Hacalıkənd

Hacalıkənd, HacılıkəndAzərbaycan Respublikasının Göyçay rayonunun Qarabakkal inzibati ərazi vahidliyində kənd. Rayon mərkəzindən cənub-şərqdə, GöyçayQaraməryəm şose yolu kənarında, Yuxarı Şirvan kanalının sol sahilində, Şirvan düzündə yerləşir.

Hacalıkənd
40°38′01″ şm. e. 47°48′36″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 101 m
Saat qurşağı
Hacalıkənd xəritədə
Hacalıkənd
Hacalıkənd

Toponimikası

Hacılıkənd oyk., mür. Göyçay rayonunun Qarabaqqal inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Tədqiqatçılara görə, oykonim XVI əsrdə Şirvanda məskunlaşmış qızılbaşların zülqədər tayfasına mənsub hacılar tirəsinin adını əks etdirir. Hacalıkənd variantında da qeydə alınmışdır.[1] Bəzi tədqiqatçılara görə, Hacalıkənd yaşayış məntəqəsini hacalı nəslinə mənsub olan ailələr burada məskən saldıqlarına görə kənd belə adlandırılmışdır. Belə fikir də var ki, Hacıalı kənd toponimi XVI əsrdə Şirvanda məskunlaşmış qızılbaşların zülqədər tayfasından olan hacılar tirəsinin adını özündə əks etdirir. Toponimi vaxtilə Şərqi Anadoluda yaşayan və Qaraqoyunlu dövlətinin siyasi həyatında yaxından iştirak edən türkdilli hacılılar tayfasının adı ilə əlaqələndirənlər də vardır.[2]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1142 nəfər əhali yaşayır.[3]

Məşğuliyyəti

Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq, meyvəçilik, üzümçülük, baramaçılıqla məşğul olur.

Şəxslər

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Hacalıkənd // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 35. ISBN 978-9952-34-155-3.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.