Həzrəmövt

Həzrəmövt (ərəb. حضرموت) — Ərəbistan yarımadasında tarixi vilayət.

Ərəbistan yarımadası, 1914-cü il
Həzrəmövt dövləti Səba dövlətiHimyar dövləti müharibəsində

Tarixi

Həzrəmövt olaraq da tələffuz edilən və çox qədim qaynaqlarda yer aldığı üçün uzun bir tarixi keçmişə sahib olduğu anlaşılan ismin Hədramut b. Himyərdən gəldiği söylənməklə birlikdə bu xususda başqa fərziyyə və görüşlər də vardır [1].

Ərəbistan yarımadasının cənub sahillərində dar bir şərit halında uzanan bölgənin şərqində Omman, şimalında Suudiyyə Ərəbistanı ilə arasını ayıran Rub əl-Xali çölü, cənubunda Ədən körfəzi vardır. Ölkəni bir başdan bir başa keçən Həzrəmövt vadisi sahilə qədər uzanır. Orta yaylalarda dəniz səviyəsindən yüksəklik 1350 m. qədərdır. Dağlar əsasən çorak olub, bəzi yerlərdə sarısabır ağaclarına, kolluqlara və vadinin yamaclarında söyüdlərə rastlanır. Ən qərbdə Şəbvə şəhəriylə irili-kiçikli bəzi qəsəbə və kəndlər vardır. Xalq daha ziyadə böyük vadidə və sahildə yerləşmişdir. Vadidə quru iqlimi hökm sürər; qışı soyuq və yağışlı, yayı isti və quraqdır. Sahil kəsimində isə iqlim daha yumşaq, yağmur daha boldur. Vadidə torpaq altı sularının zənginliyindən dolayı artezian quyuları ilə sulama aparılır. Yüksəklərdə buğdaarpa başda olmaq üzrə vadidə qarğıdalı, xurma, üzüm, əncir, küncüt, çivit, tütün yetişdirilir; sahildə isə balıqçılıq yayğındır. Cənub-şərqdəki Məhrə yörəsində, tarixi boyunca bölgəni önəmli bir buxur ixracat mərkəzi halına gətirən günlük ağacları var. Yəmənə aid əhali sayı statistikləri çox seyrək aralıqlarla yayımlandığı üçün bölgənin əhali sayı ilə ilgili olaraq yaxın illərə aid bilgi yoxdur. 1986-cı ilə aid bilgilərə görə 686.000 əhalinin yaşadığı Həzrəmövtbölgəsinin ən böyük şəhəri Mükəlladır (1984-cü ildə 59.000)[2].

Bölgənin tarixi çox qədim zamanlara qədər uzanmaqdadır. Miladdan bir neçə əsr öncə Həzrəmövtdə Sabata mərkəz edilərək böyük bir siyasi güc ortaya qoyulmuşdur. Himyari kitabələrində Həzrəmövt adının aramicə olan bənzərlərinə və bəzi Həzrəmövt mallarının adlarına rastlanır. Qədim dövrlərdə Sin (ay)-Şəms (günəş)-Asto/Aşter (Venus) üçlü tanrı sistemi mənimsənmişdi. İslamdan öncə daha ziyadə Yəhudilik yayğındı; çünki xristian Həbəşlər daimi bir təhdid təşkil edirdilər. Müsəlmanlığın bölgədə gəlişdiyi illərdə bütpərəstlərlə yəhudilərin yanında az sayda xristian vardı. Miladi IV əsrdən etibarən uzunca bir müddət bölgənin önəmli bir qismi Himyari krallarının və tübbaların, daha sonra da İrana bağlı Yəmən valilərinin hakimiyətində qalmışdı.[3]

