Hacı Məmmədhüseyn Rəfiyev
Hacı Məmmədhüseyn Rəfiyev (1860, Yelizavetpol, Tiflis quberniyası – 1920, Gəncə) — maarifçi, xeyriyyəçi, Məşədi Əli Rəfiyev və Musa bəy Rəfiyevin atası.
Hacı Məmmədhüseyn Rəfiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1860 |
Doğum yeri | |
Vəfat tarixi | 1920 |
Vəfat yeri | |
Partiya | |
Uşaqları | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Hacı Məmmədhüseyn Rəfiyev 1860-cı ildə Gəncədə doğulmuşdur.
Hacı Məmmədhüseyn Rəfiyev Gəncədə 1-ci gildiya tacir rütbəsi almış yeganə məşhur ticarətçi və sənayeçi idi. Xalça toxuculuğu və satışı sahəsində dünyanın bir çox ölkələrində məşhurlaşmışdı. Onun Təbriz, Nijni Novqorod, İstanbul, Tehran və Parisdə xalça mağazaları var idi. Rəssamlıq qabiliyyətinə malik olan Hacı Məmmədhüseyn Rəfiyev özünün çəkdiyi milli naxışlarla xalçalar toxutdururdu.
Xeyriyyəçi fəaliyyəti
Hacı Məmmədhüseyn Rəfiyev Nizaminin qəbirüstü məqbərəsinin bərpasının təşəbbüsçülərindən biri olmuş, onun maliyyələşdirilməsində iştirak etmişdir. 1902-ci ildə Gəncədə Azərbaycan məktəbinin açılmasında da onun böyük rolu olmuşdur.
İctimai-siyasi fəaliyyəti
Yelizavetpol general-qubernatorunun 1906-cı il 30 iyun tarixli fərmanı ilə Hacı Məmmədhüseyn Rəfiyev və onun oğlanları Məşədi Əli və Abbas Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü təsdiq edilmişdilər.
Hacı Məmmədhüseyn və oğlu Məşədi Əli 1909–1913-cü illərdə Gəncə Şəhər Dumasının qlasnısı olmuşlar.
1906-cı ildə yaradılan Difai Partiyasının Gəncə təşkilatının fəal üzvlərindən idi.
1918-ci il yanvarın 7-də Qafqaz cəbhəsindən qayıdan rus qoşunları tərk-silah edilərkən həlak olan azərbaycanlıların Gəncədə dəfn mərasiminin təşkilatçıları Hacı Məmmədhüseyn Rəfiyev və Həsən bəy Ağayev olmuşlar.
Mükafatları
Ümumdünya Paris Xalça Sərgisində "Qrand prix" yüksək mükafatı və qızıl medalla (1900), maarifçilik sahəsində fəaliyyətinə görə çar hökuməti tərəfındən "Za userdie" ("Göstərdiyi səyə görə") qızıl medalı ilə təltif olunmuşdu.