Hacı Fərəculla hamamı

Hacı Fərəculla hamamı — Azərbaycanın paytaxtı, Bakı şəhərində mövcud olmuş və yerli əhəmiyyətli tarixi abidə olmuş hamam.

Hacı Fərəculla hamamı
Hacı Fərəculla hamamı
Hamam 2016-cı ildə, sökülməmişdən əvvəl
Ölkə  Azərbaycan
Şəhər Bakı, Yasamal, Murtuza Muxtarov küçəsi, 83
Aidiyyatı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Tikilmə tarixi 1888
Vəziyyəti Sökülüb
Təyin edilib2 avqust 2001-ci il
İstinad nöm.3700
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli

2016-cı ilə qədər hamam Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuş və Azərbaycan Dövlət Yuğ Teatrı tərəfindən istifadə edilmişdir.[1]

Hamam 2016-cı ilə qədər tarixi abidə kimi 3700 inventar nömrəsi ilə müvafiq qanunun “Yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısı”nda olmuşdur.[2]

18 may 2016-cı ildə hamamın adı tarixi abidələrin siyahısından çıxarılmış[3] və bir müddət sonra sökülmüşdür.[4][5]

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.