Hacı Şəfi məscidi

Hacı Şəfi məscidiNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndində yerləşən məscid. Məscid kəndin mərkəzində, “Karvansara” məhəlləsində yerləşən meydanın şimal tərəfində, üzü qibləyə inşa olunmuşdur. Yerli əhalinin dediyinə görə məscid kəndin mötəbər şəxsiyyətlərindən olan Hacı Şəfi tərəfindən inşa etdirildiyi üçün “Hacı Şəfi məscidi” adlanır.

Hacı Şəfi məscidi
Ölkə Azərbaycan Azərbaycan
Status Yerli əhəmiyyətli abidə
Yerləşir Üstüpü, Ordubad rayonu
Tikilmə tarixi 1524

Memarlıq quruluşu

Məscidin girişi cənub tərəfdəndir. Qadınlara və kişilərə aid olmaqla 2 qapısı vardır. Daxildən uzunu 17,4 metr, eni 10,7 metr (186 m²), hündürlüyü 4 metrdir. Binanın tavanı 4x2=8 dirəyin üstündə oturub. Şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə düzəldilib.

Kitabəsi

Məscid binasının bayır tərəfdən cənub divarının qərb tərəfində, təxminən 2 metr yüksəklikdə divara yaşıl rəngli başdaşı üzərində həkk edilmiş kitabə qoyulmuşdur. Kitabə güclü şəkildə aşındığı üçün mətnin tam oxunması mümkün olmamışdır. Kitabədən ancaq aşağıdakı sözlər oxunmuşdur: Quran XVIII-88... oğlu, mərhum, günahları bağışlanmış Şeyxülislam Kərbəlayi Fəthullah... 930-cu il” (10.11.1523-28.10.1524-cü il).

Bu kitabənin tarixinə əsasən məscidin tarixini XVI əsrə aid etmək olar.

Mənbə

  • Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.