Həyatın imzası (kitab)

Həyatın imzası (Eramızdan min illərlə əvvəl yaranmış ən qədim irfani nəzəriyyə) — Rövşən Abdullaoğlunun 2012-ci ildə nəşr edilmiş "Qədim irfani nəzəriyyələr" silsiləsindən olan kitabı.

Həyatın imzası
Müəllif Rövşən Abdullaoğlu
Janr İrfan
Orijinalın dili Azərbaycanca
Ölkələr Azərbaycan Azərbaycan
Seriya Qədim irfani nəzəriyyələr silsiləsindən
Nəşriyyat Qədim Qala
Səhifə 168
ISBN ISBN 978-9952-8175-7-7

Məzmun

“Həyatın imzası” kitabı eramızdan əvvəl qədim yazılarda və ən qədim düşüncə məktəblərində mövcud olan “Həyatın ümumiliyi” adlı irfani bir nəzəriyyədən bəhs edir. Bu nəzəriyyə yaradılışla bağlı ən gizli sirləri kəşf etmək istəyir. “Həyatın ümumiliyi” çox maraqlı və əsrarəngiz məsələlərlə bağlıdır. Belə ki, bu nəzəriyyə insanın ətrafındakılara, təbiət aləminə və kainata olan baxışını tamamilə dəyişir. Adından da göründüyü kimi irfani olduğuna görə bu nəzəriyyə ilə daha çox ariflərin sözlərində və irfani təlimlər barədə yazılmış kitablarda rastlaşırıq.

Nəşr

Kitab 2012-ci ildə Bakıda Qədim Qala nəşriyyatında 168 səhifədə 60x90 ölçüsündə çap edilib.[1]

Həmçinin bax

İstinadlar

  1. "Həyatın İmzası" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.