Hətəm Quliyev
Hətəm Quliyev (tam adı: Quliyev Hətəm Hidayət oğlu; 6 yanvar 1947, Qaryagin – 21 aprel 2021, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (1981), professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2014), AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, Əməkdar elm xadimi (2018).[1][2][3][4]
Hətəm Quliyev | |
---|---|
Hətəm Hidayət oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Füzuli, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahələri | geologiya və geofizika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adları | akademik, professor |
Təhsili | Bakı Dövlət Universiteti |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Hətəm Quliyev 6 yanvar 1947-ci ildə Füzuli rayonunda anadan olmuşdur. 1969-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini Mexanika ixtisası üzrə bitirmişdir. O, 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.[1][2][3]
Hətəm Quliyev 1969-cu ildən Azərbaycan Elmlər Akademiyasında bir sıra vəzifələrdə çalışmışdır. 1969-1973-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, 1973-1979-cu illərdə Kiyev şəhərində Ukrayna Kənd Təssərüfatı Elmləri Akademiyasında baş elmi işçi vəzifələrini icra etmişdir. Daha sonra 1979-1990-cı illərdə AMEA RMİ-də baş elmi işçi, sonra Dağılma mexanikası şöbəsinin müdiri, 1990-2003-cü illərdə AEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda (AE DNQYPİ) Geodinamika və Dağ mexanikası şöbəsinin müdiri vəzifələrində çalışmışdır.[4]
Hətəm Quliyev 2003-cü ildən ömrünün sonuna kimi AMEA Geologiya və Geofizika İnstitutunun Tektonofızika və geomexanika şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2001-2013-cü illərdə AMEA Yer elmləri bölməsinin akademik-katibinin müavini vəzifəsini icra etmişdir. Eyni zamanda AMEA-nın "Xəbərlər" (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini olmuşdur.[4]
Elmi fəaliyyəti
Hətəm Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə dünyanın aparıcı neft şirkətlərinin və bir sıra respublika təşkilatlarının sifarişi ilə mühüm elmi-texniki layihələr həyata keçirilib. Onun əsas elmi nəticələrinə Yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələgəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi və bir sıra digər istiqamətlər üzrə mühüm işlər daxildir.[4]
Onun əsas elmi nəticələrinə Yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələ gəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi, Yer təkində mühitin sıxlığının dərinlik üzrə paylanmasının tam qeyri-xətti məsələsinin dəqiq həlli, bu həllin müxtəlif süxurlar üçün dayanıqsız olduğunun isbatı, sıxlıqdan asılı olaraq deformasiya proseslərinin və faza keçidlərinin baş vermə ardıcıllıqları probleminin həlli, çoxkomponentli və üçölçülü seysmik dalğaların qeyri-xətti nəzəriyyəsi, seysmikanın qeyri-klassik nəzəri baza modelinin yaradılması, Yer təkini təşkil edən süxurların dağılmasının dayanıqsızlıq konsepsiyası, quyu ətrafında, geoloji kəsilişin üst qatlarında və daxili strukturasında dayanıqlıq vəziyyətinin itirilməsinin üçölçülü riyazi nəzəriyyəsi, deformasiyaya uğrayan bərk cismlərin dayanıqlığı, möhkəmliyi, dinamikası və dağılması mexanikası üzrə qeyri-xətti məsələlərin həlli və bir sıra digər elmi istiqamətlər üzrə mühüm işlər daxildir.[1]
Elmi əsərləri
- H.Quliyev. Aləmin əbədi dövranı paradiqması baxımından kosmologiyanın bəzi məsələləri haqqında. Azərbaycan MEA Xəbərləri, Yer elmləri seriyası, 2012, №4, s. 81-86.
- Г.Г. Кулиев. Определение понятия «время». Azərbaycan MEA Xəbərləri, Yer elmləri seriyası, 2011, №4, s. 34-43
- Г.Г. Кулиев. О времени и о его однонаправленности. Azərbaycan MEA Xəbərləri, Yer elmləri seriyası, 2011, №3, s. 59-69
- Кулиев Г.Г. Парадигма вечного круговорота материи и о понятии "время". XI Международная конференция “Геоинформатика: теоретические и прикладные аспекты”, 14–17 мая 2012 г. Киев, Украина, 2825, 5 стр.
