Habil Qurbanov

Habil Qurbanov — hüquq elmləri doktoru, professor.[1]

Habil Qurbanov
Habil Surxay oğlu Qurbanov
Doğum tarixi
Doğum yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Surxay Qurbanov
Elm sahəsi hüquq
Elmi dərəcələri hüquq üzrə elmlər doktoru, professor
Təhsili

Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1975)

Volqoqrad Ali İstintaq Məktəbi (1985)

Həyatı

Habil Surxay oğlu Qurbanov 14 mart 1955-ci ildə Ağdam şəhərində anadan olmuşdur.[2]

Maarif xadimi Surxay Qurbanovun oğludur. 1971-ci ildə Ağdam 1 saylı orta məktəbini bitirmişdir. 1971–1975 illərdə Azərbaycan Pedaqoji İnstitutunin coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. AMEA-da kiçik elmi işçi kimi fəaliyyətə başlayan Habil Qurbanov 1975–1976 illərdə Ukraynanın Xmelnitski şəhərində hərbi xidmətdə olmuşdur O, 1976–1980 illərdə Bakı şəhəri Nəsimi Rayon Komsomol Komitəsində işləmişdir. 1980-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Bakı orta xüsusi milis məktəbində tədris hissəsinin müfəttişi vəzifəsində çalışmışdır. 1982–1985 illərdə Volqoqrad Ali İstintaq Məktəbini qiyabi yolla müvəffəqiyyətlə bitirmişdir.

Habil Qurbanov 1984–1986 illərdə Bakı Milis Məktəbində qiyabi bölmənin rəisi, 1986–1990 illərdə məktəbin rəis müavini vəzifələrində çalışmışdır. O, 1990-cı ildə prokurorluq orqanlarına işə qəbul edilmiş, Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsində prokuror, böyük prokuror vəzifələrində çalışmışdır. 1994–1995 illərdə Qaradağ rayon prokurorunun müavini, prokuror əvəzi, 1995–1997 illərdə Dəvəçi (Şabran) rayon prokuroru, 1997–2001-ci illərdə respublika prokurorluğunda cəza yerlərində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifələrində çalışmışdır.

Elmi fəaliyyəti

Habil Qurbanov 1988-ci ildə Moskvada SSRİ DİN-nin Akademiyasının dissertantı kimi, "Cinayət hüququ" sahəsində dissertasiya işini müdafiə edərək, hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. 1997-ci ildə Moskvada Rusiya Federasiyası Baş Prokurorluğunun İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib, RF-nın hüquq elmləri doktoru diplomunu almışdır. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ona hüquq elmləri doktoru, 2010-cu ildə isə professor elmi adı diplomlarını vermişdir.

Alim 300 elmi və publistik məqalənin, 15 monoqrafiyanın, 5 dərs vəsaitinin müəllifidir. Onlardan 4 monoqrafiya və 65 elmi məqalə xarici ölkələrdə dərc olunmuşdur. Onun "Azərbaycan Respublikasının yeni cinayət qanunvericiliyinin nəzəri əsasları" monoqrafiyası 1997-ci ildə Moskvada çap edilmişdir. O, hüquq elmləri doktoru, professor A.V.Naumovun "Cinayət hüququ" dərsliyini Azərbaycan dilinə çevirmiş və redaktoru olmuşdur.

Uzun illər hüquq elmləri üzrə Müdafiə Şuralarının üzvü və Birdəfəlik hüquq elmləri doktorluğu üzrə Dissertasiya Surasının sədri olmuşdur.Uzun illər Azərbaycan Rеspublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının hüquq elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur. Onun elmi rəhbərliyi ilə 3 nəfər hüquq üzrə elmlər doktoru, 10 nəfər hüquq üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. Hazırda 5 nəfər doktorant və dissertantın elmi rəhbəridir.

Avropa Təbiət Elmlər Aklademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademikidir.[2] Beynəlxalq Narkotizmlə Mübarizə Cəmiyyətinin üzvüdür.

