Həsən Göyçəli

Kərimov Həsən Səməd oğlu (1937, İnəkdağı, Basarkeçər rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist, şair və publisist.

Həsən Göyçəli
Kərimov Həsən Səməd oğlu
Doğum tarixi 1937
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili
  • İrəvan Kənd Təsərrüfatı Texnikumu[d]
Fəaliyyəti aşıqlıq, sazbəndlik və şairlik
Mükafatları

Prezident təqaüdçüsü "Qızıl Qələm" mükafatı laureatı

"Həsən bəy Zərdabi" mükafatı laureatı

"Şərəf" mükafatı laureatı

Həyatı

01.07.1937-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun İnəkdağı kəndində ziyalı ailəsində anadan olmuşdur.

Avtobioqrafiya

"Atam İbrahimov Səməd Kərəm oğlu Böyük Vətən müharibəsində həlak olub. Anam İbrahimova Yaxşı Cahan qızının himayəsində böyümüşəm. 1945-ci ildə İnəkdağı 7 illik məktəbinin 1-ci sinfinə daxil olub 1952-ci ildə İnəkdağı kənd 7 illik məktəbinin 7-ci sinfini qurtarıb qonşu Zod kənd orta məktəbinin 8-ci sinfinə daxil olmuşam və 1955-ci ildə Zod kənd orta məktəbini bitirmişəm. 1959-cu ildə İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunun aqronomluq fakültəsinə qəbul olub 1962-ci ildə həmin texnikumu bitirmişəm və öz doğma kəndimizdə aqronom işləmişəm.

1963-cü ildə Azərbaycan Gəncə (Kirovabad) Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsinin qiyabi şöbəsinə daxil olub 1969-cu ildə alim-aqronom ixtisası alıb kolxozda baş aqronom işləmişəm.

1982-ci ildə rayon sovetinə deputat seçilmişəm və Partiya Təşkilat katibi işləmişəm. 1978-ci ildə İnəkdağı kənd kolxozunda Həmkarlar Təşkilatının sədri, 1983-cü ildə SSRİ Xalq Nəzarəti Komitəsinin üzvü olmuşam. Yaradıcılığa orta məktəbdə oxuduğum illərdən başlamışam. 1958-ci ildə Basarkeçər rayonunda çıxan "Bolluq uğrunda" qəzetində "Yaraşır" və "Kolxozun" adlı şeirlərimlə çıxış etmişəm.

1973-cü ildən mütəmadi olaraq "Sovet Ermənistanı" qəzetində şeir və təmsillərim dərc olunub. İrəvanda və Basarkeçərdə keçirilən aidiyyatlı tədbirlərdə şair kimi iştirakım üçün dəvət olunub şeirlərimlə çıxış etmişəm.

1987-ci ildə "Göyçə dağları" adlı kitabım redaktə olunmuş halda İrəvan Azərbaycanlı nəşriyyatına növbəyə qoyulub, ancaq işıq üzü görmədi. 1985-ci ildə Azərbaycanda "Ulduz" jurnalında şeirlərimlə çıxış etmişəm. Dəfələrlə Azerbaycan Radiosunda çıxışım olub. Nəhayət, 1988-ci ilin noyabrında qəddar erməni düşmənlərimizin təzyiqi ilə doğma yurd-yuvamızı tərk edərək Göyçəmizdən ayrıldım. Azərbaycanın Goranboy rayonunun Veyisli kəndində məskunlaşdım. Ancaq Vətən həsrəti qələmimi bir an da susmağa qoymadı. 14 kitab müəllifiyəm. 1993-cü ildən Goranboy rayonunda Əli Nəzmi ədəbi birliyinin üzvüyəm. 2007-ci ildə Goranboy rayon mədəniyyət evində 70 illik yubileyim dövlət səviyyəsində keçirilmişdir. 2003-cü ildə Gəncədə çıxan «Rəy» qəzetinin, "Dövlət və ictimaiyyət" qəzetinin redaktoru işləmişəm. 2003-cü ildən kiçik sahibkarlıqla məşğulam. 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən 75 illik yubileyim Gəncədə keçirilmişdir. 2014-cü ildə "Könül dünyam" adlı kitabımın təqdimatı keçirilmişdir.

1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm və Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. "Qızıl qələm", "Şərəf", "Həsən bəy Zərdabi" mükafatlan laureatıyam. Azərbaycan Yazıçılar Birliyi qurultayının Gəncə Bölməsinə nümayəndə seçilmişəm. "Dövlət naminə" qəzetinin təsisçisi və Prezident təqaüdünə layiq görülmüş şairəm"

Şairin 70 illik yubileyi Goranboy rayon mədəniyyət evində, 75 ilik yubileyi isə Gəncə şəhərində təntənəli surətdə qeyd edilmişdir.

Yaradacılığı

"Ata yadigarı" Həsən Göyçəlinin sayca dördüncü kitabıdır. Məcmuəyə şairin son illərdə yazdığı poeziya nümunələri daxil edilmişdir.

