Həyat bizi sınayır
Həyat bizi sınayır | |
---|---|
Janr |
dram məhəbbət |
Rejissor | Şamil Mahmudbəyov |
Ssenari müəllifləri | Vidadi Babanlı, Mixail Papava |
Baş rollarda |
Fikrət Quliyev-Rəşid Ömür Nağıyev-Fərəc Şahmar Ələkbərov-Arif Mayak Kərimov-Murad Ə. Rzayev-Şumal Sadıq Həsənzadə-Sadıq Larisa Lutova-Valya Xuraman Qasımova-Hicran Eldəniz Zeynalov-Məsi Amaliya Pənahova-Münəvvər Arzu Səfərova-Lalə |
Operator | Arif Nərimanbəyov |
Bəstəkar | Vasif Adıgözəlov |
Rəssamlar | Fikrət Bağırov, Mayis Ağabəyov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 17 fevral 1972 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 74,5 dəq. |
Ölkələr | Azərbaycan SSR SSRİ |
Dil | Azərbaycan dili |
İl | 1972 |
Texniki məlumatlar |
8 hissə 2183 metr genişekranlı 35 mm |
Rəng | ağ-qara |
Çəkiliş yeri |
Şamaxı(dəfn səhnəsi) Bakı(küçə səhnələri) Bakı, kinostudiyanın pavilyonu(otaq səhnələri) Sumqayıt(zavod səhnəsi) |
Məzmun
- Həyat yoluna yenicə qədəm qoymuş gəncin üç il ərzində qarşılaşdığı insanlar və münasibətlərdən bəhs olunur. Kinolent xeyirxah insanların köməyi ilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun, yeni tipli fəhlənin-Rəşidin(Fikrət Quliyev) taleyindən söhbət açır.
Film haqqında
- Film aktyor Ömür Nağıyevin kinoda ilk işidir.
- Film yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
- Filmin çəkilişləri bitdikdən sonra təsdiq olunmaq üçün Moskva Kino İdarəsinin baxışına təqdim olunur. Ssenari müəllifi Vidadi Babanlı bununla bağlı deyir: "Filmdə milli ruhda çəkilən kadrlar çoxluq təşkil edirdi. Həmin kadrlar Moskva Kino İdarəsinin rəhbərliyi tərəfindən filmdən çıxarıldı. Ümumiyyətlə, o dövrdə (Sovetlər Birliyinin mövcud olduğu dövr nəzərdə tutulur) Moskva milli ruhda çəkilən filmlərimizə çox amansız yanaşırdı. Onlar daima çalışırdılar ki, məhz milli ruhla zəngin olan kadrları məhv etsinlər. Bu baxımdan da "Həyat Bizi Sınayır" filmində, təbii ki, ssenariyə əsasən baş qəhrəmanın ifasında çəkilən ən maraqlı kadrlardan birinin filmdən çıxarılması bir müəllif olaraq mənə pis təsir etdi. Bu o kadrdır ki,- Rəşid ustasına corab hədiyyə edir. Sözdə adi görünən bu kadr çəkiliş vaxtı bütün yaradıcı heyəti riqqətə gətirmişdi. Çünki bu kadrda milli ruh güclü şəkildə təsvir olunurdu. Bundan başqa, Rəşidlə Hicranın bir-birinə necə bənd olması və ümumiyyətlə isə Rəşid-Hicran süjet xəttində olan lirik sevgi dünyasına aid kadrlar lentə almışdıq. Moskva bu kadrların hamısını çox amansızca "qayçıladı". Elə buna görə də film yarımçıq təsiri bağışlayır. Düzdür, film tez bir vaxtda ekranlara çıxdı, festivala qatıldı, yer tutdu. Ancaq yarımçıq şəklinə salınmış kadrlar daima məni düşündürdü. O mənada ki, axı Moskvanın marağı nə idi ki, filmlərimiz bu günə salınırdı."… "bütün bunlar o dövrün tələbindən irəli gəlirdi. İstər burada, istərsə də Moskvada belə tələb qoymuşdular ki, sənayeyə, fəhlə əməyinə geniş yer verilsin. İnsan taleyi qalırdı bir tərəfdə, texniki cəhətlər isə geniş şəkildə qabardılırdı. Bu, ədəbiyyatda da özünü büruzə verirdi. Bu tələblər sovet dövrünün mövcud olan qayda-qanunundan irəli gəlirdi. Bütün bunlar guya ki, sovet sisteminin yaxşı tərəfləri idi ki, kinoda da, ədəbiyyatda da qabardılmalı idi. Yəqin elə buna görədir ki, bu gün o dövrdə çəkilən hər hansı bir filmə baxanda və yaxud o dövrdə yazılan hər hansı bir əsəri oxuyanda tam bütövlük hiss etmirik." ("Həyat Bizi Sınayır: Moskva fimi "qayçılayıb" "öldürdü", Ekspres qəzeti, 21.10.2004, səh 18-19, Ulduzə Qaraqızı).
