Hacıkənd (Gəncə)

HacıkəndGəncə şəhər inzibati ərazi vahidində şəhər tipli qəsəbə.[2] Ərazisi 107 hektar, əhalisi 489 nəfərdir.[1]

Qəsəbə
Hacıkənd
40°30′44″ şm. e. 46°20′06″ ş. u.
Ölkə  Azərbaycan
Region Gəncə
Başçı Hüseynov Kərim
Tarixi və coğrafiyası
Sahəsi 1.070[1]
Mərkəzin hündürlüyü 1 259.2[K 1]
Saat qurşağı
Əhalisi
Əhalisi 489[1] nəfər
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 2523
Hacıkənd xəritədə
Hacıkənd
Hacıkənd
Hacıkənd xəritədə
Hacıkənd
Hacıkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəsəbə dağətəyi ərazidə, meşə içərisində iqlim kurortudur. Yaşayış məntəqəsi 1870-ci ildə Hacı Mirqasım və onun qardaşlarının malikanəsi əsasında salınmışdır. Sonralar indiki Xanlar Şəhərində yaşamış alman kolonistləri burada tikinti-abadlıq işləri apararaq onu oz yaylaq-kurort məskənlərinə çevirmişdilər. Oykonim Hacı (Mirqasımın titulu) və kənd komponentlərindən düzəlib, "Hacının kəndi, Hacının mülkü" deməkdir.[3]

Şərhlər

  1. Yaşayış məntəqəsinin mərkəzinin koordinatlarına (40.512315°00′ şm. e. 46.335166°00′ ş. u.) əsasən hesablanıb.

İstinadlar

  1. Gəncə şəhər İcra Hakimiyyəti. "Bələdiyyələr" (az.). ganja-ih.gov.az. 2016-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-17.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. Hacıkənd (Gəncə) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.