Həsənxanlı

HəsənxanlıAzərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.[1]

Həsənxanlı
40°00′00″ şm. e. 47°07′59″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0217
Həsənxanlı xəritədə
Həsənxanlı
Həsənxanlı

Tarixi

Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ildə işğal olunub. 1994-cü ildə əks-hücuma keçən Azərbaycan Ordusu kəndi işğaldan azad ediblər.

Toponomiyası

Kənd Ağdam rayonunun Əfətli inzibati-ərazi vahidində, Qarabağ düzündə yerləşir. Yaşayış məntəqəsini "həsənxanlı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır"[2]. Toponim "həsənxanlı nəslindən olanlar, həsənxanlılar" anlamındadır. Həsənxanlı kənd adı Həsən şəxs adı, xan titulu və -lı mənsubluq bildirən şəkilçinin birləşməsindən yaranıb. Həsən şəxs adı ərəb mənşəli olub, "gözəl, göyçək, yaxşı"[3] mənasını verir.[4]

İqtisadiyyatı

Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[5]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Azərbaycan toponimləri. Ensiklopedik lüğət. Bakı, 1999, s.527". (#cite_web_url); (#accessdate_missing_url)(2, 524)
  3. "Azərbaycan şəxs adları. Tərtibçilər: A.Şirəliyev, B.Abdullayev, Ş.Sədiyev. Bakı, İşıq, 1987, s.53". (#cite_web_url); (#accessdate_missing_url)
  4. "Ağdamın vandalizmə məruz qalmış kəndləri" (PDF). http://sdf.gov.az. 2021-09-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 sentyabr 2021.
  5. Ağdam rayonunun 10 cəbhəyanı kəndinə təbii qaz verilib

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.