Hacıhətəmli

HacıhətəmliAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.

Hacıhətəmli
40°42′08″ şm. e. 47°54′13″ ş. u.
Ölkə  Azərbaycan
Rayon İsmayıllı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 587 m
Saat qurşağı
Əhalisi
Əhalisi 3400 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3113[1]
Digər
[http:// ]
Hacıhətəmli xəritədə
Hacıhətəmli
Hacıhətəmli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Kəndin yaranma tarixi ilə bağlı belə bir etimaloji fikir var ki, Hacı Hətəm və Molla İsaq qardaşları bir vaxt Quba rayonundan köçüb İsmayıllıya gəlmiş, burada yurd salmış və maldarlıqla məşğul olmuşlar. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra kollektivləşmə baş vermiş və onlar əbədi olaraq bu yerlərdə məskunlaşmışlar. Məhz Hacıhətəmli və Mollaisaqlı kəndlərinin adı da həmin qardaşların adı ilə bağlıdır[2].

Əhalisi

Əhalisi əsasən haputlulardan ibarətdir[3]. Əhalisi 2460 nəfərdir, 1242 kişi, 1218 nəfəri isə qadındır.

Kənddə 400 ev var; 3400 nəfər əhali yaşayır. Hacıhətəmli kəndində əsas üç Hapıt tayfası var[mənbə göstərin] :

  • Çoçanlılar,
  • İzbaşlılar,
  • Çühürlülər.

Şəhidləri

  • 1. Rafiq Seyfəddin oğlu İsmayılov 1963-10.03.1992[4]
  • 2. Sərvər Sani oğlu Azayev 1967-07.01.1994[4]
  • 3. Vüqar Nəsrəddin oğlu Vahidov 1972-02.04.1993[4]
  • 4. Qurban Qəzənfər oğlu Heydərov 1968-23.08.1993[4]
  • 5. Qadir Şamil oğlu Məmmədov 1973-21.09.1992[4]
  • 6. Vasif Laçın oğlu Osmanov (baş l-nt) 1958-18.02.1994[4]
  • 7. Arif Kamil oğlu Ramazanov 1968-15.09.1992[4]
  • 8. Qalib Qədim oğlu Xəlilov 1973-25.09.1992[4]
  • 9. Qadir Sabir oğlu Şərifov 1969-11.03.1993[4]
  • 10. Ayaz Həbulla oğlu Ağayev 1975-26.01.1994[4]
  • 11. Qədim İlqar oğlu Xəlilov 2002- 15.09.2022

İqtisadiyyatı

Kənd camaatı əsasən, əkinçilikmaldarlıqla məşğuldur.

Təhsil

Hacıhətəmli məktəbi 1925-ci ildə yaranıb və 1925-1926-cı tədris ilində 2 qrup ümumi 45 şagird (32 oğlan, 13 qız), 1 müəllim olmaqla 1 pilləli türk məktəbi kimi fəaliyyət göstərməyə başlayıb[5]. 1926-1927-ci tədris ilində 2 qrup 37 şagird, 1927-1928-ci tədris ilində isə 2 qrup, 24 şagird təhsil alıb[5].

İdman

2014-2015 mövsümü üçün AFFA tərəfindən 13 yaşadək qızlardan ibarət komandalar arasında keçirilən futbol üzrə Azərbaycan çempionatında Hacıhətəmli kənd məktəbinin "Babadağ" komandası baş məşqçi Ədalət Əhmədovun rəhbərliyi ilə ölkə çempionu adını qazanmışdır.[6] 2015-2016 mövsümündə isə ikinci yeri tutmuşdur.

Futbolla müntəzəm məşğul olan kişilərdən ibarət "Tufan" komandası rayon birinciliyinin iştirakçısıdır[7].

Din

Kənddə Hacıhətəmli kənd məscidi dini icması fəaliyyət göstərir[8].

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Aygün Zeynallı. "İsmayıllı rayonunun toponimləri", "Tərcüməşünaslıq və onun müasir dövrdə rolu" respublika tələbə elmi-praktik konfranslarının MATERİALLARI. Qafqaz Universiteti Nəşri, Bakı, 2011. səh. 5-6. Arxivləşdirilib 2012-01-07 at the Wayback Machine  (az.)
  3. "Azərbaycanın müasir etnik palitrası". 2011-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-17.
  4. Qarabağ müharibəsində şəhid olmuş İsmayıllı övladları — ismayilli.cls.az saytı
  5. "Azərbaycan SSR Dövlət Plan Komitəsi" arxiv fondunda mühafizə edilən sənədlərində "1925-1928-ci illərə dair Azərbaycan SSR qəzaları üzrə məktəblərin siyahısı"
  6. İsmayıllı birinci olub. todaysbaku.az, 05.04.2015  (az.)
  7. Futbol üzrə İsmayıllı rayon birinciliyi Arxivləşdirilib 2016-10-08 at the Wayback Machine. ismayilli-ih.gov.az, 16.06.2016  (az.)
  8. MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.