Şairin istedad damarı kükrəyən selə, çağlayan çaya bənzəyir. Belə anlarda onların dadına qələmlə ağ kağız çatır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, beş kitab müəllifi Həsən Göyçəli də belə şairlərdəndir. Həsən Göyçəlinin (Kərimov Həsən Səməd oğlu) şeirlərində onun zəngin poetik dünyasından, poeziyanın bütün üslub axtarışlarından söhbət açılır. Həsən Göyçəli Göyçə mahalının görkəmli aşıqlarının və el şairlərinin yaradıcılığından bəhrələnərək Aşıq Ələsgər, Aşıq Alı, Növrəs İman poeziyasının işığında həm də aşıq şeirləri yazmışdır. Onun yaradıcılığında qoşma qafiyə, təcnis bayatı, müxəmməs və şeirin digər növləri xüsusi yer tutur.

Həsən Göyçəlinin (Kərimov Səmədoğlu) oxuculara təqdim etdiyi altıncı "Dünya türk dünyasıdır" şeirlər kitabında Vətənə məhəbbət, xalqa hörmət, el qayğısı ilə yaşamaq qabarıq şəkildə özünü göstərir. Eyni zamanda poeziyanın bütün formalarında ustalıqla yazılmış şeirlər bu kitabda verilmişdir. İnanırıq ki, kitab oxucuların rəğbətini qazanacaqdır.

İstedadlı şair Həsən Göyçəli oxuculara təqdim etdiyi "Qərib durnalar" şeirlər kitabı yaddinci kitabıdır. Kitabda Vətənə sevgi, məhəbbət təsvir edilmişdir.[1]

Şairin sayca 15-ci kitabı 2017-ci il aprel ayında işıq üzü görmüşdür.

Kitabları

  • "Göyçə həsrəti" şerlər kitabı / H.Göyçəli (Kərimov Həsən Səməd oğlu), Gəncə, 1999. 170 səh
  • "Göyçə mənim ürəyimdə" şerlər kitabı / H.Göyçəli (Kərimov Həsən Səməd oğlu), Gəncə 2000. tiraj 500
  • "Ayrılmazdım Göyçəm səndən" şeir, poema və hekayələr / H.Göyçəli (Kərimov Həsən Səməd oğlu), Bakı.: 2004.-117 səh. tiraj 500
  • "Ata yadigarı" şeir, poema və hekayələr/H.Göyçəli (Kərimov Həsən Səməd oğlu) ; red. Ə.Vəkil. - 2006 : Nurlan, Bakı. 2006. - 184 s. 19.5 sm. - 200 экз. - həd.
  • "Dilim ana deyəndə" şeir, poema və hekayələr /H.Göyçəli (Kərimov Həsən Səməd oğlu); red. Ə.Vəkil. - Bakı : Nurlan, 2007. - 240 s. ; 20 sm. - 300 экз. - həd.
  • "Dünya türk dünyasıdır" şeir, poema və hekayələr /H.Göyçəli (Kərimov Həsən Səməd oğlu); red. Ə.Vəkil . - Bakı : Nurlan, 2008. - 236 s. ; 21 sm. - 300 экз. - həd.
  • "Qərib durnalar" red. Sara Veyisqızı. -n.y.y., 2009. - 202 s. ; 20sm. - 300 экз. - həd. /H.Göyçəli (Kərimov Həsən Səməd oğlu)/ şeir, poema və hekayələr
  • "Mənsiz qalan mənim dünyam" red. Famil Faziloğlu, Bakı.: “Səda”, 2011.-200 səh. /H.Göyçəli (Kərimov Həsən Səməd oğlu)/ şeir, poema və hekayələr
  • "Yaşa ürəyim" şeir, poema və hekayələr/ H.Göyçəli (Kərimov Həsən Səməd oğlu) red. Teymur Əhmədov, Bakı.: "MBM", 2012.-204 səh. tiraj 500
  • "Seçilmiş əsərlər" şeir, poema və hekayələr / H.Göyçəli (Kərimov Həsən Səməd oğlu) Bakı 2013. MBM nəşriyatı, tiraj 500
  • "Ömrün yarpaqları" şeir, poema və hekayələr/ H.Göyçəli (Kərimov Həsən Səməd oğlu) red. Sərraf Şiruyə, Bakı. MBM nəşriyatı, 2013, 160 səh
  • "Bir ovuc torpaqda qərib bənövşə" şeir, poema və hekayələr/ H.Göyçəli (Kərimov Həsən Səməd oğlu), Bakı . MBM nəşriyatı , 2015
  • "Könül dünyam" şeir, poema və hekayələr/ H.Göyçəli (Kərimov Həsən Səməd oğlu) red. Zəlimxan Yaqub , Bakı 2014. MBM nəşriyatı, 216 səh
  • "Ömür yanğısı" şeir, poema və hekayələr/ H.Göyçəli (Kərimov Həsən Səməd oğlu) red. Əli Vəkil, Bakı 2016, MBM nəşriyatı, 240 səh, tiraj 500
  • "Nələr keçir ürəyimdən" şeir, poema və hekayələr/ H.Göyçəli (Kərimov Həsən Səməd oğlu) Bakı 2017, MBM, 240 səh, tiraj 500

İstinadlar

Azərbaycan Yazıçılar Birliyinin Ensiklopediyası

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.