- Кулиев Г.Г., Агаев Х.Б., Гулиев И.С. Прогнозирование упругих свойств среды по данным ГИС и сейсморазведки с применением кластерного анализа на нейронных сетях. XI Международная конференция “Геоинформатика: теоретические и прикладные аспекты”, 14–17 мая 2012 г. Киев, Украина, 2723.
- Guliyev H.H. Fundamental role of deformations in the internal dynamics of the earth.
- 34th international geological congress “The modern problems of geology and geophysics of eastern Caucasus and the South Caspian depression”, Brisbane, Australia, August 5 – 10, 2012, Special Issue Papers, Nafta-Press, Baku – 2012, p. 90 - 116.
- Кулиев Г.Г., Агаев Х.Б. Определение эмпирических зависимостей между скоростями продольных и поперечных волн по данным ГИС с применением кластерного анализа на нейронных сетях (Determining empirical relations between longitudinal and s-waves velocities on well logging data using cluster analysis). Abstracts of International Conference “Integrated Approach for Unlocking Hydrocarbon Resources”, 3-5 October 2012, The Hilton Baku Hotel, Baku, Azerbaijan, p. 223.
- # Кулиев Г.Г. Моделирование влияния современной геодинамики на сейсмическое волновое поле на основе нелинейной эластодинамики. «Сейсмопрогностические наблюдения на территории Азербайджана» (каталог). The first International Conference dedicated to 110 anniversary of the seismological survey in Azerbaijan, 07-12 October, 2012, Baku, Azerbaijan, p. 240-247ю
- Кулиев Г.Г. О некоторых вопросах космологии с позиций парадигмы вечного круговорота материи. Известия НАНА, науки о Земле, 2012, №4, с. 81-86.
- Кулиев Г.Г., Агаев Х.Б., Гулиев И.С., Етирмишли Г.Д. Применение кластерного анализа при изучении петрофизических свойств среды. XII Международная конференция «Геоинформатика: теоретические и прикладные аспекты» Украина, Киев, 13-16 мая 2013 г. , №5120.
- Guliyev H.H., Aghayev Kh.B. Studying of Physical-Mechanical Properties of Rocks of Geological Section Considering the Influences of Recent Geodynamics. Journal of Chemistry and Chemical Engineering, 2013, v. 7, No 5, p 441-455.
- Кулиев Г.Г. Деформации, обусловленные процессами уплотнения, разуплотнения и фазовыми переходами во внутренних структурах Земли. Геофизический Журнал, 2013, №3, Т. 35, 166-17
Публикации более 200 научных статей, включая:
1. Кулиев Г.Г. Разрушение и устойчивость трехмерных тел и некоторые родственные проблемы горной и нефтяной механики. Баку: Элм, 1983. 132с.
2. Кулиев Г.Г. Основы математической теории устойчивости скважин. Баку: Элм, 1988. 172с.
3. Кулиев Г.Г. и др. Разломы на латеральных (горизонтальных) поверхностях земных недр. Докл. РАН. 1995. Т.340, #1, с.78-79.
4. Кулиев Г.Г. и др. Механизм разрушения расслаиванием в слоистых структурах Земли. Докл. РАН. 1995. Т.340, #2, с. 222-224.
5. Кулиев и др. Модель развития Литосферы. Вестник Российской Академии Наук. 2000. Т.70, #2, с. 129-135.
6. Кулиев Г.Г. Вечный круговорот материи. Изд-во "Элм", Баку, 2002. 132с.
7. Kuliev G.G. and etc. AVO analysis in consideration of the reflected wave curve non-hyperbolity. Astract book. VII Inter. Conf. On gas in marine sediments and natural marine hydrocarbon seepage in the world oceans with application to the Caspian Sea. Baku, 2002, p. 85-87.
