Həsən Paşa (Məmlük)

Bağdadda Həsən Paşa (1704–1723) (gürcü: ჰასან ფაშა), Qustəntiniyyədən göndərilən Osmanlı valisi,(Gürcü mənşəli olduqları düşünülən) Məmlük sülaləsindən, o və oğlu Əhməd Paşa (1723-47) ilə vilayətə rəhbərlik etdilər.

Həsən Paşa
حسن پاشا
1704 1723
Əvvəlkiyoxdur
SonrakıƏhməd Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Uşağı

Həyatı

1638-ci ildə IV Murad Bağdadı ələ keçirdi və DəcləFərat çayları arasındaki bölgəyə nəzarət etdi. 17-ci əsrdə Səfəviylə döyüşlər, Osmanlı İmperiyasının İraqdakı qüvvələrini zəiflətdi. İraqda mərkəzi hakimiyyətin zəifləməsi, qəbilələrin çatışmasınn artmasına səbəb oldu və sünnilərşiələr arasında düşmənçiliyin güclənməsiylə nəticələndi. Bu vəziyyət Ərəbistanda Bədəvi tayfalarının istila edilməsindən sonra dahada pisləşdi. Bədəvilərin İraqa basqınları əyalət iqtisadiyyatını ciddi şəkildə məhv etdi. Baban sülaləsinin başçılıq etdiyi kürdlər üsyan qaldırdı və Osmanlı qüvvələrinə qarşı silahlı əməliyyatlara başladılar, qısa müddətdə bütün İraq Kürdüstanını nəzarətə götürdülər. 1625-1668 və 1694-1701 arasında Siyab qəbiləsindən olan yerli şeyxlər Bəsrəni müstəqil hökmdar kimi idarə etdilər və Osmanlı Paşanın Bağdaddakı gücünü rəsmiyətə tanımadılar[1][2].

17-ci əsrin sonuna qədər bütün İraqın cənubu davamlı üsyanlara şahid oldu. Bəsrənin hakimiyyəti ələ keçirməyə çalışan bədəvi tayfalarından, Muntəfik və Qubaidlər vardı. Bağdad Paşalığı başçılığıyla Osmanlı ordusu 1701-ci ildə Bəsrəni ələ keçirdi və İraqın cənubuna sibat gətirdi[2].

Osmanlı İmperiyası 1683-1699-cu illər, Polşa-Türk müharibəsində məğlub olaraq Avropadakı torpaqlarının böyük qismini əldən verdi və onlardan vergi gəlirlərini itirdi. O əsnada Səfəvilərin savaşa girmə və hərbi işğalı təhlükəsi də vardı. Yaranmış şəraiti görən Həsən Paşa, Osmanlı hakimiyyətini Bağdad, MosulŞahrizor əyalətlərinin birləşməsi və öz hakimiyəti altına keçməsinə məcbur etdi. Osmanlı hakimiyyəti onun istəklərinə tabe olmağa məcbur qaldı.[3][4].

Həyatı

Həsən Paşa, Məmlük sülaləsindən idi. O sultan IV Məhəmmədin ən sevilən Qızı ilə evləndi. 1683-1699-cu illər müharibəsində özünü göstərdi. Həsən Paşa əvvəlcə Qaramaniyə Vali vəzifəsini aldı, lakin tezliklə Bağdad Paşası təyin edildi. 1702-ci ildə İraqa gəldi, yerli ərəb qəbilələrinə nəzarət etdi, 1704-cü ildə DəcləFərat çaylarının bütün qarışıqlığını susdurdu[5]. 1715-ci ildə oğlunun Paşalıq Bəsrə valisi təyin edilməsini təmin edə bildi[5]. İraqın cənubundakı ilhaqdan sonra Həsən Paşa Osmanlı İmperiyasının ən güclü qubernatorlarından biri oldu.[5]

Həsən Paşa özünə inzibati sistem yaratdı, o cümlədən Daxili İşlər İdarəsi, Xəzinədarlıq və İdarə etmə işləri. Onun əmriylə, əsasən gürcülərçərkəzlər oğlanlarının təhsil alınması üçün xüsusi bir məktəb açıldı. Bu islahatlar hakimin gücünü artırdı və əyalətin müdafiə sistemini sahmanlaşdırdı. 1723-1727-ci illərdə Səfəvilərlə müharibədə İraq ordusu demək olar ki, müstəqil olaraq hərbi əməliyyatlar apardı[6][7]. Həsən Paşa 1723-cü ildə vəfat etdi, onun yerinə atasının siyasətini davam etdirən oğlu Əhməd Paşa gəldi[4].

İstinadlar

  1. Litvak, Meir (2002), Shi'i Scholars of Nineteenth-Century Iraq: The 'Ulama' of Najaf and Karbala, pp. 16-17. Cambridge University Press, ISBN 0-521-89296-1
  2. Адамов А. Ирак Арабский. Бассорский вилайет в его прошлом и настоящем. С.-Пб., 1910. С. 326. N
  3. Coke, Richard (1927). Baghdad, The City of Peace. Taylor & Francis. pp. 232–233.
  4. Cite web|accessdate=2016-01-26|title=Возвышение мамлюков|url=http://mybiblioteka.su/tom2/1-165473.html%7Cpublisher=mybiblioteka.su%5B%5D
  5. Шумов С. А., Андреев А. Р. "Ирак: история, народ, культура. — Гл. 3. Османская империя. Турция. Великобритания. XVI—XX века". www.countries.ru. 2016-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-26.
  6. История Востока. — В 6 тт. — Т. III. Восток на рубеже средневековья и нового времени. XVI—XVIII вв. М. издательская фирма «Восточная литература» РАН.1999. ISBN 5-02-018102-1
  7. Кэролайн Финкель. История Османской империи. Видение Османа. М. АСТ, 2010. ISBN 978-5-17-043651-4

Xarici keçidlər

Həsən Paşa (Məmlük)
Doğum: 1657 Vəfat: 1723
Hakimiyyət titulları
Sələfləri 
qurucu
Osmanlı İmperiyasında Paşalıq
1704-1723
Xələfləri 
Əhməd Paşa
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.