HMS Defence (1763)

Əlahəzrətin gəmisi Defens (ing. Her or His Majesty’s Ship Defence (1763) — Kral donamasına məxsus 74-toplu III ranq xətt gəmisi. Plimut tərsanəsində 15 dekabr 1758-ci ildə sifariş verilmiş və 31 mart 1763-cü ildə suya salınmışdır.[1]. "Defence" ingilis dilindən tərcümədə "müdafiə" mənasını verir.

“Əlahəzrətin gəmisi Defens”
ing. HMS Defence
"Defence" 1 iyun 1794-də
"Defence" 1 iyun 1794-də
Ölkə  Böyük Britaniya
Mənşə ölkə
Təşkilat Böyük Britaniya Kral donanması
Dövrü XVIII əsr
Tarixi sentyabr 1795
Salınma tarixi 31 mart 1763
İstismara verilmə tarixi 1763
İstehsalçı Plimut tərsanəsi
İstehsal yeri Plimut
Tipi Üçdorlu
Sinifi Bellona
Növü xətt gəmisi
Ranqı III
Təyinatı Cərgə taktikası
İştirak etdiyi döyüşlər Əbukir döyüşü, Trafalqar döyüşü
Top

Layihə (1763-cü il)

  • 28 × 32-funtluq top
  • 28 × 18-funtluq top
  • 18 × 9-funtluq top
  • cəmi: 74
Dor ağacı 3
Göyərtə uzunluğu 51
Midel-şpanqaut 14,25
Su sıxışdırması 1603
Çökməsi 6,02
Güc mənbəsi Yelkən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ABŞ İstiqlal müharibəsində

  • 1780, 8 yanvar — Finister burnuSent-Vinsent burnu yaxınlığındakı döyüşlərdə iştirak etmiş.
  • 1782 — Kapitan T. Nyuman (ing. T. Newman), Rocer Bikertonun (ing. R. Bickerton) eskadriliyasında.
  • 1783 — Şərqi Hindistan: Kuddalor yaxınlığındakı döyüşdə.
  • 1784 — Kommander Endrü Mitçel (ing. Andrew Mitchell), Şərqi Hindistan. İngiltərəyə 1785-ci ilin sonunda qayıtmışdır.

Böyük Fransa inqilabında

1798-ci ildə Əbukir dəniz döyüşündə iştirak etmişdir.

  • 1793 — kapitanı (sonralar lord) I Qambye baronu Ceyms olmuşdur.
  • 1794 — oktyabr, kapitanı Uels (ing. Wells) olmuşdur.
  • 1798 — iyun, kapitanı Con Peyton (ing. John Peyton), Aralıq dənizi donanması. Kontr-admiral Nelsonun eskadriliyasında. 12 iyun Korsikada, 17 iyun Neapolda olmuşdur. 28 iyun Əbukir körfəzində fransızlarla qarşılaşma nəticəsində 4 ölü və 11 yaralı itkisi vermiş, dor ağacının for-stenqi mərmidən zədə almışdır.
  • 12 oktyabr 1805 — Trafalqar döyüşündə iştirak etmişdir. Britaniyalıların külək tutmayan cərgəsinin sonunda qərar tutmuşdur.

Məhvi

16 dekabr 1811-ci ildə 150 ticarət gəmisindən ibarət donanma ilə Göteborq yaxınlığındakı Vinqodan HMS Victory (admiral Sumaresin flaqmanı), HMS St.George (admiral Reynoldsun flaqmanı), HMS Dreadnought, HMS Vigo, HMS Cressy, HMS Orion, HMS Hero gəmilərinin konvoyu ilə birlikdə yola düşür. Fırtına qopan zaman admiral Sumares "Hero" və digər kiçik gəmilərə, ticarət donanmasının bir hissəsi ilə geriyə — Vinqoya dönmək əmrini verir. Belt körfəzində Lollan adası yaxınlığında St.George dor ağaclarını itirdiyindən, HMS Defence və Cressy gəmilərinə dəstək üçün ona yaxın məsafədə üzmələri əmr edildi.

5 gün ərzində üç gəmi Şimal dənizində fırtına ilə çarpışmalı olur. Nəticədə 24 dekabrda St.George və Defence Rinqkyöbinq yaxınlığında Yutlandiya sahillərinə atılmış olurlar. Yarım saat ərzində HMS Defence parça-parça olur. 5 dənizçidən və 1 döyüşçüdən başqa bütün heyət batırlar.

İstinadlar

  1. Lavery, Brian. The Ship of the Line — Volume 1,… p.176.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.