Həsənabad (Neftçala)

Həsənabad (əvvəlki adı: Sovetabad) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Neftçala rayonunun Sovetabad qəsəbəsi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Həsənabad adlandırılmışdır. 26 Bakı komissarı qəsəbə Sovetinin mərkəzi şəhər tipli Həsənabad qəsəbəsinə keçirilmişdir.[2]

Həsənabad
39°18′51″ şm. e. 49°12′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.420 nəf. (2010)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 4717[1]
Həsənabad xəritədə
Həsənabad
Həsənabad

Toponimikası

Qəsəbə Sovet hakimiyyəti illərində Sovetabad adlandırılmışdı. 1992-ci ildə Sovetabad qəsəbəsinə 26 Bakı komissarları qəsəbəsi də birləşdirilərək Həsənabad kimi rəsmiləşdirilmişdir. Oykonim Həsən və abad (kənd) komponentlərindən düzəlib, "Həsənə məxsus kənd" deməkdir.[3]

Coğrafiyası və iqlimi

Qəsəbə Kür çayı sahilində, Salyan düzündə yerləşir.

Əhalisi

Dövlət statistika komitəsinə göstəricilərinə əsasan 2008-ci ildə Həsənabad qəsəbə əhalisinin sayı 4.3 min nəfər olmuşdur.

Tanınmış şəxsləri

Təhsil

  • Ş. Orucov adına Həsənabad qəsəbə orta məktəbi
  • T. İsmayılov adına Mirqurbanlı kənd orta məktəbi

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.