Həsən (termin)
Həsən — Ərəb dilində "gözəl, xoş" mənalarını ifadə edir. İstilahi mənası barədə müxtəlif fikirlər var.
Həsən hədis ədalət şərtini daşımaqla bərabər zəbt baxımından səhih hədis ravilərindən aşağı dərəcədə olan ravilərin müttəsil sənədlə rəvayət etdikləri, o cümlədən şazz və illətdən uzaq hədisdir.[1]
Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir.
Həsən terminini hədis elminə ilk dəfə Tirmizi gətirmişdir.
İstinadlar
- İbn Həcər, "Nuxbətul-Fikr", səh. 24
Həmçinin bax
Xarici keçidlər
- Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.)
- Dini terminlər lüğəti. burhani.info Arxivləşdirilib 2012-08-01 at the Wayback Machine (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.