Həsən Türkmani

Həsən Türkməni — (ərəb. حسن توركماني ‎; 1 yanvar 1935, Hələb — 18 iyul 2012, Dəməşq) — Suriyalı dövlət xadimi. 12 may 2004-cü ildən 3 iyun 2009-cu ilədək Suriyanın Müdafiə Naziri

Həsən Türkmani
ərəb. حسن توركماني
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Hələb
Vəfat tarixi (77 yaşında) (77 yaşında)
Vəfat yeri Dəməşq
Vətəndaşlığı Suriya
Hərbi fəaliyyəti
Rütbəsi general-leytenant
Döyüşlər
Təltifləri "Hərbi əməkdaşlığın gücləndirilməsinə görə" medalı medal "For training"

Həyatı

Həsən Türkməni 1 yanvar 1935 –ci ildə Suriyanın Hələb şəhərində türkmən ailəsində doğulub.

Hərbi təhsili

O, hərbi təhsili aldıqdan sonra 1954-cü ildə səhra artilleriyası leytenantı rütbəsində Suriya ordusunda xidmətə başlamışdır.1955-ci ildə Hüms Hərbi Akademiyasında səhra zabiti, 1963-cü ildə Mexanikləşdirilmiş Atıcı və Batalyon Kursunu bitirmişdir.1965-ci ildə Almaniya Demokratik Respublikasında Ali Zabit kursunu bitirən Həsən Türkməni bu sahədə 1969-cu ildə Qahirədə hərbi elmlər üzrə magistr,1972-ci ildə hərb elmləri üzrə doktor dərəcələrini almışdır[1].

Hərbi və siyasi fəaliyyəti

Türkməni 1973-cü ildə 4-cü ərəb-İsrail müharibəsi zamanı 9 mexanikləşdirilmiş diviziyaya başçılıq etmişdir. 1978-ci ildə o general-mayor hərbi rütbəsinə yüksəldi.

2002-ci ilin yanvarında H.Türkməni Əli Aslanı əvəz edib Suriya ordusunun qərargah rəisi təyin edilmişdi. Onun sünni müsəlman olmasına ələvilərin üstünlük təşkil etdiyi Suriya ordusunda dini qrupların hüquq bərabərliyinin bərpasına addım kimi baxılırdı.Həsən Türkməni 12 may 2004-cü ildə Mustafa Tlasanı əvəz edib Suriyanın müdafiə naziri oldu.

2009-cu ilin iyununda onu Mahmud Əli Həbib əvəz etdi. 3 iyun 2009-cu il Suriya prezidenti Başar əl-Əsəd Həsən Türkmənini vitse-prezidentin köməkçisi təyin etdi. Türkməni həmçinin vitse-prezident Şaraa Farukasın hərbi məsləhətçisi idi.

Həsən Türkməni 18 iyul 2012-ci ildə Dəməşqin şimal-qərbində Suriyanın Milli Təhlükəsizliyinin Xidmətinin binasına hücum zamanı həlak oldu. Həmin hücum zamanı müdafiə naziri Daud Rajiha və onun müavini Asif Şövkət da həlak olmuşdu. Həsən Türkməni hücumdan sonra aldığı çoxlu yaralardan dünyasını dəyişdi. BAAS partiyasının üzvü olan Həsən Tükmani ingilis dilində həftəlik nəşr olunan “Black and White” ( Abyad va Asvad ) adlı siyasi jurnalının təsisçisi idi (2001-ci il).Onun Lətifə Türkmani adlı bir qızı qalmışdır[1].

Ölümü

Həsən Türkməni 18 iyul 2012-ci il Dəməşqin şimal-qərbində Suriyanın Milli Təhlükəsizlik Xidmətinin binasına hücum zamanı onun müavini Asif Şövkət və Müdafiə Naziri Daud Racixa ilə birlikdə həlak oldu. Həsən Türkməni hücumdan sonra alınmış yaralanmalardan öldü.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.

Həmçinin bax

Hafiz Əsəd

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.