz Haqqı Paşaya təhvil verərək İstanbula qayıtmışdır. Haqqı Paşa da bundan bir neçə həftə sonra 1915-ci ildə Ərzurumda vəfat etmişdir.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.