H.Qurbanov respublikada yeni qanunlarının yaradılmasında yaxından iştirak etmiş, Azərbaycanda ilk dəfə olaraq 1996-cı ildə yeni Cinayət Məcəlləsinin (ümumi hissə) layihəsini hazırlamış və onu ictimaiyyətin müzakirəsinə vermişdir. Həmin layihədə irəli sürülən təkliflərin bir çoxu 1999-cu ildə qəbul edilən Cinayət Məcəlləsində öz təsdiqini tapmışdır. Habil Qurbanov 2010-cu ildən 2016-cı ilin dekabr ayınadək Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun "Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses" şöbəsinin müdiri vəzifəsində çalışmış, 2016-cı ilin dekabr ayından hazıradək AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisidir. 2017-ci ilin fevral ayında AMEA Azad Həmkarlar İttifaqının sədr müavini, 2017-ci ilin iyul ayında sədr əvəzi kimi fəaliyyət göstərmişdir. 2017-ci ilin noyabr ayından hazıradək AMEA Azad Həmkarlar İttifaqının sədridir.

H.ü.e.d., prof. H.S.Qurbanov AMEA Fəlsəfə və Hüquq İnstitutunun "Elmi əsərlər" beynəlxalq elmi-nəzəri, DİN Polis Akademiyasının elmi-nəzəri, "Qanun" elmi-hüquq jurnallarının, həmçinin Rusiya Federasiyasının Ədliyyə Naziyliyi nəzdindəki Hüquqi İnformasiyalar Elmi Mərkəzinin "Правовая информатика", Moskva şəhərinin "ЮНИТИ-ДАНА" nəşriyyatının "Государственная служба и кадры", "Закон и право", "Образование. Наука. Научные кадры", "Мониторинг правоприменения" jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir. Moskva şəhərində akademik İ.N.Bloxin adına Beynəlxalq Elmi-Təcrübə Birliyinin nəzdində yaradılmış Dissertasiya Şurasının üzvüdür. 2017-ci ildən Rusiya Professorlar Cəmiyyətinin üzvüdür. 2018-ci ildə "Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə hüquqi sosial normalar sistemində baxış, hüquqi münaqişələr, multikulturalizmin konstitusiya əsasları, qanunvericilik aktlarının iqtisadi təhlükəsizlik məsələləri sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, müstəqil Azərbaycanın dövlət idarəçilik sisteminin banisi Heydər Əliyev ideyalarının sədaqətlə yerinə yetirilməsində və ölkədə hüquq elminin inkişafında göstərdiyi xidmətlərinə görə nəşr olunan "Cəmiyyət və sosio-hüquqi problemlər" adlı monoqrafiyası "Ən yaxşı tədqiqat əsəri Qızıl medalı" ilə təltif olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin elan etdiyi "Şuşa İli"ndə Qarabağ-Şuşa mövzusunda apardığı tədqiqatlarına görə Fəxri Fərmanla təltif edilib. 2023-cü ildə elmin populyarlaşdırılmasında xidmətlərinə görə AMEA-nın Fəxri Diplomu ilə təltif olunmuşdur.

Pedaqoji fəaliyyəti

Habil Qurbanov elmi-pedaqoji fəaliyyətlə də məşğuldur. 1980–1990-ci illərdə SSRİ DİN Bakı Xüsusi Orta Milis məktəbində tədris şöbəsinin müfəttişi, müəllim-metodisti, qiyabi bölmə rəisi və məktəbin rəis müavini olmuşdur.[3] O, 1997–2003-cü illərdə Moskva Dövlət Açıq Universitetinin Bakı Filialında Cinayət hüququ və Cinayət prosesi kafedrasının müdürü, 2003–2010-cu illərdə Azərbaycan Universitetində hüquq fakültəsinin dekanı vəzifəsində işləmişdir. Тəhsil Nazirliyinin əmri ilə dəfələrlə Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsinin Magistr buraxılış Komissiyasının sədri təyin edilmişdir.