8. Kuliev G.G. and etc. About seismic anisotropy in the south Caspian Basin (SCB). 32nd International Geological Congress. South-Caspian Basin: geology, geophysics, oil and gas content. Baku, "Nafta-Press", 2004, p. 99-106.
9. Кулиев Г.Г., Агаев Х.Б., Ширинов Н.М. Исследования влияния давления на значения упругих параметров геологической среды на основе сейсмических и скважинных данных. Вестник Киевского национального университета имени Тараса Шевченко, Геология, #50, 2010, с. 10-16.
10. Guliyev H.H. A new theoretical conception concerning the tectonic processes of the Earth. New Concepts in Global Tectonics Newsletter, #56, September, 2010, p. 50-74.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
- Beynəlxalq Geofizika İttifaqının Azərbaycan bölməsinin vitse-prezidenti;
- Amerika Neftçi Mühəndislər Cəmiyyətinin üzvü;
- Amerika Neftçi Geoloqlar Cəmiyyəti Azərbaycan bölməsinin üzvü;
- Mühəndis Geoloqlar və Geofiziklərin Avropa Assosiyasiyasının üzvü;
- İqtisadi Geologiya üzrə Beynəlxalq İttifaqının üzvü;
- AMEA-nın Geologiya və Geofizika İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü;
- ARDNŞ-in "Neft-qaz və kondensat ehtiyatları üzrə" və "Neft-qaz və qaz kondensat yataqlarının işlənilməsi üzrə" Mərkəzi Komissiyalarının üzvü;
- Geologiya elmlər üzrə Avropa İttifaqının üzvü;
- Azərbaycan Geoloqlarının Milli Komitəsinin büro üzvü,
- Azərbaycan Geofiziklərinin Mili Komitəsinin büro üzvü;
- ARDNŞ-in Dövlət Elm Fondunun Ekspert şurasının üzvü;
- "Geoinformatika" jurnalının beynəlxalq redaksiya heyətinin üzvü;
- Beynəlxalq "Geofiziki" jurnalın beynəlxalq redaksiya heyətinin üzvü (Ukrayna, Kiyev, 2013-cü ildən)
- AMEA-nın "Xəbərlər, Yer Elmləri seriyası" jurnalının redaksiya heyətinin üzvü;
- "Geofizika yenilikləri" və "Mexanika" jurnalının redaksiya heyətinin üzvü;
- Oksford Akademiyasının təsisçilərindən biri və üzvü;
- AMEA-nın daimi fəaliyyət göstərən Elmi Nailiyyətlər Sərgisinin təşkili üçün Sərgi Komissiyasının sədri;
- T. Şevçenko adına Kiyev Milli Universitetinin "Vestnik" jurnalının redkollegiyasının üzvü (Ukrayna, Kiyev, 2013-cü ildən);
- "Geodinamika" jurnalının beynəlxalq redaksiya heyətinin üzvü (Ukrayna, Lvov, 2013-cü ildən);
- Böyük Britaniyada Oksford Akademiya İttifaqının təsisçisi və üzvü (28 oktyabr 2014-cü il);[1][2]
Bir sıra aparıcı alim və mütəxəssislərin rəylərindən qısa sitatlar
- Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, REA-nın "Geosferlərin geodinamikası" İnstitutunun elmi rəhbəri B.B. Aduşkin: "H.H.Quliyevin işləri struktur əmələ gəlmənin, seysmik kəşfiyyatın, müasir geodinamikanın, zəlzələlərin geodinamikasının fundamental problemlərinə həsr olunmuş və mühüm nəticələr əldə olunmuşdur".
- Ukrayna EA-nın Geofizika İnstitutunun direktoru, akademik B.U. Starostenko:"Ukrayna geofizikləri arasında H.H.Quliyev böyükelmi nüfuzu olan görkəmli alim kimi məşhurdur. Onun elmi araşdırmaları geologiyanın, geofizikanın, seysmologiyanın, geomexanikanın, deformasiyaya uğrayan bərk cisim mexanikasının və kosmologiyanın inkişafına mühüm töhfələr vermişdir".
