HMS Agamemnon (1781)
"Əlahəzrətin gəmisi Aqamemnon" (ing. HMS Agamemnon - Her or His Majesty’s Ship Agamemnon (1781) — üçdorlu, 64 döyüş topuna malik Böyük Britaniya Kral Donanmasına məxsus III ranq xətt gəmisi, "yelkən əsrinin" bir çox döyüşlərinin iştirakçısı, Horatsio Nelsonun sevimlisi. 1777-ci ilin mayında tikintisinə başlanılmış və 10 aprel 1781-ci ildə Hempşir qraflığının Buklers Hard şəxsi liman tərsanəsində suya salınmışdır. Gəmi İliadanın qəhrəmanı Aqamemnonun şərəfinə adlandırılmışdır.
“Əlahəzrətin gəmisi Aqamemnon” | |
---|---|
ing. HMS Agamemnon | |
| |
Ölkə | Birləşmiş Krallıq |
Təşkilat | Kral Donanması |
Dövrü | XVIII əsr |
Tarixi | may 1777 |
Salınma tarixi | 10 aprel 1781 |
İstismara verilmə tarixi | 1781 |
İstehsalçı | ing. Bucklers Hard |
Tipi | Üçdorlu, Ardent |
Sinifi | Yelkənli |
Növü | xətt gəmisi |
Ranqı | III |
Təyinatı | Cərgə taktikası |
İştirak etdiyi döyüşlər |
Le Sent döyüşü, Genuya döyüşü, Kopenhagen döyüşü, Finisterre döyüşü, Trafalqar döyüşü, Kopenhagen döyüşü |
Top |
Layihə (1781)
|
Heyət | 500 |
Dor ağacı | 3 |
Göyərtəsi | 2 |
Göyərtə uzunluğu | 49 |
Midel-şpanqaut | 13,51 |
Su sıxışdırması | 1384 |
Çökməsi | 5,8 |
Güc mənbəsi | Yelkən |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ İstiqlal müharibəsində
1781 ci ildə Uessan və Le Sent adsı uğrunda döyüşlərdə iştirak etmişdir. 1782 ci ildə gəmi kapitan Bencemin Kolduell (ing. Benjamin Caldwell) rəhbərliyində Martinika çıxış üçün Fransız donamasına qarşı döyüşdə iştirak etmişdir. Bu zaman Aqmemnon 14 ölü, 24 yaralı canlı itki (leytenant İnkoldon (ing. Incledon) və Brays (ing. Brice) daxil olmaqla) verir.
Böyük Fransa inqilabında
26 yanvar, 1793 — kapitan Horatsio Nelson, Kent qraflığının Çatem şəhərində "Aqamemnon"a 3 il 3 ay ərzində rəhbərlik etmişdir. 25 fevral "Aqamemnon" "HMS Robust gəmisi ilə birlikdə göyərtəsində sursat təchizatı ilə Spithed donanmasına yetişir. Bu zaman onun 13 yaşlı oğulluğu İosia Nisbet (ing. Josiah Nisbet) həmin gəmidə miçman olmuşdur. Oradan gəmi Hud Samuelin rəhbərliyi ilə Aralıq dənizinə keçərək Tulon və Marsel limanlarını dəniz mühasirəsində saxlamışdır.
Tulon
27 avqust Tulon Burbonlara sədaqətliliyini elan edir; Böyük Britaniya gəmiləri limana daxil olaraq onu ələ keçirirlər. Onların əlinə qənimət kimi 30 fransız xətt gəmisi keçmiş olur. "HMS Agamemnon" Tulonu işğal etmək üçün əlavə lazım olan 10000 əsgər üçün Neapola yola salınır. O, geri qayıdaraq özü ilə 6000 əsgər gətirir, lakin bu respublikaçıların qüvvələri qarşısında Tulon mövqelərini müdafiə etməyə yetmir. 17 dekabr gecə hücumunun qarçısında dura bilməyən neopolitan qoşunu, royalislərlə birlikdə gəmilərə dolaraq bir neçə min itki verərək limanı tərk edirlər. "HMS Agamemnonun" kapitanı Lord Hud fransız donamasını arsenal və barıtı ilə birlikdə alova vurmağı əmr edir. Yangın demək olar ki, Tulonun yarısını külə dındərir. Dekabrın sonunda "HMS Agamemnon" Korsika yaxınlığındakı eskadriliya ilə təchizat üçün Livorno limanına yola düşür.