İslam dövrü

İslamın zühurundan öncə bölgədə Kində, Tücib, Həzrəmövt və Sadif qəbilələri vardı. Həzrət peyğəmbər Məkkə dövründə, hac mövsimində Kəbəni ziyarətə gələn ərəb qəbilələrinə İslamı təbliğ etdiyi günlərdə rəvayətə görə Kindilərə çatmışsa da, bu qəbilənin irəli gələnlərindən Müleyh onun təbliğini rədd etmişdi. Hicrətdən sonra Mədinəyə bir heyət gəlincəyə qədər Rəsul-i Əkrəmin onlarla görüşmədiyi sanılır. Tücibə mənsub on üç nəfərlik heyət 630-cu ildə Mədinəyə gəldi. Həzrət peyğəmbər heyət mənsubları ilə şəxsən ilgilənib sohbət etdikdən sonra yaxşı bir şəkildə ağırlanmalarını və özlərinə daha çox hədiyə verilməsini Bilal-i Həbəşiyə göstəriş verdi. Tücibilər bundan sonra Vəda haccı sırasında Minada Rəsul-i Əkrəmlə tapışdılar. Eyni il içində Həzrəmövt qəbiləsi əmirlərindən Vail b. Hucr Mədinəyə gəldi və müsəlman olmaq istədiyini ifadə etdi. Həzrət peyğəmbər əshabını məscidə toplayaraq vailini onlara tanıtdı, üzünü oxşadı, onun üçün dua etdi və ağırlanmasıyla Müaviyə b. Əbu Süfyanı vəzifələndirdi. Məmləkətinə dönərkən istəyi üzərinə Rəsulullahın ona, daha öncə sahib olduğu malların yenə öz mülkiyətində qalacağını, ancaq bunların zəkatını ödəməsi gərəkdiyini bildirən bir bəlgə verdiyi rəvayət edilməkdədir.

Əşas b. Qeys əl-Kindi başçılığında bir Kində heyəti 631-ci ildə Mədinəyə gəldi. Heyətdə olanlar kənarları ipəklə çevrili libaslar geymişdilər. Onunla görüşmək üçün məscidə girdiklərində peyğəmbərin sorğusu üzərinə müsəlman olduqlarını söylədilər və ipəkli libas geyməmələri gərəkdiyini öyrənincə də ipəkləri söküb atdılar. Rəsul-i Əkrəm, Əşasın bacısı Kutəylə ilə evlənmək istədiysə də, Kutəylə Mədinəyə gəlmədən peyğəmbər vəfat etdi. Kutəylə ilə daha sonra Xəlifə Əbu Bəkir evləndi. Kində heyəti mənsubları ölkələrinə dönərkən Rəsul-i Əkrəm onlara hədiyələr verdi. Bu heyətlə birlikdə bəzi Həzrəmövt qəbiləsi əmirləri də Mədinəyə gəlmişdilər. Bunlar arasında olan Vəliaoğullarından Hamdə, Mihvəs, Mişrah və Əbdaa peyğəmbərlə görüşərək müsəlman oldular. Eyni il Sadif qəbiləsini təmsilən gələn heyət də Rəsul-i Əkrəmə müsəlman olduqlarını bildirdi.

Həzrət peyğəmbər zəkat toplamaq, İslamı təbliğ etmək və aralarında şəri hökmləri uyğulamaq üzrə əshabdan Ziyad ibn Ləbid əl-Bəyazi əl-Ənsarini Həzrəmövtə, Muhacir ibn Əbu Üməyyəni Kindəyə və Sadifə, Ukkaşə ibn Mihsanı Səkasik və Səkuna göndərmiş, bu arada Rəbia ibn Zilmərhab, Vail ibn Hucr, Məsud b. Vail əl-Hadrami, Məhri b. Əbyad, Şihr əhlindən Zübəyr b. Kardum və Kindədən Bəni Müaviyəyə də məktub yollamışdır.

Xəlifə Əbu Bəkirin xəlifəliyi sırasında Həzrəmövtdə olan Ziyad b. Ləbidin zəkat xüsusunda Kində qəbiləsinə mənsub birinə göstərdiyi müamilədən dolayı bütün qəbilə Ziyad əleyhinə üsyan etmiş və Əşas b. Qeys da bu üsyanda qövminin başında yer almışdı. Ziyad durumu xəlifə Əbu Bəkirə bildirincə o, daha öncə Yəmənə göndərdiyi Muhacir b. Əbu Üməyyəni Ziyadın yardımına yolladı. Ziyad və Muhacirin komandasındakı İslam ordusu üsyanı yatırdı. Nücəyr qalasına sığınan Əşas aman dilədi və əhf ediləcəklərin bir siyahısını göndərək qala qapısını açdı; fəqət siyahıya öz adını yazmağı unutdu. Ziyad Əşası öldürmək istədiysə də Ommandan yardıma gələn İkrimə b. Əbu Cəhilin aman diləyəni öldürmənin caiz olmayacağını xatırlatması üzərinə onu xəlifə Əbu Bəkirə göndərdi. Xəlifə Əbu Bəkir, tövbə edib təkrar İslama girən Əşası əhf etdi və bacısı Ümmü Fərvə ilə evləndirdi. Yenidən İslama dönülməsindən sonra bölgə əhalisinin bir çoxu Mədinəyə gələrək İraq, Suriya və Misir üzərinə fəthlərə qatıldı.

