Həzi Aslanov (polis)
Həzi Arif oğlu Aslanov (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru
Həzi Aslanov | |
---|---|
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin rəisi | |
Vəzifədədir | |
5 noyabr 2019-cu ildən | |
Əvvəlki | Heydər Heydərov |
sentyabr 2005 – 5 noyabr 2019 | |
Əvvəlki | Ramiz Nağıyev |
Sonrakı | İslam Hümbətov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1965 |
Doğum yeri | |
Təhsili | |
Atası | Arif Aslanov |
Rütbəsi |
Polis general-mayoru |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | hüquq üzrə fəlsəfə doktoru |
|
|
Təltifləri |
Həyatı
Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Xarici keçidlər
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saytında Həzi Aslanov haqqında səhifə. mia.gov.az (az.)