Həsən Paşa Kərküklü
Həsən Paşa Kərküklü (ərəbcə. حسن باشا الكركوكلي, Osmanlıca. حسن پاشا الكركوكلي; vəf. 1779) - Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1778-1779).
Həsən Paşa Kərküklü | |
---|---|
حسن پاشا الكركوكلي | |
1778 – 1779 | |
Əvvəlki | Abdullah Paşa |
Sonrakı | Süleyman Paşa Böyük |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | |
Vəfat yeri |
Həyatı
Həsən Paşa Kərküklü tayfa olaraq bir Məmlüküydü. 1777-ci ildə Abdullah Paşanın ölümündən sonra Bağdadda hakimiyyət uğrunda iki namizəd, Məhəmməd Əl-Əcəmi və İsmayıl ağa[1] mübarizə apardılar. Bağdadda hakimiyyət uğrunda mübarizə beş aydan çox sürdü[1]. 1778-ci ilin mayında Osmanlı sultanından Bağdad paşalığına səlahiyyət alan Həsən Paşa Bağdada gəldi[1]. Məhəmməd Əl-Əcəmi və İsmayıl ağa Bağdaddan Diyaləyə qaçdılar. 1778-ci ilin sonlarında Həsən Paşa Süleyman Paşa Böyük (1780-1802) ilə birlikdə Bəsrəni Zəndlərdən geri almağı bacardı və bu tarixdən sonra Həsən Paşa onu Vəli təyin edildi[2]. Zəndlər üzərində qələbə Kərim xanın 13 mart 1779-cu ildə Şiraz şəhərində vəfat etməsi səbəbindən qazandı.
1779-cu ilin oktyabrın sonunda yenidən Bağdadda qiyam başladı. Üsyançılar barrikadalar quraraq hökumət binalarına hücum etdilər. Həsən Paşa Diyarbəkirə qaçdı. Orda məlum olmayan bir xəstəliyə yaxalanıb tezliklə öldü[3].
İstinadlar
- علي الوردي - ص
- Yitzhak Nakash The Shi'is of Iraq Princeton: University Press.1994 pages.15
- العزاوي. ج6 ص
Xarici keçidlər
Həsən Paşa Kərküklü Doğum: bilinmir Vəfat: 1779 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Abdullah Paşa |
Osmanlı İmperiyasında Paşalıq 1777-1779 |
Xələfləri Süleyman Paşa Böyük |