Həzrə (Qusar)
Həzrə — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Həzrə | |
---|---|
41°30′45″ şm. e. 48°15′17″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Qusar rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XV əsr |
Mərkəzin hündürlüyü | 660 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Coğrafiyası
Həzrə sovetliyinin mərkəzi. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Qusar maili düzənliyindədir.
Toponimikası
Kənd Qusar maili düzənliyindədir. Keçmiş adı Quryan olmuşdur. Yaşayış məntəqəsinin adı ərəb dilindəki həzr (ocaq, pir) sözü ilə bağlıdır. Oykonim kəndin ərazisindəki məscidlə və bu məsciddə dəfn edilmiş Şeyx Cüneydin qəbri ilə əlaqədardır. Qızılbaş tayfalarına arxalanan Şeyx Cüneyd (1447-60) "din uğrunda mübarizə" şüarı ilə Dağıstana hərbi yürüşlər təşkil edirdi. 1460-cı ildə Samur çayı sahilində, bu kəndin yerində Şirvanşah I Xəlilullahın (1417-62) qoşunları onu məğlub etdi, Şeyx öldürüldü. Şiələr Şeyx Cüneydi orada dəfn etdilər. Səfəvilər hakimiyyətə keçdikdən sonra 1544-cü ildə Şeyx Cüneydin qəbri üstündə məscid tikdirmişdilər. Sonralar Səfəvi I Təhmasibin (1524-76) orada saldığı kənd də Həzrə adlandırılmışdı.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1454 nəfər əhali yaşayır.[2]
Abidələri
Arxeoloji abidələrdən e.ə. I minilliyə aid kurqan var. Memarlıq abidələrindən Şeyx Cüneyd türbəsi mühafizə olunmuşdur.
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629