Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahı

Hacı TapdıqŞeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir.

Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahı
Ölkə  Azərbaycan
Şəhər Qax
Yerləşir Oncallı
Aidiyyatı Sufizm
Tikilmə tarixi XVI—XVII əsrlər
İstinad nöm.4562
Kateqoriyaməzar
ƏhəmiyyətiYerli əhəmiyyətli
Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahı (Azərbaycan)
Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.[1][2][3][4]

Şəkilləri

İstinadlar

  1. Тримингем Дж.С. Суфийские ордены в Исламе. Москва-1990
  2. Nemət .M. "Azərbaycanda pirlər" Bakı 1992
  3. Şahmərdan Əhmədli Oncallı türkləri Qax 1995
  4. H.Əzimov Ş.Əhmədov "Qax abidələri" Bakı Səda 1998

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.