Hacıqır dağları
Hacıqır dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvançayın sağ sahilindədir. Nəzərabad kəndindən 1 km qərbdə başlayaraq meridional istiqamətdə Uzunoba su anbarınadək 4 km məsafəyə uzanır. Ayrı-ayrı yüksəkliklərdən ibarətdir. Ən yüksək zirvəsinin hündürlüyü 1058,0 m-dir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq qanadının quruluşunda iştirak edir.[1]
Hacıqır dağları | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1058,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Həmçinin bax
İstinadlar
- Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.