Həsən Həsənli

Həsən Həbib oğlu Həsənli (1991, Naxçıvan) — Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini (2023-cü ildən).[1]

Həsən Həsənli
bayraq
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
bayraq2
Vəzifədədir
28 yanvar 2023-cüildən
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
NazirEmin Əmrullayev
Şəxsi məlumatlar
Doğum tarixi 1991
Doğum yeri
Təhsili
Uşağı 2

Həyatı

Həsən Həbib oğlu Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2009–2013-cü illərdə Böyük Britaniyanın BristolKembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.[1]

2015–2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

İngilis və rus dillərini bilir.

Ailəlidir, iki övladı var. Həsən Həsənli Naxçıvan Ali Məclisinin sabiq sədri Namiq Həsənovun nəvəsi, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq rəisi Həbib Həsənovun oğludur.[2]

Karyerası

Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.[1]

Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 28 yanvar Sərəncamı ilə elm və təhsil nazirinin müavini təyin edilib.[3]

İstinadlar

  1. "Elm və təhsil nazirinin yeni müavini təyin olunub". Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (az.). 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-31.
  2. "Yeni nazir müavini bu məşhur şəxsin nəvəsidir". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  3. "Nazirlik haqqında". Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (az.). 2022-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.