Elmi əsərləri

  • Применение института обстоятельств, устраняющих общественную опасность и противоправность деяния. Баку, издательство "Елм", 1988 (на рус.языке)
  • Юридическая природа и содержание института обстоятельств, устраняющих общественную опасность и противоправность деяния. Баку, издательство "Елм", 1988. (на рус.языке).
  • Управление реализацией института обстоятельств, устраняющих общественную опасность и противоправность деяния. Баку, издательство "Елм", 1989. (на рус.языке).
  • Обстоятельства, устраняющие общественную опасность и противоправность деяния. Монография, Баку, издательство "Генджлик", 1991, (на рус.языке).
  • Защита прав несовершеннолетних и иных лиц, требующих социальной защиты, профилактика их безнадзорности и правонарушений. Монография,(в соавторстве) Казан, 1995. (на рус.языке).
  • Проблемы реформы уголовного законодательства Азербайджанской Республики.Монография, Баку, издательство "Ганун", 1996 (на рус.языке).
  • Авторский проект Общей части нового Уголовного кодекса Азербайджанской Республики. Монография, Баку, издательство "Ганун", 1997 (на рус.языке).
  • Теоретические проблемы реформы Уголовного законодательства Азербайджанской Республики.Монография, Москва, издательство "БЕК", 1997(на рус.языке).
  • Криминалистический словарь(учебное пособие) (в соавторстве). Баку, издательство "Елм", 2004 (на рус.языке).
  • Уголовное право (особенная часть) (учебное пособие). Баку, издательство "Тахсил", 2005. (на рус.языке).
  • Уголовное право (общая часть) (учебное пособие). Баку, издательство "Тахсил", 2006. (на рус.языке).
  • Azərbaycan Respublikasının Konstitusiyası (ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik). Bakı, "Təhsil" nəşriyyatı, 2009. (azərbaycan dilində).
  • Azərbaycanın bələdiyyə hüququ (dərs vəsaiti) (həmmüəllifliklə), Bakı, "Təhsil" nəşriyyatı, 2011. (azərbaycan dilində).[4]
  • "Əməlin cinayət olmasını istisna edən hallar", Monoqrafiya, Bakı "Təhsil" nəşriyyatı,2014. (azərbaycan dilində).
  • Обстоятельства, исключающие преступность деяния, Монография, Издательство "Palmarium Academic Publishing", Германия 2015, (на рус.языке).
  • Cəmiyyət və sosio-hüquqi problemlər. Monoqrafiya. Bakı, "Elm" nəşriyyatı, 2018. (azərbaycan dilində).
  • Mənimsəmə və ya israfetmə əməllərilə mübarizənin cinayət-hüquqi xüsusiyyətləri. Monoqrafiya. Bakı, "Təhsil" nəşriyyatı, 2020. (azərbaycan dilində).
  • Comparative Law. (Müqayisəli hüquqşünaslıq) Monoqrafiya. Maryland, USA,2022. (ingilis dilində)
  • Qarabağın Azadlığı və Zəfərə Gedən Yol: Hüquqi-Sosio-Mədəni baxış. Bakı, 2022. (azərbaycan dilində)

İctimai fəaliyyəti

Habil Qurbanov 1988–1994-cü illərdə Qarabağ hadisələrinin gedişatında fəal iştirak etmiş, Qarabağ müharibəsi veteranıdır.

"Qarabağ Futbol Veteranları" Klubunun təsisçisi və prezidentidir. Azərbaycanda ilk dəfə Mini Futbol (Futzal) Qurumunun yaradıcısıdır. 1993–2008-ci illərdə AFFA-nın Futzal və Hüquq Komitələrinin sədri olmuşdur. 1998-ci ildə Azərbaycan Futzal Federasiyasını təsis etmiş və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirilmişdir. "Qarabağ" Futbol Klubuna çətin vaxtlarında maddi və mənəvi yardımla dəstək olmuşdur. Azərbaycan Tələbə Futbol Federasiyasının vitse-prezidentidir.

E-mail: professorqurbanov@yandex.ru

Ədəbiyyat

  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001. səh. 52–53
  • Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5–11 dekabr, 2012-ci il № 42(174)
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Molla Qurbanlı nəsli. "Təzadlar" qəzeti, 23 yanvar 2014-cü il, № 06 (1877)

İstinadlar

  1. H.S.Qurbanov
  2. Habil Surxay oğlu Qurbanov
  3. Habil Surxay oğlu Qurbanov
  4. "Habil Surxay oğlu Qurbanov". 2012-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-05.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.