Habil Əzizov

Habil Əzizov (tam adı: Habil Komunar oğlu Əzizov; 19 yanvar 1968, Kalininkənd, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Habil Əzizov
Habil Komunar oğlu Əzizov
Doğum tarixi
Doğum yeri Kalininkənd, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Komunar
Anası Zinayə
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Fəhlə, tələbə

Həyatı

1968-ci il yanvar ayının 19-da Ağstafa rayonunun Kalinin kəndində (indiki Vurğun qəsəbəsi) anadan olub.[2] Ailənin yeddi uşağından üçüncüsü idi. Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna qəbul olmuş, bir il oxuyandan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Riqada başa vurub, yenidən instituta qayıtmışdır. Qiyabi oxuyur, Ağstafada sovxoz idarəsinin[2] fəhlə briqadasında fəhlə işləyirdi.[3]

Qanlı Yanvar faciəsi

Hadisə vaxtı III kursda[4] qiyabi oxuyan Habil qış imtahan sessiyası dövrü olduğundan Bakıya gəlmişdi. Faciə baş verən gün Habilin ad günü idi. İmtahandan çıxıb əmisigilə gəlib. Orada süfrə açıb, ad gününü qeyd edirmişlər. Şəhərdə vəziyyətin qarışıq olduğunu bilən Habil, rahat oturub ad günü edə bilməyəcəyini deyərək, dostu Xanoğlanla birlikdə şəhərə getmişdir.

" Dostu Xanoğlan: İkimiz yanaşı gedirdik. Mən qəfil qapağı açıq olan kanalizasiya quyusuna düşdüm, o isə əlimdən çıxıb irəli getdi. "

Habil, həmin gün, yəni 1990-cı il yanvar ayının 19-da düşmən tankının altında qalaraq şəhid olmuşdur.

"20 Yanvar" şəhidi olan Ağstafa rayonunun Vurğun qəsəbəsi sakini Habil Əzizov, doğulduğu qəsəbə qəbiristanlığında dəfn edilib. Onun qəbri hər il yanvar ayının 15-dən 20-dək hər kəsin ziyarətgahına çevrilir.

Şəhid Habil Əzizovun adını daşıdığı məktəbin kollektivi, hər il şəhidin qəbrini ziyarət edərək ruhuna dualar oxuyurlar.

Həmçinin bax

İstinadlar

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Ağstafada 20 Yanvar şəhidinin xatirəsi yad edilib". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-19.
  3. "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
  4. "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.