Hacıismayıllı (Cəlilabad)
Hacıismayıllı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Hacıismayıllı | |
---|---|
39°10′ şm. e. 48°27′ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 90 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 512 (2009) nəfər |
|
Toponimikası
Cəlilabad rayonunun Xəlilli inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Şatırlı kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Hacıismayıllı kəndin əsasını qoymuş nəslin adıdır.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 512 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.