Korsika
1794 cü ilin yanvarında Kalvinin mühasirədə saxlayan "Aqamemnon" 14 fevralda içməli su ehtiyatı üçün Livorno limanına gəlir. Bu zaman kapitan Nelson kəşfiyyat apararaq qərara gəlir ki, gəmi toplarının atəş yardımı ilə 500 nəfərlə Bastiya şəhərini ələ keçirsin.
Ordu komandanı Lord Dandas (ing. Dundas), 2000-dən az əsgəri qüvvə ilə hücum etməkdən imtina edir. Lord Hud təklikdə hərəkət edir. Lord Dandası general d’Oban (fr. D'Aubant) əvəz edir, lakin o da birgə iştirakdan imtina edir. 4 apreldə 1200 dəniz piyadası və 250 dənizçi sahilə çıxaraq Bastiyaya həmlə edirlər. Eskadriliya şlyupları dənizə çıxışı və girişi əngəlləyirlər. Gəmilərdən çıxarılaraq şəhər həndəvərinə qoyullmuş ağır toplar sahildən fasiləsiz atəşlə hücuma dəstək verirlər.
"Aqamemnon" düşərgənin qarşısında lövbər salır, öz adamları ilə sahildə olan Nelson kürəyindən yaralanır. 20 mayda fransızlar lord Huda ağ bayraq göndərərək şəhəri və 4000 nəfərlik qarnizonu təslim edirlər. Növbədə olan Kalvini almaq üçün Stüartın (ing. Stuart) başçılığı ilə ordu 19 iyunda saxilə çıxaraq fransız ön mövqelərini 4 həvtə ərzində ələ keçirirlər. 10 avqustda Kalviya təslim olunduqdan sonra "Aqamemnon" bir neçə top itkisi ilə Livornoya çəilərək orada reydə durur. Bu döyüşdə Nelson sağ gözünün görmə qabiliyyətini üzünə dəyən qəlpə yarasından itirmiş olur.
Trafalqar döyüşü
1805-ci il 2 oktyabrda "Aqamemnon" Spidhedi tərk edir. 10 oktyabr gecə yarısı saat 2-də gəmi 5 fransız xətt gəmisinin, freqat, briq və yedəklərində olan bir neçə ticarət gəmilərinin əhatəsinə düşür.
Kopenhagen döyüşü (1807)
"Aqamemnon" Çetemdə təmirə dayandıqdan sonra 1807-ci ilin iyulunda Kopenhagen ekspedisiyasına qoşulur. Danimarka donaması 7 sentyabrda təslim olur. 21 oktyabrda "Aqamemnon" 95-ci polkun 665 nəfər üzvünü vətənə gətirdi. Onun birinci leytenantı qənimət kimi meşə materialı, kəndir, lövbər və ranqout doldurulmuş ing. Princess Caroline gəmisini İngiltərəyə gətirdi. "Princess Caroline" Böyük Britaniya Kral Donamasına xidmətə alındı.
Cənubi Amrika
1808-ci ildə Çetemdə təmir olunduqdan sonra "Aqamemnon" Braziliyaya yola düşür. Burada o, Portuqaliya kral ailəsinin — Braqansa sülaləsinin mühafizə eskadriliyasının tərkibində xidmət göstərir.
Məhvi
HMS Agamemnon 20 iyun 1809-cu ildə Argentinanın Rio-de-Plata sahillərində, Qoritti adasının yaxınlığında qəzaya uğrayır. Ölən olmur, gəmi heyəti və yükü isə köməyə gələn ing. Bedford və Mistletoe şxun gəmisi vasitəsilə xilas edilir.