Hacı Əli Rəzmara
Hacı Əli Rəzmara (fars. حاجیعلی رزمآرا Ḥājī`alī Razmārā; 1901[1][2][…], Tehran – 7 mart 1951[2], Tehran) — İranın 26 iyun 1950-ci ildən 7 mart 1951-ci ilə qədər baş naziri.
Hacı Əli Rəzmara | |
---|---|
fars. حاجیعلی رزمآرا | |
Baş nazir | |
26 iyun 1950 – 7 mart 1951 | |
Əvvəlki | Əli Mənsur |
Sonrakı | Məhəmməd Müsəddiq |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1901[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 7 mart 1951[2] |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, zabit, hərbi qulluqçu |
Dini | şiəlik |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Atası Məhəmməd xan İran Kazak briqadasının zabitlərindən idi. Hacı Əli Rəzmara da öz həyatını hərbi işə sərf etmişdi. Fransada xüsusi hərbi məktəb olan Sen-Siri bitirmişdi.Ordunun Baş Qərərgah rəisi vəzifəsinədək yüksəlmişdi.
26 iyun 1950-ci ildə şahənşah Məhəmmədrza şah Pəhləvi onu baş nazir təyin etmişdi.
Baş nazir Hacı Əli Rəzmara İran neftinə İngiltərənin nəzarət etməsində aparıcı fiqur idi. Qacar təfəkkür tərzi Rəzmara tərəfindən reallaşdırılırdı. O İran xalqını təhqir edərək onun neft sənayesi qurmağa aciz olduğunu demişdi. Hətta neft sənayesinin milliləşməsini İrana xəyanət adlandırırdı. Rəzmara qətlə yetiriləndən 13 gün sonra İranda neft sənayesi milliləşdi.
Sui-qəsd
Fars İnformasiya Agentliyinin Mübarizə və Müqavimət bölməsi xəbər verir ki, şəmsi 1329-cu ilin ən səs-küylü hadisəsi İslam Fədailəri qrupundan olan Xəlil Təhmasibinin dövrün baş naziri Hacı Əli Rəzmaranı qətlə yetirməsi oldu. Rəzmara Britaniya hökuməti ilə əl-ələ verərək İran xalqının əleyhinə böyük cinayətlər törətmiş bir şəxs idi. O da Pəhləvi rejiminin digər nümayəndələri kimi neftin milliləşdirilməsinə qarşı çıxırdı. İslam Fədailəri neftin milliləşməsinə qarşı hər hansı hərəkəti İran xalqının ziddinə addım kimi dəyərləndirərək qərar çıxarırdılar və bu qərarlardan biri də baş nazir Rəzmaranın qətli idi.
Xəlil Təhmasibi dövrünün ən şücaətli insanlarından biri kimi yadda qalıb. O, istintaq materialları və məhkəmə qərarına əsaasən 1329-cu il isfənd ayının 16-da (7 mart 1951-ci il) o Rəzmaranı qətlə yetirdi. İslam Fədailəri Ayətullah Kaşaninin himayəsi ilə bu qətli öz üzərlərinə götürdülər və rejimə üç günlük ultimatum verildi ki, Xəlil azad edilsin. Fədailər qrupu Xəlil Təhmasibinin azad edilməyəcəyi təqdirdə şah rejimini hədələyirdi. Hadisə ilə bağlı Rəsul Cəfəriyan yazır:
Rəzmaranın qətli ilə bağlı məlumatlardan biri onun qətlə yetirildiyi silahla bağlı idi. Polis idarəsinin o zamankı məlumatlarına baxdıqda zahirən heç bir qaranlıq nöqtə qalmır. Rəzmaranın qətlindən bir saat sonra Rəzmaranın mühafizəçisi Mustafa Pazukinin Xəlilin əlindən aldığı silah polis idarəsinə təhvil verilir və silah qeydiyyata götürülür. Silahın qeydiyyatı zamanı keçirilən iclasın mətni belədir: “Çərşənbə günü saat 12:45-də polis idarəsində cənab Abdullah Müvəhhidin (Xəlil Təhmasibinin) Rəzmaranın qətli ilə bağlı ilk istintaq prosesi keçirilib. İclasda Brauninq tipli tapança qeydiyyata götürülüb. Qeyd olunub ki, bu silah baş naziri qətlə yetirən Xəlil Təhmasibiyə məxsusdur. Mühafizəçi Pazuki ifadə verib ki, bu silahı Rəzmaranın qətlindən sonra qatilin əlindən alıb.”
Silah patronla birlikdə ekspertə təhvil verilib. Ekspert Kərim Xaliqpənah deyib: “Ciddi araşdırmalardan sonra məlum oldu ki, məhz bu silahdan atəş açılıb.” Digər mütəxəssis Namdar Bəhmən öz fikrini belə bildirib: “Brauninq tipli silaha ekspert baxışından sonra məlum oldu ki, atəş bu silahdan açılıb.”
Bu məlumatlar Xəlil Təhmasibinin qətl ilə bağlı mühakiməsi üçün kifayət edirdi. Mühafizəçilərin atəş açması barədə heç bir məlumat yox idi. Bütün bu ifadələrə baxmayaraq Xəlil Təhmasibinin qətldə ittihamı üçün dəlillər kifayət etmirdi. Hadisə zamanı mühafizəçilərin və səhnədə iştirak edən məmurların atəş açıb-açmaması ilə bağlı heç bir məlumat verilmirdi. Maraqlıdır ki, Rəzmaranın vurulduğu zaman onun ölümünə səbəb olmuş güllələrin Xəlil Təhmasibinin silahından atılması ilə bağlı ekspert rəyləri natamamdır. Bu işdə maraqlı tərəflərin olduğu şübhə doğurmur. Həmin dövrdə milli cəbhənin üzvləri olmuş Qulamrza Rəhmani və Hairizadə heç bir dəlil göstərmədən iddialar əsasında belə bir nəticə çıxarmışdılar ki, atəş başqa bir silahdan açılıb. Mövzu düyünə düşmüşdü.
İstinadlar
- Ali Razmara // Ali Razmara (ing.): prime minister of Iran.
- Ali Razmara // Encyclopædia Britannica (ing.).