HESA Karrar
İranın HESA şirkəti tərəfindən 2010-cu ildən istehsal olunana “Karrar” PUA-ları 1970-ci illərdə ABŞ-də istehsal olunan “Beechcraft Streaker” hədəf tipli pilotsuz vasitənin törəməsidir.[1] Onun üzərinə, əlavə olaraq Cənubi Afrika istehsalı elementlərin və silah asqılarının yerləşdirildiyi ehtimal edilir.
HESA Karrar | |
---|---|
Tipi | hədəf tipli pilotsuz vasitə |
Vikianbarda əlaqəli mediafayllar |
Bu PUA-lar Mahmud Əhmədinejadın prezidentliyi dövründə inkişaf etdirildi.[2] Pilotsuz uçuş aparatı hava hədəfini təqlid edərək hava hücumundan müdafiə qruplarına təlim vermək üçün istifadə olunur.[3] Onlar müntəzəm olaraq İranın hava hücumundan müdafiə təlimlərində diqqəti cəlb edir. Onların İranın köhnə ABŞ istehsalı “Beechcraft Streaker” (DMK-107) pilotsuz hədəflərini əvəz etdiyi bildirilir.
Ənənəvi olaraq parlaq narıncı rəngli “Karrar” hədəf dronlarının kiçik üçkünc qanadlarının aşağısında, silindrik və küt burun hissəli füzelyaj yerləşir. Mühərrikin hava qəbuledicisi arxa tərəfdə yerləşir. Mərkəzi asqıda Mk 82 bombası yerləşdirilə bilər.
“Karrar” buraxılmaq üçün raketlə təchiz edilən sistemdən, enmək üçün isə paraşütdən istifadə edir. Onun havadan buraxılması da mümkün hesab edilir. İran rəsmiləri PUA-nın müşahidə imkanlarına sahib olduğunu bildirirlər, lakin onun EO/IR sensorları diqqəti cəlb etmir.
“Karrar” PUA-sının avtopilot sistemi INS və ya GPS ilə idarə olunur,[4] yüksək və aşağı uçuş hündürlüyünə malik[5] vasitə gündüz və gecə uçuş imkanlarına da qadirdir.[6] It can follow a pre-programmed flight path, which can also be updated in flight.[6] Uçuşda belə yenilənə bilən və əvvəlcədən proqramlaşdırılan uçuş yolunu izləyən PUA ümumi təyinatlı 500 futluq 1 ədəd Mk 82 bombasını daşıya bilir. Alternativ olaraq PUA:
- 2 ədəd “Nasr-1” gəmi əleyhinə raketini;[7]
- 2 ədəd “Kowsar” gəmi əleyhinə raketi;
- 2 ədəd ümumi təyinatlı Mk 81 bombası;
- 2019-cu ildən başlayaraq isə “Balaban” peykinin idarə etdiyi bombaların birini daşıya bilər.[8][9]
500 futluq sursat dəsti PUA-nın döyüş radiusunu əhəmiyyətli dərəcədə azaldır.[5] Hərbi ekspertlər “Karrar”ın ABŞ-nin “Beechcraft Streaker” hədəf təyyarəsi ilə eyni olduğunu, 1970-ci illərdə inkişaf etdirildiyini və İran İnqilabından əvvəl İrana ixrac edildiyini bildirirlər.[10]
“Denel Dynamics” şirkətinin hesabatına görə, bəzi dizayn elementləri onlara məxsus olduğu üçün “Karrar” PUA-sı heç də “Beechcraft Streaker” hədəf vasitəsinin dəqiq klonu deyil. İranın sabiq Müdafiə naziri Şamxani 2004-cü ildə “Karrar” prototipinin tammiqyaslı bir modelini yoxlayarkən məlum oldu ki, bu PUA-nın inkişafı 2002-ci ildə, ehtimal ki, “Hadaf-1” adı altında aparılıb. “Karrar” PUA-sı “Ababil Jet” kimi də tanınır.
Taktiki-Texniki Xüsusiyyətləri
- Uzunluğu: 4 m;
- Qanad uzunluğu: 3.4 m;
- Hündürlüyü: 0.8 m;
- Maksimum qalxma çəkisi: 420 kq;
- Maksimum sürəti: 900 km/saat;
- Kreyser sürəti: 700 km/saat;
- Döyüş radiusu: 1000 km;
- Maksimum uçuş yüksəkliyi: 9000 m;
- Güc qurğusu: “Tolue-4”
İstifadəçilər
İstinadlar
- "Adam Rawnsley on Twitter". Twitter. 18 May 2018.
- Adam Rawnsley [arawnsley]. "First off, Karrar is not a UCAV. Yes, yes, I know Iranian propaganda has billed it as a UCAV but it was rolled out during the Ahmadinejad era when lots of silly claims were made about Iran's drone capabilities" (Tweet). 20 Jul 2018.
- Adam Rawnsley [arawnsley]. "But Karrar vaporware. They just lied about what it's used for. If you were glancingly familiar with Iran's Air Defense Force, you'd recognize Karrar at air defense exercises" (Tweet). 20 Jul 2012.
- Galen Wright. "The Arkenstone - ارکنستون: Karrar UAV". 6 February 2011. 30 August 2011 tarixində orijinalından arxivləşdirilib.
- "Karrar - Iran's New Jet-Powered Recce and Attack Drone". Defense Update. Aug 2010. 2012-03-08 tarixində orijinalından arxivləşdirilib.
- Yuri Lyamin. "Иранская экспозиция на МАКС-2017. Часть.2". 21 July 2017. 8 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2020.
- "Iran Unveils Domestically Produced Bomber Drone". Defense News. 2012-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-23.
- Iran Unveils New Smart Bombs Arxivləşdirilib 2022-01-05 at the Wayback Machine tasnimnews.com
- Iran holds unveiling event for precision guided bombs Arxivləşdirilib 2019-08-09 at the Wayback Machine janes.com
- Keith Campbell. "New Iranian unmanned warplane not a SA copy, except, maybe, for the tailplane". Engineering News. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-10.