Hacı Xəlil (Abaran)
Hacı Xəlil — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd.[2][3][4]
kənd | |
Hacı Xəlil | |
---|---|
40°38′10″ şm. e. 44°13′23″ ş. u. | |
Ölkə | Ermənistan |
Rayon | Alagöz rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1850 |
Mərkəzin hündürlüyü | 2.100 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0401 |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Alagöz dağının ətəyində, Düzkənd kəndinin yaxınlığında yerləşir. Alagöz (Araqadz) rayonu təşkil edilənədək (15 mart 1972) Abaran rayonunun inzibati-ərazi bölgüsünə daxil olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə[5], Qafqazın 5 verstlik xəritəsində[6] qeyd edilmişdir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə bu kəndin Abaran nahiyyəsində yerləşdiyi göstərilir və həmin nahiyyədə Xəlil Məhəmməd oğlu adlı bir nəfərin adına torpaq sahəsi olmuşdur[7]. Ehtimal ki, həmin şəxs (Xəlil) kənd saldırıb və kənd də (Hacı Xəlil kəndi) onun adı ilə adlarıdırılıb. Kəndin X əsrdə salındığı qeyd edilir[8].
Toponimi
1850-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Tsaxkovit adlandırılmışdır. Ehtimal ki, gətirilmə addır və Qars əyalətində Hacı Xəlil dağının adındandır. Dağ isə oradakı "Hacı Xəlil" pirinin adı ilə adlandırılmışdır.[9] Toponim Hacı Xəlil şəxs adı əsasında formalaşmış antropotoponimdir. Quruluşca sadə toponimdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15.VII.1946-cı il fərmanı ilə dəyişdirilib Tsaxkahovid qoyulmuşdur.
Əhalisi
Bu kəndin sakinləri azərbaycanlılar olmuşdur. Türkmənçay müqaviləsindən sonra, 1830-cu illərdə xaricdən köçürülən ermənilər, bu kənddə yerləşdirilmişdir[8].
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- Алияров С.С. К эпической биографии Алп Эрена. "Советская тюркология", 1987, № 6.
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s. 109–111
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.55
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.109–111
- Ermənistan Sovet Ensiklopediyası, V c., İrəvan, 1976, s.110
- Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Һаҹы Хәлил // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.