- Norveçin Bergen Universitetinin geofizika üzrə fəxri professoru Karsten M. Stortbedet: "Professor H.H. Quliyevin işləri yerin daxili dinamikasının öyrənilməsində çoxdan mövcud olan qarmaqarışıqlığı, pərakəndəliyi və qeyri müəyyənliyi aradan qaldırmışdır. Onun elmə verdiyi töhfələri: süxurların daxili qeyri-dayanıqlığı, deformasiyaların mexanikası, kütlə axını və axın problemləri, mineral sistemlərdə deformasiya prosesləri və digərləri böyük əhəmiyyətə malikdirlər. Onun nəticələri imkan verir ki, biz təbiəti daha dolğun və düzgün dərk edək və onun faydalı resurslarından yararlanaq".
- Beynəlxalq Geofizika Cəmiyyətinin 2006-2007-ci illərdə prezidenti, BP şirkətinin 28 il baş geofiziki Leon Tomsen:"İlk dəfə mən doktor H. Quliyevlə Bakıda 1997-ci ildə mühazirələrlə çıxış edərkən tanış oldum və onun mürəkkəb geofiziki problemlərin araşdırılmasında qeyri-klassik nəzəriyyənin tətbiq etməsinə və geodinamika problemi ilə bağlı dərin biliyinə heyran qaldım. Bu üsul onun "Yerin tektonik prosesləri ilə bağlı yeni nəzəri yanaşma" məqaləsində müzakirə olunur (New Consepts in GlobalTectonics Newsletter, №56, p. 49-73, 2010). Prof. Yevgeni Morozovun jurnalın həmin sayında çap olunmuş müsbət rəyi ilə tanışam və onunla tamamilə razıyam".
- Rusiya Elmlər Akademiyasının həqiqi, AMEA-nın xarici üzvü B.E. Xain: "H.H. Quliyev böyük alimdir, tektonofizika vəgeomexanika sahəsində müvəffəqiyyətlə və məhsuldar çalışır. Bu istiqamətlərdə elmi ictimaiyyət tərəfindən qəbul edilmiş bir sıra orijinal yeni elmi nəticələr almışdır. H. Quliyev tərəfindən respublikanın neft sənayesi üçün praktiki əhəmiyyəti olan bir sıra məsələlər həll edilmişdir".
- "New Concepts in Global Tectonics Newsletter" jurnalının Avstraliyadan olan baş redaktoru prof. D. Choi: "O, nəzəri geologiya sahəsində dünyanın aparıcı alimlərindən biridir. Onun məqalələri rəyçilər tərəfindən çox təriflənir və Yerin tektonik proseslərinin dərk edilməsində dəyərlidir. Onun qeyri-klassik xətti yanaşması tektonik hadisələrin geniş aspektlərinə uyğundur. Hindistanda görüşərkən onun tektonika, geofizika və geologiya sahələrindəki geniş və dərin biliyinə heyrət etdim. O ağıllı, mülayim və ünsiyyətcil, gözəl insandır".
- Almaniyanın Fredrix-Aleksandr Universitetinin geofizika professoru Y.Rohn:"O, Yer dinamikası və daxili strukturun modelləşdirilməsi üzrə müasir geofizikanın ən mürəkkəb məsələlərinin tədqiqinə müxtəlif mexanika və riyaziyyat metodlarınıuğurla daxil edib. Anizotrop mühitdə elastik dalğaların yayılması üzrə nəticələri, seysmik və geofiziki məlumatların interpretasiyası və emalında qeyri-klassik modelin əsasını qoyub. Hətəm Quliyev geofizika və geologiya sahələrində məşhur alim kimi Qərbdə çox yaxşı tanınır".
- İtaliyanın Triest Universitetində geofizika üzrə fəxri professor R. Nikoliç:"Onun işləri müxtəlif miqyasda geoloji və tektoniki problemləri aydınlaşdırmağa, yarıq və qırışların formalaşmasını, çökmə hövzələrinin evolyusiyası əsasında yer qabığının vəmantiyanın petrofiziki xüsusiyyətlərinin qiymətləndirilməsinə, zəlzələyə meylli ərazilərin müəyyənləşdirilməsinə, dərin neft və qazyataqlarının tədqiqatı üçün geofiziki üsulların (AVO analiz, CDP nəzarət, seysmik anizotropiya) inkişaf etdirilməsinə həsr olunmuşdur".
