Hacı Seyid Əbdülhəmid
Hacı Seyid Əbdülhəmid (1795/96, Şəki — ?) — XIX əsr azərbaycanlı tarixçi. Uzun müddət Orta Şərq ölkələrini gəzib və vətənə qayıtdıqdan sonra qazı olub.[1] Təqribən 40 il ərzində Hacı Seyid Əbdülhəmid şəriət məhkəməsinin başçısı vəzifəsini tutub.[2]
Onun XIX əsrin II yarısında Azərbaycan dilində yazılmış müxtəsər[2] "Şəki xanları və onların nəsilləri" əsəri Şəkinin tarixinə həsr edilib. (XV əsrin əvvəlləri — XIX əsrin başlanğıcı) Əlyazma Salman Mümtaz tərəfindən tapılıb. Bu əsərdə Şəki xanlarının nəsil şəcərəsi, Gələrsən-görərsən və Kiş qalaları, İran işğalına qarşı şəkililərin mübarizəsi, xanlıqda daxili vəziyyət və s. haqqında məlumat verilib.[1] Salnamənin dəqiq yazılma ili məlum deyil. Bakıda 1930-cu ildə çap edilib.[2]
İstinadlar
- Һаҹы Сејид Әбдүлһәмид / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 145.
- Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI - начале XIX вв. — Л., 1949. — С. 62.: Orijinal mətn (rus.)Ещё более краткая хроника по истории той же династии шекинских ханов на азербайджанском языке составлена Гаджи Сеид Абдул-Гамидом (хаджи сейид Абд-ал- Хамид), образованным шекинцем, родившимся в 1210 г. х. (1795/6 г. н. э.) и занимавшим около 40 лет пост председателя шариатского суда. Время составления хроники неизвестно. Она издана в Баку в 1930 г. Обе упомянутые хроники по истории шекинских ханов почти не касаются социальных отношений и могут быть использованы для нашей работы в самой незначительной степени.
Ədəbiyyat
- Һүсејнзадә Ә. XIX әсрин икинҹи јарысында Азәрбајҹан тарихшүнаслыҹы. Б. 1967. (az.)
- Рустамов С. О дате написания Родословной шекинских ханов и их потомков Гаджи Сеид Абдулгамида. Изв. АН Азерб. ССР (серия общественных наук), 1963, №1.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.