Hacı Bədəl körpüsü
Hacı Bədəl körpüsü[1] — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü.
Hacı Bədəl körpüsü | |
---|---|
Şəhər | Dəmirçilər, Qubadlı rayonu |
Memar | Hacı Bədəl |
Tikilmə tarixi | XIX |
Vəziyyəti | naməlum |
ХIХ əsrdə Dəmirçilər kənd sakini, mötəbər insan, şer yazmaqda fitri istedad sahibi оlan Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilmişdir.
Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla) əhəng və yumurta sarısından istifadə оlunmuşdur. Bu körpü 15 kəndin Qubadlı rayоnunun mərkəzi ilə əlaqəsini bərpa etmişdir. Körpünün son dərəcə maraqlı arxitekturası vardır. Belə ki, körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının (Ağa çayı) üstündə salınmışdır. Heç vaxt ram olunmayan, dəlisov dağ çayının üstündə salındığından körpü tağbənd formasında idi. Onun ortasında dayaqlar qoyulmamışdı. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axını üçün idi.
Bu tariхi abidə də 31 avqust 1993-cü ilə qədər оlduğu kimi qalırdı. Körpü Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfındən qeydə alınıb.
İstinadlar
- "Hacı Bədəl körpüsü". 2019-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.