Hacı Sultanəli məscidi
Hacı Sultanəli məscidi və ya Axundov məscidi — Bakı şəhəri Yasamal rayonunun Salatın Əsgərova 75 küçəsində yerləşən yerli əhəmiyyətli məscid.
Hacı Sultanəli məscidi | |
---|---|
![]() | |
40°22′43″ şm. e. 49°49′46″ ş. u. | |
Ölkə |
![]() |
Şəhər |
![]() |
Yerləşir | S.Əsgərova küçəsi, 75 |
Sifarişçi | Hacı Sultanəli |
Tikilmə tarixi | 1904-1910 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | stabil |
İstinad nöm. | 174 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
![]() |
Haqqında
Hacı Sultanəli məscidi 20-ci əsrin əvvəllərində inşa edilmişdir. Məscidin memarı Zivər bəy Əhmədbəyovdur.[1] Məscid 1904-1910-cu illərdə milyonçu Hacı Sultanəlinin təşəbbüsü ilə inşa edilmişdir.[2]
Bakı şəhərində, Nizami metrostansiyasının yaxınlığında yerləşir. Məscidin ərazisində türk əsgərinin məzarı aşkar edilmişdir.[3]
Məscid iki mərtəbəlidir. Üst mərtəbə qadınlar, alt mərtəbə kişilər üçündür. Məscidin planı kvadrat formasındadır. Məscidin günbəzi və minarəsi var. Əvvəlcə minarəsiz tikilmişdir. Məscid Avropa, Şərq və yerli memarlığın bütün xüsusiyyətlərini özündə birləşdirir.[4]
2000-ci ilin aprel ayında məsciddə yenidənqurma və bərpa işləri başladı. 2001-ci ilin oktyabr ayında bərpa işləri tamamlandı və məscid istifadəyə verildi.
Sərgi
- Hacı Sultanəli məscidinin piştağı
- Hacı Sultanəli məscidi
- Hacı Sultanəli məscidinin minarəsi
- Hacı Sultanəli məscidinin günbəzi
İstinadlar
- Фатуллаев-Фигаров, Шамиль Сейфулла оглы. Архитектурная энциклопедия Баку. — Baku : Международная Академия Архитектуры Стран Востока, 1998. — P. 331—333.
- Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 52. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
- "Hacı Sultanəli" məscidi Arxivləşdirilib 2020-01-07 at the Wayback Machine Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK)
- "Старые мечети Баку (список)". 2018-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-06.