Hadı Əliyev
Hadı Əliyev Bədəl oğlu (1900 – 1982) — coğrafiyaşünas alim, professor.
Hadı Əliyev | |
---|---|
Hadı Əliyev Bədəl oğlu | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | coğrafiyaçı |
Fəaliyyəti | alim |
Mükafatları | "Əməkdar elm xadimi" |
Həyatı
Hadı Əliyev 1900-cu ildə anadan olub. Orta təhsilini Bakının Maştağa kəndində Realnı məktəbində almışdır. Azərbaycanda Coğrafiya elminin və coğrafiya təhsilini qoyanlardan biridir. 1927-ci ildən Coğrafiya elminin tədrisi ilə məşğul olmuşdur. 1939-cu ildə coğrafiya elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmiş və Azərbaycanda ilk coğrafiyaşümas alimlərdən biri olmuşdur. XX əsrdə Azərbaycanda coğrafiyaçıların ilk milli müəllimi olnuşdur.[1]
Elmi fəaliyyəti
O, 1939-cu ildə ADPU-nə müəlimliyə dəvət olunmuşdur. Bir müddət həmin institutun prorektoru vəzifələrində çalışmışdır. 1938-ci ildə keçmiş SSRİ EA-nın Azərbaycan filialında ilk iqtisadi coğrafiya şöbəsini təşkil edir və ona ictimai əsaslarla rəhbərlik edir. 1945-ci ildə Coğrafiya institutuna direktor təyin edilir. Elə o vaxtdan etibarən ADU-də iqtisadi coğrafiyadan dərs deyir. Onun təşəbbüsü ilə 1944-ci ildə universitetdə yeni yaradılmış geologiya-coğrafiya fakültəsinin nəzdində iqtisadi coğrafiya kafedrası açılmış və 1980-ci ilədək həmin kafedraya rəhbərlik etmişdir. H.Əliyev 1960-cı ildən universitetdə yeni yaradılmış "xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası" kafedrasına rəhbərlik edib. Azərbaycan Dövlət Universitetinin böyük elmi şurası H.Əliyevin coğrafiya elmi qarşısında böyük xidmətlərini nəzərə alaraq 1965-ci ildə ona professor adı vermişdir. H.Əliyev böyük ictimayyətçi idi. 1950–1975-ci illərdə o Azərbaycan SSR "Bilik" cəmiyyətinin "Beynəlxalq həyatı" bölməsinin rəhbəri, 1939–1957-ci illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, 1970-ci ildə keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin fəxri üzvü seçilmişdir. H.Əliyev yüzlərcə elmi məqalənin müəllifidir. Orta məktəb şagirdləri üçün rus və Azərbaycan dillərində "Azərbaycan SSR-in iqtisadi coğrafiyası" və ali məktəb tələbələri üçün "Azərbaycan SSR-in iqtisadi coğrafiyası" dərsliyinin müəllifidir. Onun "Çin Xalq Respublikası", "Misir Ərəb Respublikası" və "Afrika bu gün" kitabları indidə öz əhəniyyətini saxlayır.[2]
Mükafatı
- "Əməkdar elm xadimi" — 1979
Həmçinin bax
- Rəna Qaşqay
- İrina Kuçinskaya
İstinadlar
- Budaq Budaqov Azərbaycanın Coğrafiyaçı alimləri "Elm" məşriyyatı Bakı 2013.səh.113
- Budaq B.Azərb. Coğrafiyaçı alimləri. "Elm"nəşriyyatı Bakı 2013.səh.114