- Film 2-ci kateqoriya almışdır.
Festivallar və mükafatlar
- 1)1972-ci ildə Qorkidə (indiki Nijni Novqorod) fəhlə sinfi haqqında filmlərin Ümumittifaq kinofestivalı
- Filmə SSRİ Kinematoqrafiya Komitəsi və SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi : Vidadi Babanlı, Mixail Papava
- Quruluşçu rejissor : Şamil Mahmudbəyov
- Quruluşçu operator : Arif Nərimanbəyov
- Bəstəkar : Vasif Adıgözəlov
- Quruluşçu rəssam : Fikrət Bağırov, Mayis Ağabəyov
- Səs operatoru : Ağahüseyn Kərimov
- Rejissor : Mirzəbala Məlikov
- Redaktor : İntiqam Qasımzadə, Nataliya Şneyer
- Məsləhətçi : R. Faybisoviç
- Montaj edən : A. Abramova, Lidiya Vyalsova
- Rejissor assistenti : A. Əliyev, Y. Əhmədov
- Operator assistenti : Rafiq Əmirov, Ələsgər Ələkbərov (II), Amin Novruzov
- Qrim rəssamı : V. Arapov
- Quraşdırılmış səhnələrin operatoru : Mirzə Mustafayev
- Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
- Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
- Dirijor : D. Ştilman
- Filmin direktoru : Bəşir Quliyev
- İnzibatçı : Nadir Əliyev
Rollarda
- Fikrət Quliyev-Rəşid
- Ömür Nağıyev-Fərəc
- Şahmar Ələkbərov-Arif
- Mayak Kərimov-Murad
- Ə. Rzayev-Şumal
- Sadıq Həsənzadə-Sadıq
- Larisa Lutova-Valya
- Xuraman Qasımova-Hicran
- Eldəniz Zeynalov-Məsi
- Amaliya Pənahova-Münəvvər
- Arzu Səfərova-Lalə
- Elxan Əhədzadə-Rəşidin qardaşı Ömər
- Məmmədrza Şeyxzamanov-Murtuz
- Əminə Nağıyeva
- İ. Muxtəliyev
- Əhməd Əhmədov-Qəssab
- Süsən Məcidova-Sadıqın arvadı
- Q. Şabanov
- Q. Baxtiquzina
- Q. Mazanov
- A. Əliyev
- Tatyana Kuznetsova
- Lena Tolstova-Qonşu
- Ruhəngiz Musəvi-Bazardakı alıcı
- Zirəddin Tağıyev(Z. Tağıyev kimi)-Zavod işçisi
- Əliabbas Qədirov-Zavod işçisi
- Flora Kərimova-Müğənni
- S. Süleymanova-Yataqxana işçisi
- Eldəniz Rəsulov-Müğənniyə qulaq asan (titrlərdə yoxdur)
Filmi səsləndirənlər
- Bahadur Əliyev-Yol milisi (titrlərdə yoxdur)
- Pərviz Bağırov-Rəşid (Fikrət Quliyev) (titrlərdə yoxdur)
- Əli Zeynalov-Hamlet (titrlərdə yoxdur)
- Dadaş Kazımov (titrlərdə yoxdur)
- Əliabbas Qədirov-Fərəc (Ömür Nağıyev) (titrlərdə yoxdur)
- Yusif Vəliyev-Sadıq (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
- Hamlet Xanızadə-Müəllim (titrlərdə yoxdur)
- Əminə Yusifqızı-Hicran (Xuraman Qasımova) (titrlərdə yoxdur)
- Tariyel Qasımov - Rəşidin qardaşı Ömər - (Elxan Əhədzadə) (titrlərdə yoxdur)
Mənbə
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 194-196.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
- Aydın Dadaşov. "Bizim kino". Şamil Mahmudbəyovun "Həyat bizi sınayır" filmi haqqında. 9 yanvar 2016-cı il Arxivləşdirilib 2018-02-15 at the Wayback Machine
Həmçinin bax
Xarici keçid
Filmin musiqisi
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.