HMS Royal Sovereign (1786)

Əlahəzrətin gəmisi Royal Soveren — (ing. HMS Royal Sovereign — Her or His Majesty’s Ship Royal Sovereign) (1786) — üçdorlu, 100 döyüş topuna malik Böyük Britaniya Kral Donamasına məxsus sayca üçüncü I ranq xətt gəmisi. 1805 ci ildə Trafalqar döyüşündə iştirak etmişdir. Plimut kral tərsanəsində C. Uilyamsın layihəsi əsnasında 7 yanvar 1774 cü ildə əsası qoyulmuşdur. Tikintisinə ABŞ İstiqlal müharibəsi zamanında bir neçə dəfə fasilə verilsə də 11 sentyabr 1786 cı ildə suya salınmışdır. Gəmi 67,458 £ başa gəlmişdir[1].

“Əlahəzrət Royal Soveren”
ing. HMS Royal Sovereign
Cinah gəmisi HMS Royal Sovereign, 7 mart 1796
Cinah gəmisi HMS Royal Sovereign, 7 mart 1796
Ölkə  Böyük Britaniya
Mənşə ölkə
Təşkilat Böyük BritaniyaKral donanması
Dövrü XVIII əsr
Tarixi 7 yanvar 1774
Salınma tarixi 11 sentyabr 1786
İstismara verilmə tarixi 1786
İstehsalçı Plimut
Tipi Üçdorlu
Sinifi Yelkənli
Növü xətt gəmisi
Ranqı I
Təyinatı Cərgə taktikası
İştirak etdiyi döyüşlər Trafalqar döyüşü
Top

Layihə(1786 cü il)

  • 28 × 32-funtluq top
  • 28 × 24-funtluq top
  • 30 × 12-funtluq top
  • 14 × 12-funtluq top
  • cəmi: 100
Dor ağacı 3
Göyərtəsi 3
Yelkəni ?
Yelkən sahəsi ?
Sürəti ?
Göyərtə uzunluğu 56
Midel-şpanqaut 15,88
Su sıxışdırması 2175
Çökməsi 6,8
Güc mənbəsi Yelkən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xidməti

Əsas xidmətini La Manş boğazında, bir neçə dəfə Aralıq dənizi yürüşlərində keçirmişdir.

1794 — admiral Hau donaması tərkibində Şanlı Bir İyun döyüşündə iştirak etmişdir. (14 ılü, 41 yaralı)[2].

1795 — 16 iyunda Kornuollisin bayraqdarı olmuş[3].

1805 — kapitan Edvard Rotergemin sərəncamında Trafalqar döyüşündə kiçik baytaqdar. İlk döyüşə atılaraq ilk rəqib cərgəsini yaran, 4 saatdan artıq təkbaşına vuruşmuşdur (42 ölü, 94 yaralı)[4].

1806 — Tulonun mühasirəsi.

1811 — noyabr, La Manşa dönür.

1825 — 17 avqust adı dəyişdirilir “HMS Captain” olur.

1826 — Plimutda tərkisilah eilir.

1841 — 28 avqust sökülür[5]. Bir neçə döyüş topu Kallinqvud memorialında saxlanılmaqdadır[6].

İstinadlar

  1. Lavery, Ships of the Line vol.1, p178
  2. Fleet Battle and Blockade / R. Gardiner, ed. — P. 31.
  3. Fleet Battle and Blockade / R. Gardiner, ed. — P. 44−45.
  4. The Campaign of Trafalgar / R. Gardiner, ed.
  5. B. Lavery The Ship of the Line — Volume 1. — P. 178.
  6. Pevsner. Buildings of England: Northumberland. Guide
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.