Hacıqasımlı

HacıqasımlıAzərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.

Hacıqasımlı
39°56′ şm. e. 48°18′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Saatlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 4916[1]
Hacıqasımlı xəritədə
Hacıqasımlı
Hacıqasımlı

Tarixi

Hacıqasımlı kəndinin yaranması nəslin banisi olan Hacı Qasımın adı ilə bağlıdır. Hacı Qasım özü bir neçə əsr qabaq ailəsi ilə birgə, dağlıq Şirvandan köçərək bu kəndin yaradıcısı və ilk sakini olmuşdur. Əslində kəndin yaranma tarixi XVII əsrin əvvəllərinə təsadüf edir. Kəndin yaranması XVII əsrin əvvəllərində Şamaxıdan gəlmiş Qasım adlı şəxsin adı ilə bağlıdır. Gənc yaşlarında bu ərazidə məskunlaşan Qasım ailə qurmuş, həcc ziyarətinə getmişdir. O, Hacıdan qayıtdıqdan sonra kənd onun adı ilə Hacıqasımlı adlandırılmısdır. Təxminən 20-ci əsrin əvvəllərində Hacıqasımlı kəndinə İran ərazisindən bir neçə seyid ailəsi gələrək Hacıqasımlı kəndinin el arasında Məmmədbəyli deyilən hissəsində məskunlaşmışlar. Bu gün Hacıqasımlı kəndində yaşayan əhalinin əksər hissəsini Hacıqasımın nəvə-nəticələri təşkil edir.[mənbə göstərin]

Mədəniyyəti

Kənddə 1 orta məktəb binası, 1 məscid, 1 tibb məntəqəsi, Mədəniyyət və Turizm Nazırliyinin kənd klubu və İcra Hakimiyyətinin yerli kənd icra nümayəndəliyi fəaliyyət göstərir. Orta Məktəb Qarabağ şəhidi İsmayıl Əliyevin adını daşıyır.(Əliyev İsmayıl Ayaz oğlu)[mənbə göstərin]

Təhsil uğurlar

138 evdən ibaret olan Hacıqasımlı kəndinin 70-dən çox ali təhsilli övladları Azərbaycanın müxtəlif yerlərində müəyyən vəzifələrdə çalışırlar.

Coğrafiyası və iqlimi

Saatlı rayonunun Hacıqasımlı kəndi Araz çayının sol sahilində yerləşir. Rayon mərkəzi ilə 5,5 km məsafədədir. Hacıqasımlı kəndi 2 hissədən ibarətdir. Kiçik su kanalı kəndi iki hissəyə ayırır. Kanalın sol sahilinə Məmmədbəyli, sağ sahilinə-daha böyük ərazisinə HACIQASIMLI deyilir.

Əhalisi

Əhalisinin müəyyən hissəsini seyidlər təşkil edir. Onlarda İrandan köç etmişlər. Kənd ağır seyidləri ilə də tanınmışdır. Onlardan Kərbəlayı Seyid İsmayıl ağa, onun oğlu Mirhadı ağa və Mirkazım ağa kənd sakinlərinin and yeridir.

Kəndin ən yaşlı sakinləri İbrahimov Əzizulla və Həsənov Məşədi Məhəmmədəli kişidir. M.Məhəmmədəli kişi kənddə öz əlləri ilə 2 məscid və 1 məktəb binası tikmişdir.

İqtisadiyyatı

Əsasən əkinçilik və maldarlıq əhalinin əsas iqtisadiyyatını təşkil edir.

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.