Həvva

Həvva (e.ə. 3760[1], Ədən bağı[2][3]bilinmir) — ilk qadın, Adəm peyğəmbərin zövcəsi.

Həvva
Doğum tarixi e.ə. 3760[1]
Doğum yeri
Vəfat tarixi bilinmir
Xatirə günü 24 dekabr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mifologiyada mənşəyi

Həvva adının Kiş Şumer krallığında 3-cü sülalənin 1-ci kraliçası olan "Xabu"dan götürüldüyü ehtimal edilir. Het günəş ilahəsi Hepat, Yunan gənclik ilahəsi Hebe və sevgi ilahəsi Hera Həvva mifinin digər mümkün mənbələridir.

Şumer mifologiyasında ilahə Ninti (qabırğa sümüyünün qadını, həyat verən qadın) Həvvanın yaradılış mifindəki "Adəmin qabırğa sümüyü" obrazının mənbəyi hesab edilir.[4][5] Eva (Həvva, Həvva) ilə oxşar deyimi olan Ea, Adapa əfsanəsindəki Tövratın Həvva fiquruna bənzər şəkildə Adapanı istiqamətləndirir.

Həvva Amarna məktublarında, Tunc dövründə Yerusəlimdə sitayiş edilən tanrı kimi anlaşılan hurrilərin ilahəsi Hebatla da əlaqələndirilir. Hepa het yazılarında Hepat və ya Hepatu adlanır və ona 'sidr ağacları diyarı'nda sitayiş edildiyi bildirilir. Sidr ağaclarının ölkəsi Livan, Fələstindir. Sonrakı dövrlərdə Hepatın başqa mədəniyyətlərdə meydana çıxan düşüncələri də onun "Ana" kimliyi çərçivəsində idi. Eramızdan əvvəl I minillikdə heroqlif yazılarda Ha-pa-tu, He-ba-tu və Hi-pa-tu, Likiya yazılarında isə Hepat, "Heba Ana" mənasında ifadə edilir.[6]

Aşera, Ela, Elat (Çavat); İlahi-universal ana. Bu, insanların, heyvanların və məhsulların məhsuldarlığını simvollaşdıran, bəsləyən və dəstəkləyən bir ağıl idi və həyat ağacı ilə simvollaşdırılırdı. O, eramızdan əvvəl 1-ci minillikdə semit tanrısı Elin arvadı və tanrıların anası olan Aşeraha Çavat (Aramicə Həvva (İng. eva)) adlandırıldı. Ela və ya Elat Elin qadın formasıdır. Onun tam adı Rabat Çavat, Böyük xanım, ilahə Həvva idi və ilan simvolu idi.[7][8]

Həyatı

Adəm, bəşəriyyətin atası yarandıqdan sonra onun yaşayışın davamı üçün bir sıra ehtiyacları, qərizələri var idi. Allah bunları hikmət üzündən onun vücudunda xəlq etmişdi və bu qüvvələr insan üçün yeni-yeni ehtiyaclara səbəb oldu. Başqa bir tərəfdən bu əhəmiyyətli xilqətin məqsədi təkcə Adəm deyildi, bəlkə Allah bu növün təqvalı və ixlaslı bəndələrində olan həqiqi qiymətini mələklərə göstərmək üçün onun nəslinin artmasını istədi. Bu istəyin reallaşması üçün həmin növdən olan başqa bir vücuda ehtiyac duyuldu və insan nəsli bu iki vücuddan artdı.

Adəmin təklikdən əziyyət çəkməsindən əlavə onun qəlbinin sakitliyi və canının rahatlığı üçün özünə həmsöhbət istəyirdi. Buna görə də Allah taala Adəmin xilqətindən artıq qalmış gildən Həvvanı yaratdı və onun bədəninə ruh üfürdü. Eyni ilə Adəm kimi onun yaranışını kamilləşdirdi.

Başqa bir yerdə Həvvanın Adəmdən yaradılması nəql olunur, çünki kişilər su və gildən yarandıqları üçün məqsədləri su və gilə yetişməkdir. Amma qadınlar, kişilərdən yarandıqları üçün məqsədləri kişilərə yetişməkdir. (Hər nə qədər mümkündürsə onları kişilərlə münasibətdən çəkindirmək lazımdır.)

Beləliklə Həvva da yarandı. Bununla Əbul-bəşər Adəmin qəlbi rahatlıq və sakitlik taparaq tənhalıq vəhşətindən xilas oldu. Amma yenə də yeməyə, içməyə, geyimə və məskənə ehtiyaclı olaraq qalırdılar. Buna görə də müxtəlif nemətlərdən bəhrələnməyi və behiştdə məskən salmağı onlara icazə verərək belə xitab etdi:

-"Ey Adəm, öz həyat yoldaşınla behiştdə məskən salın və istədiyiniz nemətlərdən firavanlıqla yeyin, amma bu bir ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız."

Bundan əlavə İblisin düşmənçiliyini yenə də onlara xatırlatdı və elə bir iş görməyin ki, behiştdən çıxardılasınız…

İstinadlar

  1. Kantor M. The Jewish Time Line Encyclopedia, New Updated Edition (ing.). 2004. P. 7. ISBN 978-0-87668-229-6
  2. http://onlinelibrary.wiley.com/doi/10.1111/1094-348X.00053/pdf.
  3. http://fineartamerica.com/art/drawings/garden+of+eden/canvas+prints.
  4. "Arxivlənmiş surət". 2015-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-28.
  5. "Arxivlənmiş surət" (PDF). 2015-02-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-28.
  6. "Arxivlənmiş surət" (PDF). 2017-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-28.
  7. Dever, William K (2005), "Did God Have A Wife? Archaeology And Folk Religion In Ancient Israel" (Wm. B. Eerdmans Publishing Company)
  8. "Arxivlənmiş surət". 2017-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-28.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.