Osmanlı dövrü

XVI əsrin əvvəllərində Yəməni fəth edən Osmanlılar, qısa müddət içində Ədən və Həzrəmövt sahillərini də öz idarələri altına aldılar. Xədim Süleyman paşanın Hindistan səfəri sırasında (1538) Osmanlı dövlətinin idarəsinə daxil olan Həzrəmövt Yəmənə bağlı bir sancaq olaraq təşkilatlandırıldı. Ancaq Həzrəmövt içində idarəni əllərində saxlayanlar Kəsiri qəbiləsi rəisləri idi. May 1566-cı ildə Yəmən bəylərbəyinə göndərilən hökmdə, Həzrəmövt sancağının hakimi olan Sultan Bədrin Hindistan və digər yerlərdən gələn ticarət gəmilərindən gömrük aldığı halda bəzi haqsızlıqlar etdiyi bildirilərək artıq gəmilərin gəlib-getmədiyi bildirilməkdə və bu durumun düzəldilməsi istənilirdi.[4]

9 mart 1914-cü il tarixində Osmanlı dövləti ilə İngiltərə arasında imzalanan Ədən və Nəvahi-i Tisa ilə ilgili andlaşmadan Həzrəmövtün zımnən İngiltərəyə buraxıldığı anlaşılır. Ancaq Osmanlı dövləti I Dünya Savaşının sonlarına qədər Həzrəmövt üzərindəki hakimiyət iddiasını sürdürdü. 1915-ci ildə Həzrəmövt şeyxləriylə Osmanlı dövlətinin Ədən cəbhəsi komandanı Ali Said Paşa arasında imzalanan müqavilənamədə şeyxlər din qardaşları olan Osmanlılara bağlı olduqlarını, ayrıca İngiltərə ilə bağladıqları antlaşmaları ləğv etdiklərini açıqladılar və Küveytilərin idarəsində olan Şibam ilə Şihr 1919-cu ilə qədər Osmanlı hakimiyətində qaldı. Ancaq Lozanna anlaşması ilə (1923) Türkiyə Cumhuriyəti, milli sərhəd-sınırlar xaricində buraxılan Osmanlı torpaqları üzərindəki haqlarından vaz keçdiyi üçün Həzrəmövtlə olan münasibətlər kəsildi və bura yenidən İngiltərənin nüfuz sahəsinə daxil oldu.[5]

Coğrafiyası

Həzrəmövtün Sayvun bölgəsi
Həzrəmövt paytaxtı Shabva tapılmış Qrifon

Həzrəmövt vadisi bölgəsi Ərəbistan dənizi sahilinə paralel, ondan 150–250 km aralı yerləşmişdir. Qərbdən şərqə tərəf vadi ensizləşir. Ərəbistan səhralarından dağ sistemləri ilə ayrılan Həzrəmövt vadisi yeraltı sularla zəngin olduğundan o ölkənin ən mühüm kənd təsərrüfatı rayonlarından hesab olunur.

Tihamə, Şarki və Həzrəmövt tarixi-coğrafi vilayətlərində neft və təbii qaz aşkar olunsa da, onlar çox dərin laylarda yerləşdiyindən, kommunikasiya sisteminin aşağı səviyyəsi və başqa səbəblər üzündən az miqdarda çıxarılır.

İqtisadiyyat

Yəmən əhalisinin 2/3 hissəsi kənd yerlərində yaşayır. Daxili miqrasiya kəndlərdən şəhərlərə, həmçinin dağlıq rayonlardan intensiv əkinçiliyin inkişaf etdiyi Tihamə, Həzrəmövt bölgələrinədir.

Texniki bitkilərdən pambıq və tütün əkinləri üstünlük təşkil edir. Burada uzun lifli Sudan pambığı (Lambert növü) becərilir. Tütün əsasən Həzrəmövtdə yetişdirilir. Bostançılıq və tərəvəzçilik yəmənlilərin qədim peşələrindən sayılır.

İstinadlar

  1. İA, V/1, s. 56; EI² [İng.], III, 51
  2. A. F. L. Beeston, “Ĥađramawt”, EI² (İng.), III, 51-53
  3. J. Schleifer, “Hadramaut”, İA, V/1, s. 56-59
  4. Halil Sahillioğlu, “Yəmənin 1599-1600 Yılı Bütçəsi”, Yusuf Hikmət Bayura Armağan, Ankara 1985, s. 303.
  5. Ş. Tufan Buzpınar, “Abdulhamid II and Sayyid Fadl Pasha of Hadramawt”, a.ə., XIII (1993), s. 227-239

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.