Hacı bəy Sultanov
Hacı bəy Mirzə Zeynal bəy oğlu Sultanov (2 yanvar 1847, Saracıq, Şuşa qəzası – 2 dekabr 1920, Saracıq, Qaryagin qəzası) — Çar ordusunun polkovniki, Aşqabadın general-qubernatoru.
Hacı bəy Sultanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 yanvar 1847 |
Doğum yeri | |
Vəfat tarixi | 2 dekabr 1920 (73 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | hərbi qulluqçu |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Döyüşlər | |
Rütbəsi | polkovnik |
Həyatı
Hacı bəy Mirzə Zeynal bəy oğlu 1847-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Saracıq kəndində anadan olmuşdur.
İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində oxumuşdu. Rus ordusunda hərbi xidmətə başlamış, polkovnik rütbəsinədək yüksəlmişdi.
Son xidmət yeri Türküstan Hərbi Dairəsi olmuşdu və orada Aşqabadın general-qubernatoru vəzifəsini icra etmişdi.
Hacı bəy Sultanov doğma kəndində olarkən 1920-ci ildə bolşeviklər tərəfindən öldürülmüşdü.
Hacı bəyin Məhəmməd bəy adlı oğlu vardı.
Mənbə
- Ənvər Çingizoğlu, Qarabağ hərbçiləri, Bakı:Təknur, 2011,-312 səh.
- Ənvər Çingizoğlu, Sultanovlar: Saracıq bəyləri, "Soy" elmi-kütləvi dərgi, 2011, №8, səh.25–35.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.