- REA-nın Yerin Fizikası İnstitutundan, REA-nın müxbir üzvü A.B. Nikolayev: "AMEA-nın müxbir üzvü H.Quliyev MDB dövlətlərinin geofizik və geoloq alimləri içərisində ən parlaq və istedadlılarındandır. O, geologiya və geofizikanın, geomexanikanın, Yerin təkamülünün, ümumi seysmologiyanın və seysmokəşfiyyatın çox geniş nəzəri və praktiki problemlərini qeyri ənənəvi qoyuluşda tədqiq edir. Onun nəticələri elmin yeni istiqamətinin ön cəbhəsində yerləşir və kifayət qədər dərkolunmayıb və qiymətləndirilməyib. Onun ideyalarının həm Azərbaycan elmində, həm də Rusiyada aktiv surətdə tətbiq edilməsi Azərbaycan-Rusiya elmi əlaqələrinin genişləndirilməsinə və inkişafına səbəb olacaq. Buna çox böyük zərurət vardır".
- BP şirkətinin işlənmə üzrə vitse-prezidenti Dr. Greg Riley: "H. Quliyevi fundamental elmi nəticələri neft problemlərinin geofiziki tədqiqatlarına tətbiq edən böyük alim kimi tanıyırıq. Biz onunla 15 ildən artıq bir müddətdə Cənubi Xəzər hövzəsinin müxtəlif sahələrində birgə elmi tədqiqatları müvəffəqiyyətlə yerinə yetirmişik. Bu əməkdaşlıq iki və üç ölçülü geofiziki məlumatların geniş istifadəsinə, seysmik anizotropiya probleminin həllinə və öyrənilən sahələrin petrofiziki modellərinin qurulmasına imkan vermişdir".[1]
Mükafatları
Akademik H.Quliyevin elmi fəaliyyəti və onun elmin inkişafına xidmət edən töhfələri yüksək qiymətləndirilərək keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində gümüş medala (1988), AMEA Rəyasət Heyətinin Fəxri fərmanına (2007), Azərbaycan Respublikasının Əməkdar elm xadimi adına (2018) layiq görülüb[5].
İstinadlar
- "Dünya şöhrətli tədqiqatçı alim" (Azərbaycan). science.gov.az. 11-3-2022 tarixində arxivləşdirilib.
- "Quliyev Hətəm Hidayət oğlu" (Azərbaycan). gia.az. 15-3-2022 tarixində arxivləşdirilib.
- "Hətəm Hidayət oğlu Quliyev" (Azərbaycan). science.gov.az. 15-3-2022 tarixində arxivləşdirilib.
- "Quliyev Hətəm Hidayət oğlu" (Azərbaycan). nkpi.az. 11-3-2022 tarixində arxivləşdirilib.
- "Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
Xarici keçidlər
Rus dilində
- http://zerkalo.az/2010-06-05/society/10017-geologiya-akademiyanauk?tab=1%5B%5D
- http://azeri.ru/papers/zerkalo_az/ Arxivləşdirilib 2016-03-22 at the Wayback Machine
- http://aze.az/news_azerbayjanskie_i_ukrains_37267.html Arxivləşdirilib 2010-06-07 at the Wayback Machine
- http://day.az/news/economy/212736.html
Azərbaycan dilində
- http://xalqqazeti.com/az/education/azerbaycan-ve-ukrayna-alimleri-arasinda-emekdashliq-genishlenir%5B%5D
- http://www.sia.az/print_preview.php?id=55177%5B%5D
- http://www.science.az/az/index.php?id=3083%5B%5D
- http://az.trend.az/news/society/science/1699629.html Arxivləşdirilib 2010-08-08 at the Wayback Machine
- http://azadinform.az/index.php?dn=news&to=art&id=27575
- http://az.apa.az/xeber_Azerbaycan_ve_Ukrayna_alimleri__189528.html Arxivləşdirilib 2010-06-07 at the Wayback Machine