HMS Africa (1781)

Əlahəzrətin gəmisi Afrika (ing. Her or His Majesty’s Ship Africa) (1763) — Kral donamasına məxsus 64-toplu III ranq xətt gəmisi.

“Əlahəzrətin gəmisi Afrika”
ing. HMS Africa
HMS Africa Baltik dənizində 20 oktyabr 1808-ci il
HMS Africa Baltik dənizində 20 oktyabr 1808-ci il
Ölkə  Böyük Britaniya
Təşkilat Böyük BritaniyaKral donanması
Dövrü XVIII əsr
Tarixi 2 mart 1778
Salınma tarixi 11 aprel 1781
İstismara verilmə tarixi 1781
Layihəçi Con Vilyams
İstehsalçı Nortfildəki Adams & Barnard tərsanəsi
Tipi Üçdorlu
Növü xətt gəmisi
Ranqı III
Təyinatı Cərgə taktikası
İştirak etdiyi döyüşlər Trafalqar döyüşü
Top

Layihə (1781)

  • 26 × 24-funtluq top
  • 26 × 18-funtluq top
  • 12 × 9-funtluq top

(2 x 24-funtluq karronada)

  • cəmi: 64
Heyət 491
Dor ağacı 3
Göyərtəsi 2
Göyərtə uzunluğu 49,02
Midel-şpanqaut 13,64
Su sıxışdırması 1414
Çökməsi 4,88
Güc mənbəsi Yelkən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gəminin layihəsi 26 fevral 1777-ci ildə təsdiqlənmişdir. 11 fevral 1778-ci ildə sifariş olunmuş, 2 mart 1778-ci ildə tikilməyə başlanılmış, 11 aprel 1781-ci ildə Nortfildəki Adams & Barnard tərsanəsində suya salınmışdır. 74 toplu bu proyekt köhnə olduğundan, hazır olan gəmidə çoxlu çatışmazlıqları nəzərə alaraq bu layihə əsasında yalnız 64 toplu gəmilər inşa olunurdu[1]. 1781-ci ildə Deptford kral tərsanəsində mislə üzlənmişdir.

ABŞ İstiqlal müharibəsində

1781 — xidmətə götürülür, kapitanı ing. Thomas Newnham olmuşdur.

1782 — yanvar, kapitanı ing. Robert McDowall; 6 fevral ser Riçard Bikertonun eskadriliyasında Şərqi Hindisana gedir.

1783 — 20 iyun Kuddalor döyüşündə iştirak edir.

Böyük Fransa inqilabında

1793 — sentyabr, Plimutda avadanlıqla təmin olunduqdan sonra kapitanı Roddem Houm (ing. Roddham Home) olmuşdur.

1794 — 18 mayda Şotlaniyaya üzür.

1796 — 21 martda Leoqan hücumunda ehtiyata qoyularaq, nəzərdə tutulmuşdur[2].

Kapitan Houmun sərancamında Şərqi Hindistanda olur. Sonra isə martda HMS Africa, HMS Leviathan (1790)HMS Swiftsure gəmiləri ilə birlikdə San-Dominqoda Leoqana hücum edən orduya artilleriyalarla dəstək vermişdir. Müdafiə güclü olduğundan Afrika gəmisi sahil artilleriyalarının mərmilərindən ciddi zədələr alır və Yamaykaya təmirə getmək zərurətində olur.[3]

1798 — sentyabr, Çatemdə hospital gəmisi funksiyası daşıyır. Leytinant Con Brayantın (ing. John Bryant) sərancamında Şirnessdə xidmətə girir.

1805 — 9−13 oktyabrda HMS Royal Sovereign (1786), HMS Belleisle (1795), Africa və HMS Agamemnon (1781) Kadis yaxınlığında Nelsonun rəhbərliyindəki Aralıq dənizi donanmasına qatılırlar[2].

21 oktyabr, Nelsonun küləkdöyən cərgəsində Trafalqar döyüşündə iştirak etmişdir. Bu zaman 18 ölü və 44 yaralı itkisi vermişdir[2].

İstinadlar

  1. Winfield, Rif. British Warships of the Age of Sail 1714−1792: Design, Construction, Careers and Fates. Seaforth, Chatam-St.Paul, P. 109, 2007. ISBN 978-1-84415-700-6>
  2. Winfield, Rif. British Warships of the Age of Sail 1714−1792: Design, Construction, Careers and Fates. P. 109, Seaforth, Chatam-St.Paul, 2007. ISBN 978-1-84415-700-6
  3. The Naval War of 1812 / Robert Gardiner, ed. — London: Chatham Publishing, 1998. — ISBN 1-55750-654-X
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.