Həsən Məzarcı

Həsən Məzarcı[1] və ya Həsən Məzarçı[2] (türk. Hasan Mezarcı; 11 may 1954) — Türkiyə siyasətçisi və kult lideri. Keçmişdə islamçı fundamentalist fikirləri ilə tanınır.

Həsən Məzarcı
Şəxsi məlumatlar
Doğum tarixi 11 may 1954(1954-05-11) (69 yaş)
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı

O, müfti olduğu İstanbulda Rifah Partiyası tərəfindən Türkiyə Böyük Millət Məclisinə öz namizədliyi göstərmiş və deputat seçilmişdir. Məzarcı yaxın tarixlə bağlı mübahisəli məsələləri məclisin gündəminə gətirməsi, konfranslarda Atatürkü təhqir etməsi və laisizm əleyhinə çıxışları ilə diqqət çəkmiş və bu səbəbdən partiyasından xaric edilmişdir. Daha sonra Atatürkü təhqir etdiyinə görə Ankara 5-ci Cəza Məhkəməsi ona 1 il həbs cəzası vermişdir. 3 ilə yaxın yaşadığı Almaniyadan Türkiyəyə qayıdan Məzarcı cəzasını çəkmək üçün göndərildiyi Ədirnədəki İpsala qapalı həbsxanasında təxminən 3 ay qalmışdır. Bundan sonra o, "Cəzaların icrası haqqında" qanunun müddəalarına uyğun olaraq cəzasını çəkmiş və 6 may 2002-ci ildə azadlığa çıxmışdır.[3]

Mezarcının həbsxana prosesindən başlayaraq özünə qapanma və təcrid dövrünə girdiyi müşahidə edilmişdir. O, 25 noyabr 2000-ci ildə verdiyi müsahibədə 3 il əvvəl həbsxanada İsa Məsih olduğunu Allah tərəfindən ona xəbər verildiyini bildirmiş və həvariləri ilə birlikdə vəzifəsini yerinə yetirəcəyini bildirmişdir.[4][5] Onun həbsdə olarkən psixoloji və biokimyəvi işgəncələrə məruz qalaraq psixi sağlamlığını itirdiyi iddia edilmişdir.[6] Məzarcı işgəncə ilə bağlı bütün iddiaları rədd etmişdir.[7]

Məzarcı 11 yanvar 2012-ci ildə Türkiyənin o zamankı prezidenti Abdullah Gülə və Konstantinopol Pravoslav Kilsəsinin yepiskopu I Varfolomeyə, 24 yanvar 2012-ci ildə Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğana məktublar göndərmişdir.[8][9][10]

Məzarcı Düzcənin Aydınpınar kəndində yaşayır. O, həvariləri olduğunu iddia etdiyi insanlarla öz internet saytı və sosial media hesabları vasitəsilə fəaliyyətini davam etdirir.[11]

Əsərləri

  • Kavgamın Perde Arkası
  • Müjde - Meryemoğlu Mesih Îsâ Hâ-Mîm[12]

İstinadlar

  1. "Özünü "peyğəmbər" elan edən şəxsdən qəribə iddia: "Məsihlər ölməz"". 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-20.
  2. "Özünü "Məsih" elan edən keçmiş deputat: "İncildə xəbər verilən toy baş tutdu…" - FOTO / VİDEO". 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-20.
  3. "Hasan Mezarcı tahliye oldu, Ntvmsnbc, 06.05.2002". 2 Nisan 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Mart 2015.
  4. "Kiliselerde bulunan resmim düzeltilmeli, Hürriyet, 25.11.2000". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-20.
  5. "Mezarcı'yı tanıyabildiniz mi, Sabah Gazetesi Arşivi". 7 Kasım 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Mart 2015.
  6. "Hasan Mezarcı'ya ne oldu?". 11 Temmuz 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 Aralık 2012.
  7. "dedim dedim inanmadınız, 140journos". 3 Kasım 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Ağustos 2020.
  8. "Hazreti Mesih'in, T.C. Cumhurbaşkanına yazdığı mektup". 12 Mayıs 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 Mayıs 2012.
  9. "Hazreti Mesih'in, İstanbul Fener Rum Patriğine yazdığı mektup". 12 Mayıs 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 Mayıs 2012.
  10. "Hazreti Mesih'in, T.C. Başbakanına yazdığı mektup". 12 Mayıs 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 Mayıs 2012.
  11. "Hasan Mezarcı kimdir? Hasan Mezarcı kaç yaşında, nereli, mesleği ne?". sozcu.com.tr. 5 Temmuz 2021. 21 Haziran 2019 tarixində arxivləşdirilib.
  12. "Müjde". 5 Aralık 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 Mart 2022.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.