Hacılar (Çaypara)
Hacılar (fars. حاجيلار) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanının Hacılar bəxşinin ərazisinə daxil olan şəhər və bu bəxşin mərkəzi.[2]
Hacılar | |
---|---|
38°51′57″ şm. e. 45°05′38″ ş. u. | |
Ölkə | |
|
Adının mənşəyi
Kənd ağsaqqallarının dediyinə görə keçmişdə ətraf kənlərdən məkkəyə gedən hacılar bu kəndə toplaşarmışlar, ondan bəri kəndin adı belə qalıb.Başqa bir fakta görə kəndin əsasını qoyanlar Çors kəndindən olan dörd hacı(qardaş)imiş ki ona görə buraya hacılar adı verilibdir.
Tarix
Kəndin əskiliyi 450 il eramızdan əvvələ gedib çıxır.Hacılar yerlərinin əkinə yararlı olması və Ağçayın sahilində yerləşməsi insanların burada məskunlaşmasına səbəb olubdur.Kəndin yaxınlığında Sarıdaş yaşayış yerinin xarbalığları və bir tarixi təpə yerləşir. .
Coğrafiya
Hacılar kəndi dəniz səviyyəsindən 1055m yüksəklikdə yerləşərək, havası qışda quraq soyuq yayda isə quraq isti keçir. Ortalama illik yağıntı miqdarı 224mm təşki edir. Hacılara ən yaxın yaşayış məntəqəsi etnik kürdlər (Türkiyənin van ilindən buraya gələn kürdlər) yaşayan Babilabad kəndidir ki burailə 1 km aralıdır. Hacılar Xoy şəhərindən 60 km şimalda yeralıb.
Yer adları
Abısərdar bağı, Kümbəz arxı, Göbü, Mərdan yeri, Ənabi yeri, Mollakərim yeri, Şıx vahhab yeri və sairə.
Su dəyirmanları
Keçmişdə burada Salah dəyirmanı, Mahrül dəyirmanı, Ağdəyirman və Hacıəhməd dəyirmanı fəaliyyət göstərərmiş, ancaq indi işlək deyillər.
Ənənələr
Hacılarda novruz və qurban bayramları və od çərşənbəsi günü dəbdəbəli keçirilir. İlin son çərşənbəsində yerlilər qəbirləri ziyarət edib, təzə gəlinlərin evinə isə pay göndərərlər.[3]
Əhalisi
2006-cı il məlumatına görə kənddə 1,291 nəfər[4] yaşayır (370 ailə).Qeyri rəsmi mənbələrə görə burada 1560 nəfər və 428 ailə yaşayır ki bütünlükdə şiə inanclı Azərbaycan türklərindən ibarətdir. Hacılarlılar Mollavəli, Mərəndi və kəfeyli tayfalarından ibarətdir.
İqtisadiyyat
Hacılarlılar əkinçilik və maldarlıqla məşğuldur. Əsas məhsulları buğda, arpa, şəkər çuğunduru, günəbaxan və balqabaqdır.[5]
İstinadlar
- GeoNames (ing.). 2005.
- Hacılar şəhər statusu qazadı
- "Arxivlənmiş surət". 2020-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
- "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.
- "Arxivlənmiş surət". 2020-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.