Hacı Murad Yagizarov

Hacı Murad Hacı Əhməd oğlu Yagizarov (18 iyul 1939 və ya 1939, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı, Humay mükafatçısı,[1][2] Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru,[3] Şamaxı xanı Mahmud ağanın nəticəsi.

Hacı Murad Yagizarov
Hacı Murad Hacı Əhməd oğlu Yagizarov
Digər adları Hacı Murad Yagiazarov
Murad Yegizarov
Hacımurad Yegizarov
Hacı Murad
Hacımurad Hacıəhmədoviç Yagizarov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Hacı Əhməd Yagizarov
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1958-ci ildən
Teatr Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1974 Azərbaycan SSR Dövlət mükafatı  — 1986
"Şərəf" ordeni  — 2019 "Şöhrət" ordeni  — 2009
IMDb ID0613411

Həyatı

Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış etmişdir. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda[4] təhsil alıb (1958–1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.

Mükafatları

Soyadı

Yagizarov (Yegiazarov tamam başqa şəcərəyə aid soyaddır) soyadı yalnız onun nəslinə mənsubdur.[8] Aktyorun ulu babası Şamaxı xanı Mahmud ağa Əliyev, babası İsmayıl bəy isə tanınmış vəkil olmuşdur. Vaxtilə aktyorun Dağıstanın Buynaksk şəhərindən olan atasını varlı olduqları üçün 1917-ci ilin sosialist inqilabından sonra onun bütün ailəsini Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib. Sibirdən qayıdandan sonra, o nəslin nümayəndələrinin yarısı Mahaçqalada, yarısı Kislovodskda, yarısı Qafqazın başqa şəhərlərində məskunlaşıb. Hacı Əhməd isə Bakıya gəlib.[9]

Filmoqrafiya

İstinadlar

Mənbə

  • Yagizarov, H. M. "Azəri kinematoqrafçılarının yeni il arzuları və planları". //Kino yenilikləri.- 1969.- 1 yanvar.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 817.
  • Arxivləşdirilib 2011-11-04 at the Wayback Machine Aktyoru canlı dinləmək imkanı…

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.